Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
7-04-2026, 23:41
Küveyt hakimiyyəti: "Evlərinizdə qalın"


Küveyt hakimiyyəti: "Evlərinizdə qalın"

Küveyt hakimiyyəti gecə saatlarında əhalini evdə qalmalarına və zəruri hallar istisna olmaqla çölə çıxmamaları barədə çağırış edib.
Bu barədə Küveyt Daxili İşlər Nazirliyinin yaydığı xüsusi bəyanatda vurğulanıb.
"Sakinləri 7 aprel gecə yarısından 8 aprel səhər saat 06:00-dək zəruri hallar istisna olmaqla evdə qalmağı və küçəyə çıxmamağı məsləhət görürük".
Nazirlik vurğulayıb ki, bu müraciət insanların təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarının öz vəzifələrini daha effektiv yerinə yetirməsinə şərait yaratmaq məqsədi daşıyır.
7-04-2026, 23:00
ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi


ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti Bəhreyndə olan vətəndaşlarını növbəti bildiriş alanadək qaldıqları yerləri tərk etməməyə çağırıb.
Təhlükəsizlik səbəbindən ölkədə yaşayan və ya səfərdə olan amerikalılara ehtiyatlı olmaları və rəsmi göstərişlərə əməl etmələri tövsiyə olunub.
7-04-2026, 22:53
Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı


Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı

7 apreldə Rusiya və Çin Hörmüz boğazının açılması üçün İrana qarşı güc tətbiq edilməsini tələb edən qətnamənin qəbul edilməsinə mane olublar. Onlar BMT Təhlükəsizlik Şurasına çıxarılan qətnaməyə veto qoyublar.
Bu barədə "Associated Press" аgentliyi məlumat verib.
Nəticədə Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i qətnamənin qəbulunun lehinə səs verib. Daha 2 ölkə — Pakistan və Kolumbiya səsvermədə bitərəf qalıb.
Agentliyin qeyd etdiyinə görə, sənədin mətni dəfələrlə dəyişdirilib ki, Moskva və Pekini də bitərəf qalmağa məcbur etsinlər.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasına sədrlik edən Bəhreyn tərəfindən, Körfəz ölkələrinin dəstəyi ilə hazırlanıb. Sənədin ilkin variantı ölkələrə Hörmüz boğazından tranziti təmin etmək və onun bağlanmasının qarşısını almaq üçün “bütün zəruri vasitələrdən” istifadə etməyə icazə verirdi. Bu ifadə hərbi əməliyyatları da nəzərdə tutur.
Əvəzində Rusiya və Çin BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqlə bağlı öz qətnamə layihələrini təklif ediblər.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. O, Hörmüz boğazında təhlükəsizliyin yalnız hərbi əməliyyatların dayandırılması ilə əldə edilə biləcəyini vurğulayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani iclasda "Çinə və Rusiya Federasiyasına məsuliyyətli davranışlarına, konstruktiv yanaşmalarına və veto hüququndan BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun istifadə etdiklərinə görə minnətdarlığımızı bildiririk" söyləyib.
7-04-2026, 22:04
Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO


Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə görə icbari sığorta haqlarına xüsusi əmsalların tətbiqinə başlanılıb.
Mərkəzi Bankın bununla bağlı yaydığı məlumatda deyilir ki, aparılan təhlillər şəxsi maşınlarla müqayisədə taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib. Bu da taksi fəaliyyətində istifadə olunan avtomobillərə xüsusi əmsalın tətbiqini zəruri edib.
Sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov deyir ki, taksidə istifadə olunan avtomobillərin mühərrikinin həcmi kiçik olduğundan onlar üzrə sığorta haqlarının məbləği aşağı idi:
"Sığorta hadisələrinin baş verməsində taksi xidməti göstərən avtomobillərin payı çox olduğuna görə sığorta şirkətləri böyük məbləğdə ödənişlər etmək məcburiyyətində qalırdılar. Bundan sonra taksi xidməti göstərən avtomobillər hadisə törətdikdə onların icbari sığorta haqqı bonus-malus sistemi üzrə 300 manat və daha çox ola bilər".

7-04-2026, 21:21
İranın məhv edilməsinə qarşıdırlar


İranın məhv edilməsinə qarşıdırlar

Türkiyə və İspaniya İranın məhv edilməsinə qarşıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı zamanı deyib.
Liderlər ikitərəfli əlaqələri və regionda baş verənləri müzakirə ediblər.
Türkiyə və İspaniyanın müdafiə başda olmaqla, hər sahədə nümayiş etdirdiyi həmrəylik qabardılıb.
İsrailin Qəzzadakı addımıları, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
7-04-2026, 20:18
Zaur Əliyev nazir müavini təyin edildi


Zaur Əliyev nazir müavini təyin edildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyevə yeni posta təyinat alıb.
O, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytında Zaur Əliyev nazir müavini kimi təqdim edilib.
Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib.
Zaur Rafiq oğlu Əliyev 1981-ci ildə anadan olub.
1997-2000-ci illərdə “Cambridge Regional College”də (Böyük Britaniya) orta, 2000-2003-cü illərdə “East Anglia” Universitetində (Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.
2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı, London şəhərlərindəki ofislərində, 2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru olub.
Hazırkı vəzifəsinə qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.

7-04-2026, 20:09
Bakıda cəzaçəkmə müəssisəsində yanğın oldu


Bakıda cəzaçəkmə müəssisəsində yanğın oldu

7 aprel 2026-cı il tarixində saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.
Bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatınida qeyd olunub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.
7-04-2026, 19:37
ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?


ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək?

ABŞ İrana qarşı nüvə silahından istifadə ediləcəyi ilə bağlı iddiaları təkzib edib.
Bu barədə “Middle East Eye” nəşri Ağ Evə istinadən xəbər yayıb.
Bldirilib ki, ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mövcudluğuna bu gecə son qoyacağını bildirib.
7-04-2026, 19:13
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub


Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 7-də qurumlararası əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun, dostluq və qardaşlıq əsasında inkişaf etdiyi qeyd olunub. Həmçinin, strateji müttəfiqlik xarakteri daşıyan dövlətlərarası münasibətlərdən bəhs edilərək, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlət başçıları arasındakı qardaşlıq münasibətlərinin xüsusi rolu vurğulanıb.
Söhbətdə iki ölkənin qanunverici orqanları arasındakı münasibətlərə diqqət yönəldilərək, parlamentarilər, o cümlədən İşçi qrupları arasında səmərəli əməkdaşlığın mövcudluğundan məmnunluq ifadə olunub. Həmçinin, Azərbaycan və Türkiyə parlamentlərinin müxtəlif parlament əməkdaşlıq platformalarındakı birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu platformalar regionda sülh, sabitlik və əməkdaşlığa töhfə verirlər.
İki qardaş ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıqdan söz açan Spiker Sahibə Qafarova 2021-ci ildə hər iki ölkənin Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, çoxtərəfli əməkdaşlıq çərçivəsində yaradılmış Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurasının fəaliyyətini yüksək qiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əlaqələrin ölkə başçılarının müəyyən etdiyi ikitərəfli əməkdaşlıq gündəliyinə uyğun inkişaf etdiyini və bütün istiqamətləri əhatə etdiyini bildirib.
Dünyada və regionda cərəyan edən proseslərə toxunan qonaq Türkiyə və Azərbaycan liderlərinin rolundan bəhs edərək, onların həm xalqları və dövlətləri üçün, həm də beynəlxalq sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunmasında etibarlı lider və vasitəçi rolunu vurğulayıb.
Görüşdə qonağa Azərbaycan Respublikası Milli Məclisi ilə Baş Prokurorluq arasındakı səmərəli əməkdaşlıq barədə də məlumat verilib.
7-04-2026, 18:47
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib


“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.
Müdafiə nazirliyindən verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!