Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
29-05-2025, 17:26
Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı


Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Onunla imzalanan əmək müqaviləsinə xitam verilib.
Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) saytımıza təsdiqləyiblər.
"Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib",- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.
Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
29-05-2025, 17:18
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı


Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
Bu barədə “ExoKavkaza” qondarma qurumun “Dövlət Təhlükəsizlik Xİdməti”nə istinadən məlumat yayıb.
Bildirilib ki, “DTX” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə Abxaziyanın Qali bölgəsində “dövlət sərhədini qanunsuz keçmək üçün kanal” aşkar edərək iki qrup xarici vətəndaşı saxlayıb.
Məlumata görə saxlanılan Türkiyə vətəndaşları əvvəllər sifarişli qəttlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl, eləcə də narkotik alverinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır.
Azərbaycan vətəndaşları isə 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğludur. “DTX”nın məlumatına görə, Azərbaycan vətəndaşları onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.
“Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidməti saxlanılan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə göndərildiyini dəqiqləşdirməyib”, - məlumatda qeyd edilib.
Qeyd olunub ki, saxlanılan şəxslər barəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi”də “cinayət işi” açılıb və iş üzrə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.
29-05-2025, 17:09
Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar, bununla barışın! - Simonyan


Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar, bununla barışın! - Simonyan

"Sülh müqaviləsi bağlayandan sonra niyə Türkiyə və Azərbaycanla ticarət etməməliyik? Bəlkə sərhədləri də öz tərəfimizdən bağlayaq?"
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qonşularla ticarət-iqtisadi əlaqələrə qarşı çıxan ermənilərə cavab olaraq deyib
O, özünü təcrid etməyin heç bir yerə aparan yol olmadığını vurğulayıb:
"Siz nəqliyyatsız, təchizatsız, qazsız, işıqsız qalmağımızı istəyirsiniz? Və beləliklə, bu "qürurlu axmaqlıqla" xarabalıqda insanlarsız və iqtisadiyyatsız qalmalıyıq?"
Simonyanın fikrincə, qonşularla əlqələrə qarşı çıxan tənqidçilər ya cahildirlər, öz acizliklərindən kor olurlar, ya da düşmənlərin agenti kimi çıxış edirlər. "Düşünürəm ki, hamısı birlikdədir", -o deyib.
"Yaxşı xəbər budur ki, siz heç nəyi həll etmirsiniz və bu ölkədə heç nəyə qərar verməyəcəksiniz. Ermənistan və Azərbaycan bir-biri ilə sülh və ticarət şəraitində yaşayacaq. Azərbaycan malı bizim bazarlarda, erməni malı isə onların bazarlarında peyda olacaq. Ermənilər və azərbaycanlılar yan-yana yaşayacaqlar. Bununla barışın. Müharibə olmayacaq. Sülh olacaq", - Simonyan vurğulayıb.
29-05-2025, 17:03
ABŞ Səfirliyi 13 ildən sonra işini bərpa etdi


ABŞ Səfirliyi 13 ildən sonra işini bərpa etdi

ABŞ-nin Suriyadakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edib.
Dəməşqdə bununla bağlı xüsusi mərasim keçirilib.
Səfirliyin ərazisində keçirilən mərasimdə ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak, Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və digər rəsmi şəxslər iştirak ediblər.


29-05-2025, 16:59
Aybəniz Haşımovanın qardaşına hökm oxundu


Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Əməkdar artist Aybəniz Haşımovanın qardaşı Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.
Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.
O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.
29-05-2025, 16:51
Pezeşkian ərəb ölkəsində Azərbaycan dilində şeir dedi


Pezeşkian ərəb ölkəsində Azərbaycan dilində şeir dedi

İran prezidenti Məsud Pezeşkian Omanın paytaxtı Maskat şəhərində İran vətəndaşları ilə görüşündə Güney Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub.
Pezeşkian şeiri Azərbaycan dilində səsləndirib və onun bu hərəkəti alqışla qarşılanıb. Prezident məşhur “Heydər babaya salam” şeirindən bir parça səsləndirib.
Xatırladaq ki, Məsud Pezeşkian bu il aprelin 28-də Bakıda səfərdə olarkən də Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirmişdi.
Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləmişdi. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanmışdı.
29-05-2025, 16:28
Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı


Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.
Hazırda ibtidai istintaq aparılır.
29-05-2025, 16:22
Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış


Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış

Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə 6 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.
Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb. Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.
Bölgə prokurorluğunda aparılan araşdırma zamanı hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslərin kim olduqları müəyyən olunub. Hadisəni təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Kemer bölgəsində saxlanılıb.
Ondan başqa hadisədə 3-ü Özbəkistan, 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfərin də iştirak etdiyi bəlli olub. Onlar hadisədən sonra kirayələdikləri avtomobillə qaçıblar, avtomobildə olan zaman onlardan bəziləri üst geyimlərini dəyişib, bəziləri saç-saqqallarını qırxıblar.
Şübhəlilərdən ikisi hava limanında tutulub. Birinin isə Rusiyaya getdiyi məlum olub və onun barəsində qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində həmin şəxs hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası ilə bağlı işlər davam etdirilir.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Araz Musayevin ümumi vəziyyətinin yaxşı olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. O, hazırda xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və yaxın günlərdə evə buraxılması gözlənilir.
29-05-2025, 15:57
Bağçada azyaşlıya qarşı zorakılıq - Digər müəllimlə bağlı da tədbir görüləcək


Bağçada azyaşlıya qarşı zorakılıq - Digər müəllimlə bağlı da tədbir görüləcək

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntüdən məlum olur ki, müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir.
Hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
Şirkətdən bildirilib ki, hadisəni törədən müəllim işdən çıxarılıb. Həmçinin, bağçanı işlədən şirkətlə bağlanan françayzinq müqaviləsi ləğv edilib.
Məsələ ilə əlaqədədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri üzrə şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova bildirib ki, Komitə yerli icra hakimiyyəti orqanı ilə əlaqə saxlayıb:
"Lənkəran şəhərində baş verən bu hadisə ilə bağlı biz dərhal yerli icra orqanı ilə - Lənkəran şəhər İcra Hakimiyyətinin uşaq hüquqlarını müdafiəsi üzrə komissiya ilə əlaqə saxlamışıq. Artıq bizə bildirildi ki, yerli icra hakimiyyəti orqanı tərəfindən uşağın ailəsinə dəstək göstərilib. Hazırda müəllim işdən azad olunub. Amma məsələ bununla yekunlaşmır. Cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarında cinayət işi açılıb".
Ş.Cəfərova videoda görünən digər müəllimlə də bağlı tədbir görüləcəyini deyib:
"Eyni zamanda videodanda göründüyü kimi həmin zorakılıq törədən müəllimin yanındakı digər müəllim də hadisəyə etinasızlıq göstərir. Bu özü də zorakılığın bir növüdür. Uşaq ağlayır, çətin vəziyyətdədir, amma digər müəllim heç reaksiya vermir. O, müəllimlə də bağlı iş həyata keçiriləcək. Ümumiyyətlə, bağçanın fəaliyyəti ilə bağlı məsələ ön plandadır. Hazırda iş davam etdirilir. İşin yekununa uyğun olaraq digər məlumatlar da veriləcək".
29-05-2025, 15:24
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı


Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Kanadanın Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
İşıqlandırma mərasimi Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə baş tutub.
Kanadada yaşayan Azərbaycan icması, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Onlar “Azərbaycan”, “Xudayar təsnifi” və digər bir sıra musiqilərin sədaları altında rəqs ediblər.
Bundan əlavə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə Torontodan Niaqara Fols şəhərinə avtoyürüş də keçirilib.
Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında ətraflı məlumat verilib.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!