İmişlidə ağır qəza: piyada öldü .....                        Azərbaycanda zəlzələ oldu .....                        Təcili yardım maşını piyadanı vurub öldürdü .....                        Qarlı hava ilə bağlı rəsmi açıqlama .....                        Mina qurbanlarının sayı açıqlandı .....                        Xocalıda mina partladı - Yaralı var .....                        Qırğızıstanla Tacikistan arasında tarixi saziş .....                        Qarlı hava olsa da, qatarlar qrafik üzrə işləyir .....                        Dil ilahi bir qüvvədir! .....                       
Tarix : 14-09-2015, 11:28
İsrail polisi müsəlmanların ilk qibləsinə daxil oldu (VİDEO)


Şərqi Qüdsdəki Əl-Əqsa məscidi kompleksində İsrail polisi ilə fələstinli gənclər arasında toqquşma olub. Butov.az ANS PRESS-in məlumatına əsasən xəbər verir ki, yerli polis məscidə “qiyamın qarşısını almaq üçün” daxil olğunu bildirib.

Məlumata görə, polis gözyaşardıcı qazdan, rezin güllələrdən və səs bombalarından istifadə edib, onlara qarşı isə daş və fişənglərlə hücum olub. Bənzəri qarşıdurma bu il iyul ayının sonunda baş vermişdi.


İsrail polisi müsəlmanların ilk qibləsinə daxil oldu (VİDEO)


Əl-Əqsa İslam dünyasında ən müqəddəs məkanlardan biri hesab edilir. Bura həm də yəhudilərin müqəddəs məkanıdır. Ərazi israilli və fələstinlilər arasında dini və siyasi gərginliyin mənbəyi hesab edilir.

Qarşıdurma yəhudilərin yeni ili, Roş Haşananın gəlişindən bir neçə saat öncə baş verib. İsrail mətbuatı polisə istinadən xəbər verir ki, məscidin içindəki fələstinli gənclər yəhudilərin ora gəlişinin qarşısını almağı planlaşdırmışdı.


İsrail polisi müsəlmanların ilk qibləsinə daxil oldu (VİDEO)


Şahidlərin bildrdiyinə görə, qarşıdurma zamanı bir neçə fələstinli yaralanıb, lakin polis məlumatı inkar edib. Bildirilib ki, məscidin içindəki maskalı gənclər “daş və fişənglərlə hücum edib” və orada kustar üsulla hazırlanmış bomba da aşkar edilib.
Bəzi şahidlər polisin məscidə daxil olduğunu və gəncləri içəridə saxlamaq üçün qapıları kilidlədiyini bildirib. Polis bunu inkar edib.

İsrail polisinin sözçüsü bildirib ki, xəsarət alan yoxdur, lakin bəzi fələstinli şahidlərin bildirdiyinə görə, bir neçə nəfər yaralanıb.
Ziyarətgahdan kənarda, Qüdsdəki Köhnə Şəhərdə də toqquşmaların olduğu xəbəri yayılıb və İsrail polisinin əraziyə nəzarət etdiyi bildirilir.


Fələstinli qadın, Xədicə Xueys, AFP xəbər agentliyinə bildirib ki, onların Əl-Əqsa məscidinə girişinə icazə verilməyib. “Biz yalnız qapıların kənarında ibadət edə bildik,” o deyib.

Fələstin prezidenti baş verənləri pisləyib və onu “işğalçıların Əl-Əqsa məscidinə hərbi və polis hücumu” adlandırıb. İctimai Təhlükəsizlik naziri Gilad Erdan bildirib ki, ərazi artıq Roş Haşana bayramını qeyd etmək istəyən yəhudilərin üzünə açılıb.
Bayram bazar günü axşam başlayır və çərşənbə axşamı gec saatlaradək davam edir.

Keçən həftə İsrail müdafiə naziri Moşe Yaalon yəhudilərin əraziyə daxil olmasına qarşı çıxan iki müsəlman qrupunu qadağan etdikdən sonra gərginlik davam etməkdədir.




Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!