Dil ilahi bir qüvvədir! .....                        Sumqayıtda bir nəfərin 20 min manatı mənimsənildi .....                        Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı .....                        Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb .....                        Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı .....                        Nazirlik əhaliyə növbəti dəfə müraciət etdi .....                        ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!” .....                        Azərbaycanda yeni Agentlik yaradıldı .....                        Bu gün avtobuslar saat 21:30-dək işləyəcək .....                       
19-02-2025, 17:11
Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək - AÇIQLADI


Zelenski prezident postundan yalnız bu şərtlərlə gedəcək - AÇIQLADI

Vladimir Zelenski Ukraynada müharibə başa çatdıqda və ölkənin təhlükəsizliyi üçün müvafiq təminatlar olduqda prezident postunu tərk etməyə hazır olduğunu bildirib.
Zelenski bunu Almaniyanın ARD telekanalındakı tok-şouda deyib.
“Ukraynada sülh naminə hər şeyə hazıram. Uzun və davamlı sülh üçün. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi... Mən heç nədən yapışmıram. Mən Ukraynanın prezidentiyəm, çünki insanların 73 faizi mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, – o, "sülh müqaviləsinin imzalanması tələbi “yalnız Zelenski olmadan” olarsa, vəzifəsini tərk etməyə hazırdımı" sualına cavabında deyib.
Prezident qeyd edib ki, o, ölkəni müdafiə edən insanlar kimi Ukraynanın vətənpərvəridir. Və təbii ki, Rusiya ondan xilas olmaq istəyir. Bəlkə də müharibənin əvvəlində cəhd etdikləri kimi fiziki yox, siyasi cəhətdən.
“Və bu olduqca başa düşüləndir. Mən Putin üçün çox əlverişsiz adamam”, - dövlət başçısı bildirib.
O xatırladıb ki, Parisdə Normandiya dördlüyünün sammitində (2019-cu ilin dekabrında) Putinlə çox gənc və təcrübəsiz vaxtında tanış olub.
“Biz uzun müddət danışdıq, razılaşdıq və hətta qışqırdıq. Danışıqlar 6 saat fasiləsiz keçdi. Aydındır ki, bu gün daha çox təcrübəm var və... mənim üçün heç də asan deyil. Ona görə də Rusiya məndən yaxa qurtarmaq istəyir”, - deyə Zelenski bildirib.
Eyni zamanda o qeyd edib: “Sabah Ukrayna Aİ və NATO-ya daxil olarsa, Rusiya qoşunları geri çəkilsə və bizim təhlükəsizlik zəmanətimiz olsa, prezidentlik postu mənə daha lazım olmayacaq. Amma bunlar baş verənə qədər mən ölkəmi müdafiə edəcəm”.
Zelenski avtoritar idarəçilik ittihamlarını rədd edib və deyib ki, o, “müharibə zamanı prezidentin etməli olduğu işi” edir. Dövlət başçısı özünü “ən liberal insanlardan biri” adlandırıb və ölkələrində müharibələr gedən zaman digər liderlərin atdığı addımları xatırladıb.
“Kiminsə xoşuna gəlsə də, gəlməsə də, müharibə həmişə müəyyən azadlıqların məhdudlaşdırılmasını tələb edir”, - o deyib.
19-02-2025, 14:42
Ürəklərdə yaşayan  Milli Qəhrəman!


Ürəklərdə yaşayan Milli Qəhrəman!

Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində doğulub. 1987-ci ildə orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Ailənin tək övladı olmasına baxmayaraq, ikinci kursdan könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Həqiqi hərbi xidmətdə desant bölüyündə xidmət etdiyi üçün kəşfiyyat qrupuna komandir təyin edilib.

Azərbaycan müstəqilliyi və torpaqları müdafiəsi uğrunda canını fəda edən igid Vətən oğulları tariximizdə əbədi iz qoymuşdur. Onlardan biri də Tahir Həsənovdur. Onun 55 illik yubileyi münasibətilə, bu qəhrəman şəxsiyyətin həyat və döyüş yoluna nəzər salmaq, onun fədakarlığını yad etmək hər birimizin vətəndaşlıq borcudur.
Vətənə, torpağa olan sevgisi onu gənc yaşlarından hərbi sahəyə yönəltdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə o, xüsusi şücaət göstərmiş, bir çox əməliyyatlarda iştirak etmişdir.
Tahir Həsənov adını tarixə yazan əsas məqam Qarabağ uğrunda döyüşlərdə göstərdiyi igidlikər oldu. O, düşmən hücumlarına qarşı mətanətlə dayanaraq silahdaşlarına nümunə oldu. Döyüşlərdə böyük mərdlik göstərərək, son nəfəsinə qədər Vətən torpağını Müdafiə etdi. Onun fədakarlığı sayəsində bir çox yaşayış məntəqələri düşməndən qorunmuş, əsgər yoldaşları ağır vəziyyətdən çıxmışlar.
Tahir Həsənovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onun adı məktəblərə, küçələrə verilmiş, xatirəsi xalqımız tərəfindən daim yaşadılır.


Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1993-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə Milli Qəhrəman Tahir Həsənovun adı verilib. 1994-cü il 4 sentyabr tarixində ümummilli lider Heydər Əliyev həmin məktəbdə Milli Qəhrəman Tahir Həsənovun şərəfinə qoyulmuş xatirə lövhəsinin açılışında iştirak edib. Təhsil müəssisəsi 1934-cü ildən fəaliyyət göstərir.
Bu gün anadan olmasının 55-ci ildönümündə biz Tahir Həsənovun keçdiyi şərəfli yolu bir daha xatırlayır, onun kimi qəhrəmanların fədakarlığını gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayırıq. O, yalnız bir ailənin deyil, bütün Azərbaycan xalqının oğlu, fəxridir.
Onun ruhu qarşısında baş əyir, əbədiyaşar xatirəsini ehtiramla yad edirik!

Yaşasın Azərbaycanın qəhrəman övladları!
Əziz Qalibə ana, Siz təkcə bir igid oğul deyil, bütün Azərbaycan xalqına qəhrəman bəxş etdiniz. Bilirik ki, bir ana üçün övlad itkisi ən ağır dərddir. Amma Siz elə bir oğul yetişdirmisiniz ki, onun adı zaman keçdikcə daha da ucalacaq, gələcək nəsillər onu bir qəhrəman kimi tanıyacaq və anacaq. Onun ruhu daim bizimlədir. O, xalqın yaddaşında əbədi yaşayacaq.
Aybəniz Quliyeva
23 nömrəli tan orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
19-02-2025, 13:21
REJİM OYAQDIR, FARS DİLİNƏ DAYAQDIR

Vidadi Mustafayev yazır:


Millətçi dini rejim

REJİM OYAQDIR, FARS DİLİNƏ DAYAQDIR

16 fevral 2025-ci il tarixində İ.İ.R Prezidenti M.Pezeşkiyanın Tehranda “Təbriz mədəniyyət həftəsi”nin bağlanış mərasimində çıxışından bir parçanın videosu yayılıb. Həmin videonun əvvəlində Prezident farsca deyir ki, onun çıxış etmək fikri yox idi, dedilər ki, siz də durun bir neçə kəlmə deyin, burada vəzir vəkil də var, türkcə danışmaq olmaz. Sonra deyir ki, Şəhriyarın şeirindən bir neçə beyti deyəcəm. İki bənd şeir oxuduqdan sonra bir nəfər ona yaxınlaşaraq nəsə deyir və M.Pezeşkiyan istehza ilə gülərək farsca deyir ki, türkcə şeir oxumaq heç bir problem yaratmaz.
M.Pezeşkiyanın istehzalı, gülüşlə verdiyi reaksiyadan görünür ki, ona rəsmi şəxsin-prezidentin, rəsmi mərasimdə türkcə şeir oxuması Əsas qanunun ölkədə rəsmi dil və yazının farsca olması haqqında 15-ci maddəsinin pozulması demək olmasını xatırladılıb.
Həmin irad bildirən şəxsin statusu məlum olmasa da, onun Prezidentə irad bildirmək səlahiyyəti yoxdur. Bunun qanuni yolu Prezidentin qanunu pozması ilə bağlı parlamentə və əgər həmin pozuntu ölkənin həyati mənafeləri üçün ciddi təhlükə hesab edilərsə, Məhkəmə hakimiyyətinə şikayət etmək idi. Amma görünür, rejimin nümayəndəsi məsələni həmin həddə çatdırmamaq məqsədi ilə Prezidentə daha aşağı səviyyədə və “dostcasına” xəbərdarlıq etməyə üstünlük verib. Bütün hallarda həmin şəxs bütün subordinasiya qaydaları və mövcud qanunvericiliyi pozmuş olur.
Prezidentin türkcə şeir oxuması, həqiqətən, qeyd edilən Konstitusiya qanununun pozulması deməkdir. Xəbərdarlıq edən qanunu pozsa da, qanunun pozulması faktı baş verib və ona qarşı istənilən tədbir qanuni sayılmalıdır. Bu baxımdan İran rejimini tərifləmək olar, çünki konkret faktla bağlı, necə deyərlər, qanunun aliliyi prinsipi həyata keçmiş olur. Amma qarşı tərəfdə, yəni Prezidentin mənsub olduğu xalqın və bütün etnik azlıqların, siyasi və sosial qüvvələrin qanunun aliliyi prinsipinə əməl edilməməsi ilə bağlı çox saylı və haqlı sualları meydana çıxır. Beləki, həmin 15-ci maddədə orta məktəbdə yerli və etnik dillərdə ədəbiyyatın tədrisi nəzərdə tutulsa da, artıq 46 ildir ki, milli azlıqların tələb və istəklərinə baxmayaraq, icra olunmur. Yəni fars dili ilə bağlı həmin qanunun tələbi dərhal icra olunur, lakin digər dillərlə bağlı hissə 46 ildir ki, icra olunmur. Bu da Əsas qanuna ikili standartlarla yanaşıldığını aydın şəkildə göstərir.
Digər misal, Əsas qanunun 27 ci-Maddəsində dinc toplantı və nümayiş azadlığı elan olunsa da, 46 ildir ki, həmin qanunun icrasına ikili standartla yanaşılır. Hökumət lazımi tədbirlərdə xalqı küçələrə tökərək həmin qanuna əməl etdiyini göstərir, yaxud hakimyyətyönlü qüvvələrin toplanmasına guya göz yumur, amma etiraz xarakterli toplantılar ya başlamamış qarşısı alınır, ya da repressiyalarla qarşılanır. Yəni hətta Əsas qanunun müvafiq maddəsinə münasibətdə qanunun aliliyi prinsipi həyata keçirilmir.
Qanunun aliliyi prinsipi dedik, yada düşdü ki, həmin prinsip islahatçı prezident adlandırılan S.M.Xatəmi ( 1997-2005) tərəfindən gündəmə çıxarılmışdı. Lakin həmin ideyanı həyata keçirmək mümkün olmadı və az sonra ona sübut etdilər ki, qanunun “aliliyi” necə işləyir. Beləki, 2009-cu ildə prezident seçkilərində seçkilərin nəticələrinin saxtalaşdırıldığına etiraz edən qüvvələrə qarşı geniş və sərt repressiyalar həyata keçirilmiş, prezidentliyə islahatçı namizədlər həmin vaxt həbs edilmiş, sonra ev dustaqlığına göndərilmiş və onları dəstəkləyən S.M.Xatəmiyə isə informasiyadan istifadə etmək və informasiya vasitələrində görünmək qadağan edilmişdir. Bu tədbirlərin heç biri qanun çərçivəsində yerinə yetirilməyib, yəni məhkəməsiz və onun qərar olmadan həyta keçirilib. Həmin qanunsuzluq müxtəlif islahatçı qüvvələrin, dini xadimlərin məhkəmə keçirib qəti qərar tələbinə baxamayaraq bu günə kimi davam edir.
İranda qanunun aliliyi prinsipi sahəsində vəziyyət belədir. Biz hələ siyasi, ictimai, mədəni, sosial həyatın bütün sahələrində qanunsuzluğun baş alıb getdiyini demirik. Amma söhbət fars dilindən gedəndə həmin prinsip dərhal aktuallaşır və icrası təmin edilir.
İslam hakimiyyətinin fars dili ilə bağlı millətçi siyasətindən danışmazdan əvvəl, fars dili ilə bağlı iki məsələyə ötəri diqqət yetirmək olar.
Birincisi, İran ictimai fikrində, elmi araşdırmalarda azərbaycanlıları dil baxımından farslaşmış xalq kimi təqdim edirlər. Onların etnik xüsusiyyətlərindən danışarkən ilk növbədə fars dilində danışdıqları və bu cəhətdən farslardan fərqlənmədikləri vurğulanır. Əgər belədirsə, bir nəfərin, hətta Prezidentin türkcə danımasının farslar üçün hansı təhlükəsi ola bilər? Bunu rejimin milli siyasətini hazırlayan və həyata keçirən dini-millətçi dairələrdən soruşmalı.
İkincisi, müasir İran ərazisindən kənarda-indiki Tacikistan və Əfqanıstanda formalaşan yeni fars dili əvvəlcə tacik Samanilər( 875-999) sonra türk Qəznəvilər (963- 1186) sülalələri tərəfindən İranın indiki ərazisinin şərq regionunda kargüzarlıq dili kimi, daha sonra Səlcuqlular dövləti(1038-1157) tərəfindən indiki İranın qərb regionlarına və ondan qərbə kargüzarlıq və ədəbi dil kimi yayılmağa başamış və sonrakı türk və Azərbaycan dövlətləri tərəfindən himayə edilərək indiki İranın indiki farsların yığcam yaşadıqları ərazidə yayılmağa başlamışdır. Onu da əlavə etmək lazımdır ki, Ərəb xilafətinin hakimiyyətinin bərqərar olmasından(651) sonra indiki farslar siyasi subyekt statusundan məhrum olduqlarından, qeyd edilən 1500 il ərzində(651- 1925) fars dilinə heç bir siyasi dəstək göstərə bilməmşlər. Bunu nəzərə alan fars ziyalıları fars dilini himayə edən hakim sülalələrin rolunu kiçiltmək üçün fars dilinin işlənmə sahəsinin genişlənməsi və statusunun yüksəlməsini onun linqvistik xüsusiyyətləri və imkanları ilə izah edərək fars dilini fars etnosunun həmin dövrdə varlığı və davamının qoruyucusu və SƏNGƏRİ kimi qələmə verirlər.
Maraqladır ki, belə gücü və yadelli təsirə müqaviməti olan fars dili bu gün, dövlətin son 100 ildə hərtərəfli dəstəyinə baxmayaraq, niyə yenə də zəif durumda qərar tutur, türk dilində bir cümlə və bir-iki beyt qarşısında acizliyini göstərir. Buna görə hakimiyyət dərhal onun dadına çatmağa tələsir. Min beş yüz il fars etnosunu qoruyan fars dili indi nədənsə hakimiyyətin hərtərəfli dəstəyi ilə yenə də özünü kimsəsiz hiss edir. Həm də fars dili ən çox türk dilindən qorxur. Digər dillərdə qanun pozuntularına o qədər də həssaslıq göstərilmir.
Dünyanın çox qəribə işləri olur. Min beş yüz il fars dilini himayə edən türklərin dili indi bu dil üçün təhlükə hesab edilir. Ona görə hakimiyyət-istər şahlıq, istərsə də molla rejimi, onun keşiyində ayıq-sayıq dayanıb. Daha dəqiq desək, bütün vasitələrlə qeyri-farsları assimilyasiya siyasətini həyata keçirməyə çalışır. Həmin məqsədə çatmaq yolunda ən böyük əngəl Cənubi azərbaycanlılar olduğundan onlara və türk dilinə qarşı daha sərt siyasət yeritməyə çalışır. Güman edir ki, Azərbaycan-türk dilini elm, təhsil, idarə və digər sferalardan, özü də ilk növbədə azərbaycanlıların öz vətənlərində-Cənubi Azərbaycanda amiranə qaydada kənarlaşdırmaqla istədiyinə nail ola bilər. Lakin həmin siyasətə məruz qalan digər xalqların tarixi təcrübəsi və İranda etnomilli münasibətlərin real vəziyyəti, azərbaycanlıların öz dili, mədəniyyəti, milli kimliynə bağlılığının səviyyəsi və onun daim güclənməsi həmin siyasətin uğursuzluğunu nümayiş etdirir.
Millətçi farslar( hərçənd onların arasında həmin məsələdə sağlam düşüncə sahibinə rast gəlmək çox çətindir) bir şeyi başa düşmürlər ki, azərbaycanlıların dilini qadağan etmək, ona hər cür təzyiq göstərməklə son nəticədə fars dilinin rəsmi dil kimi işlənmə sahəsinin farslarla məhdudlaşmasına şərait yaradacaqlar.
Əgər fars dili belə inkişaf etmiş, qüdrətli dildirsə, hakimiyyətin hərtərfli dəstəyini öz arxasında hiss etdiyi halda belə, niyə türk dili ilə rəqabətdən oddan qorxan kimi qorxur. Suallar çoxdur. Cavabları isə tarix verəcək.
18 fevral 2025.
19-02-2025, 08:27
Yaradanın dilsiz mələkləri...

Kəmalə Vəliyeva yazır:


Yaradanın dilsiz mələkləri...

Bəzi insanlar küçədəki heyvanlarla çox pis rəftar edirlər. Bu yaxınlarda qarşıma xəbər çıxdı: İcra hakimiyyəti əmr verib ki, küçə itləri güllələnsin. Və güllələtdiriblər də. Bu insanlığa sığan hərəkətdirmi? Bir Azərbaycan vətəndaşına belə addım yaraşarmı? Düzdür, bəzi itlər təhlükəlidir, insanlara hücum edirlər. Lakin ağıllı, şüurlu insan bunun qarşısın almaq üçün addımlar atar. Müəyyən bir orqana müraciət edə bilər ki, dövlət bu problemin qarşısını almaq üçün müəyyən tədbirlər görsün. Heyvanlara qarşı amansız davranış tək Bakıda deyil, digər bölgələrimizdə də müşahidə olunur. Biz bu hadisələrə bəzən televiziya, bəzən də saytlar vasitəsilə, yaxud fərdi şəxslərin video qeydləri nəticəsində şahid oluruq. Təəssüf və acı doğuracaq haldır. Axı Azərbaycan 2007-ci ildə Ev Heyvanlarının Mühafizəsi üzrə Konvensiyasına qoşulub. Bu konvensiyaya görə, dövlət sahibsiz heyvanları əzaba, ağrıya məruz qoymadan sayını azaltmaq üçün lazımi tədbirlər gerçəkləşdirir, sığınacaqlarda yerləşdirir. Lakin bəzən bunları nəzərə almayanlar da tapılır. Buna görə bu gün ölkəmizdə yüzlərlə, minlərlə, heyvan öldürülür. Ancaq heyvanların qısırlaşdırılması, tibbi müainəsi icra hakimiyyətlərin və bələdiyyənin vəzifəsidir. Gərək ki, bu işdə məsul olanlar dövlətin qayda-qanunlarına səti yanaşmasınlar. Ancaq o gün gördüyüm xəbər həm məni, həm də mənim kimi heyvansevər insanları məyus etdi. Axı necə günahsız heyvanların güllələnməsi barədə göstəriş vermək olar? Heyvanlara qarşı rəhmsiz davranmaq, şiddət göstərmək olmaz. Yadda saxlayaq ki, heyvansevən insandan insana xətər dəyməz. Bizim birinci növbədə Tanrının dilsiz yaratdığı heyvana məhəbbətimiz olmalıdır ki, ətrafımızdakı
insanları saf, təmiz sevgi ilə sevək. Əgər kimsə bir heyvan götürüb bəsləsə, onun qayğısına qalsa, insanda heyvana qarşı məhəbbət hissi oyanar. Eyni zamanda heyvanda da insana qarşı sevgi hissi yaranar. Axı, heyvanların hiss etmə qabiliyyəti güclüdür. Mən sosial şəbəkələrdə qardaş ölkəmiz Türkiyə ilə Azərbaycanı müqayisə etdikdə görürəm ki, Türkiyə sahibsiz heyvanlara qarşı daha mərhəmətlidir. Sosial şəbəkədə izlədiyim video məni təsirləndirdi. Türkiyədə qarın içərsində bir pişik donub qalmışdı. Türk vətəndaşı da həmin pişiyi qarın içərisindən götürüb paltosunun içərisində isitməyə çalışırdı. Bu hərəkət həmin insanın mərhəmətindən, insanlığından, sağlam düşüncəsindən irəli gəlir. Küçədə sahibsiz heyvan gördükdə əgər əlimizdə yemək, çörək varsa, həmin heyvana verə bilərik. İnanın, bunu Allah dəyərləndirir. Çünki bütün canlıları Allah yaradıb. Heyvanlardan qorxmaq lazım deyil, heyvanlara qarşı sərt davranan insanlardan qorxmaq lazımdır. Əgər sahibsiz itlərdən əziyyət çəkirsizsə, onlara şiddət göstərmədən bu məsələni həll etmək olar. Sual yaranır: Necə? Cavab isə sadədir: “Toplan” qayğı mərkəzinə müraciət etmək olar. Qayğı mərkəzində həmin itlərə quduzluğa qarşı peyvəndə vurulur, birka taxılır. İtə birka taxılıbsa, demək, təhlükəsizdir. Belə itlər sonra təbiətə yenidən buraxılır. Bu zaman sahibsiz itlərin sayı azalacaq. İnsanlar heyvanlardan qorxmayacaq. İnsanlarda heyvanlara qarşı sevgi, məhəbbət hissi yaranacaq. Heyvanlara qarşı rəhmli davranmaq hər insanın işi deyil. Bu iş böyük
ürəkli insanlara xasdır. Gəlin, geniş düşünək, heyvan və insan arasında çox ciddi fərqlərin olduğunu hamımız çox yaxşı bilirik. İnsanın
dili, şüuru var. İnsan ağrını, acını, dərdi dilə gətirə bilir, lakin heyvan bunu edə bilmir. Bu yerdə Mövlanə Cəmaləddin Ruminin bir kəlamı yadıma düşdü: “Heyvanlar mənim səssiz qullarımdır. Onlar indi zülmə susurlar, amma hesab günü danışacaqlar!”. Bəli, bəzi insanlar heyvanlara zülm edirlər, heyvanlarsa, susurlar. Heç nə edə bilmirlər. Amma onlar hesab günü danışacaqlar! Bəzən sosial şəbəkələrdə heyvanlarla bağlı videolar qarşıma çıxır. Yoldan hər hansısa bir heyvan keçir, həmin anda da maşın şütüyür. Maşın həmin heyvanı vurur. Sürücü maşını kənara çəkib, heyvanla maraqlanmır. Görməzlikdən gəlir. Bu, düzgün hərəkət deyil. Ümumiyyətlə, bu davranış insana yaraşan xüsusiyyət deyil. Bu, eyni zamanda onu göstərir ki, həmin insan bir canlının həyatına son qoydu, həmin adam — sürücü insanın da həyatına son qoya bilər, deyə düşünürəm. Nəticədə, bir canlını həyatdan edir. Məni ən çox düşündürən məsələ, qış aylarında sahibsiz heyvanların soyuqda qalmasıdır. Daha doğrusu, donaraq qalması, nə yeyir, nə içir deyə çox düşünürəm. Biz insanlar üşüyürüksə, deməli, heyvanlar da üşüyür. Axı onlar da canlıdırlar. Gəlin, bir olaq, mübarizə aparaq, sahibsiz, günahsız heyvanların öldürülməsinin, onlara əziyyət verilməsinin qarşısını alaq. Heyvanları
qoruyaq, onları incitməyək!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!