Rusiya kəşfiyyat şəbəkələrinə qarşı açıq əməliyyat mərhələsi başlayıb .....                        Pakistanda güclü yağışlar - 38 nəfər öldü .....                        Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək .....                        Paşinyanla Makron telefonla danışdılar .....                        Yekaterinburqda azərbaycanlıların məhkəməsi – YENİLƏNİB .....                        Deputatlarımız Moskvada keçiriləcək iclasa GETMƏYƏCƏK .....                        Rusiya iç üzünü göstərir - Ədalət Partiyasının sədri .....                        Yekaterinburqda məhkəmə: Ayaz Səfərov da həbs edildi .....                       
Tarix : 21-01-2016, 14:16
ABŞ tankları Azərbaycana yaxınlaşır


ABŞ-ın “Abrams” tankları“Noble Partner-2016” adlı genişmiqyaslı hərbi təlimlərdə iştirak etmək üçün Gürcüstana gətiriləcək.

Məlumata görə, bu barədə Gürcüstanın müdafiə naziri Tina Xidaşeli məlumat verib. Onun sözlərinə görə, tanklar Tiflis ətrafına may ayında gətiriləcək.
Gürcüstan və ABŞ orduları arasında eyni adlı təlimlər 2015-ci ildə də keçirilib. Təlimlərin əsas məqsədi isə gürcü-ABŞ orduları arasında əməkdaşlığın möhkəmləndirilməsidir.
ABŞ tankları Azərbaycana yaxınlaşır

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli

Bu il keçiriləcək təlimlərə piyada bölmələrinin hərbi qulluqçularının gələcəyi gözlənilir. “Rustavi 2” televiziyasının məlumatına görə, Gürcüstan tərəfi artıq ABŞ-dan 70 ton hərbi yük gətirib.
Ötən ilin may ayında təşkil edilən təlimlərdə 400 gürcü hərbçisi iştirak edib. Tiflis yaxınlığında yerləşən Vaziani hərbi bazasında 200-dən çox ABŞ hərbçisi gürcülərlə birlikdə güc nümayiş etdirib.
ABŞ tankları Azərbaycana yaxınlaşır

“Abrams” tankı

Həmin vaxt Gürcüstana gətirilmiş texnika arasında 14 “Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimat var idi.
Azərbaycanın ən yaxın qonşularından olan Gürcüstan həmçinin ABŞ-ın böyük nüfuza malik olduğu NATO hərbi bloku ilə sıx əməkdaşlıq edir.
ABŞ tankları Azərbaycana yaxınlaşır

Gürcüstan-Azərbaycan sərhədi (qırmızı xətlə işarələnib)

Bundan əvvəl ABŞ Quru Qoşunlarının komandanı, general Reymond Oderino bəyan etmişdi ki, Rusiya ilə müharibə ehtimalına görə Birləşmiş Ştatların Avropaya təcili göndərməli olduğu qüvvələrin miqdarı ciddi ölçülərdə artırılmalıdır.
NATO regionda Rusiyanın təsirini azaltmaq üçün hətta Gürcüstan ərazisində hərbi baza tikir. Təlim-məşq bazası NATO ölkələrinin, tərəfdaş ölkələrin və Gürcüstanın hərbi qüvvələrinin birgə təlimi üçün nəzərdə tutulur. /anspress/


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!