Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
1-11-2022, 20:10
Türkiyədə yenə meşə yanğını başlayıb


Türkiyədə yenə meşə yanğını başlayıb

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində iki fərqli nöqtədə meşə yanğını başlayıb. Butov.az-ın məlumatına görə, yanğınlar Qazdağı milli parkında qeydə alınıb. Yanğının qarşısının alınması üçün ümumilikdə 4 helikopter, 25 texnika cəlb edilib. Hadisə bölgələrində yanğınların söndürülməsi davam edir.
1-11-2022, 13:58
Luqanskın 9 yaşayış məntəqəsi işğaldan azad edildi


Luqanskın 9 yaşayış məntəqəsi işğaldan azad edildi

Ukraynanın Luqansk vilayətinin 9 yaşayış məntəqəsi Rusiya ordusunun işğalından azad edilib. Bunu Luqansk regional administrasiyasının rəhbəri Sergey Hayday "Twitter" hesabında yazıb. "Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində artıq 9 yaşayış məntəqəsini azad edib. Ümid edirəm ki, müdafiəçilərimiz hər həftə bu rəqəmi artıracaqlar", - açıqlamada deyilir.
1-11-2022, 13:56
Rusiya "Xəncər"ləri Belarusa göndərdi


Rusiya "Xəncər"ləri Belarusa göndərdi

Rusiya Belarusa MiQ-31K təyyarələrini daşımağa qadir olan “Kinjal” hipersəs ballistik raketlərini verib. Lakin bu raketlərin ehtiyatları məhduddur.
Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Kəşfiyyat agentliyi bildirir ki, əldə etdiyi görüntülər Rusiyanın iki MiQ-31K ələ keçirən təyyarəsinin oktyabrın 17-də Belarusun Maçulışçi aerodromunda, müdafiə strukturunda böyük anqarın yanında yerləşdiyini göstərir. "Çox güman ki, anbar "Kinjal" hipersəs ballistik raketi - MiQ-31K-nın daşımağa uyğunlaşdırılmış iri ölçülü döyüş sursatları üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.
1-11-2022, 13:51
Rusiya vasitəçiliyi davam etdirəcək - Peskov


Rusiya vasitəçiliyi davam etdirəcək - Peskov

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Rusiyanın vasitəçilik missiyasında maraqlı olduqlarını bir daha təsdiqləyiblər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Tərəflər bizim vasitəçilik səylərimizdə maraqlı olduqlarını təsdiqləyiblər, ona görə də bu istiqamətdə işlər davam etdiriləcək", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
1-11-2022, 13:46
Paşinyanı Rəisi qarşıladı


Paşinyanı Rəisi qarşıladı

Ermənistanın baş naziri Nikol Paşinyan İranda işgüzar səfərdədir. Butov.az xəbər verir ki, Paşinyanın Tehranın Sədabad sarayında rəsmi qarşılanma mərasimi olub. Erməni baş naziri İran Prezidenti İbrahim Rəisi qarşılayıb. Qarşılanma mərasimindən sonra iki ölkə liderlərinin görüşü nəzərdə tutulub. Qeyd edək ki, Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda səfərdə olub.
1-11-2022, 13:38
“Ərdoğan sözünün ağasıdır” - Putin


“Ərdoğan sözünün ağasıdır” - Putin

Rusiya üçün Qara dənizə nəzarət etmək daha asandır. Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasının səbəblərini şərh edərkən deyib. “Türkiyənin mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, bunu niyə edirik aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, - Putin jurnalistlərin suallarını cavablandırarkən deyib. Putinin sözlərinə görə, Avropadan fərqli olaraq, Rusiyanın Türkiyə tərəfi ilə işləməsi daha asandır, çünki prezident Rəcəb Tayyib Ərdoğan “sözünün ağasıdır”. "Və əgər biz hansısa bir məsələdə razılaşsaq, hərçənd razılaşmaq çətin ola bilər, amma razılaşsaq, onu yerinə yetirməyə çalışırıq", - Putin deyib. Onun sözlərinə görə, Türkiyə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. “Buna heç bir şübhə yoxdur... Əminəm ki, müqavilələr imzalanacaq. Və sonda biz Avropa ölkələrindən dünyanın digər regionlarına çatdırılma üçün tranzit kimi istifadə edə bilərik. Amma mən şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, - Putin vurğulayıb. O, əlavə edib ki, Rusiya “bu qış nə olacağını” sonradan görəcək. Oktyabrın ortalarında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması məsələsini işləyib hazırlamağı tapşırdılar ki, bu qovşağın vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dənizə keçirə bilsin. Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.
1-11-2022, 13:36
Ermənistan və Rusiya strateji tərəfdaşlığa zəmin yaradıblar - Lavrov


Ermənistan və Rusiya strateji tərəfdaşlığa zəmin yaradıblar - Lavrov

Ermənistan və Rusiya uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmin yarada biliblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda keçirilən Beynəlxalq Forumun qonaq sessiyasının açılışındakı müraciətində deyilir. Açılışda müvafiq mesajı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oxuyub. "Son onilliklər ərzində biz möhkəm dostluq və qarşılıqlı rəğbət tellərinə arxalanaraq, biz bir-birimizlə dostluq münasibətləri qurmağa nail olmuşuq. Bu, uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmindir”, - deyə rusiyalı nazir vurğulayıb.
1-11-2022, 13:30
İzdihamda ölənlərin sayı 156 nəfərə çatdı


İzdihamda ölənlərin sayı 156 nəfərə çatdı

Seulun mərkəzindəki İthevon rayonunda izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. Bildirilib ki, faciə qurbanları arasında Çin və Rusiya da daxil olmaqla 14 ölkənin 26 vətəndaşı var. Son məlumatlara görə, hadisə zamanı xəsarət alanların sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağırdır. Qeyd edək ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənliklərdə izdiham yaşanıb.
1-11-2022, 13:23
“Görüş faydalı oldu, lakin hər şeyi razılaşdıra bilmədik” - Putin


“Görüş faydalı oldu, lakin hər şeyi razılaşdıra bilmədik” - Putin

Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü faydalı hesab edir. Bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib. Rusiya dövlət başçısı görüşün yekunlarına dair birgə bəyanatın razılaşdırıldığını söyləyib:"Sözün açığı, heç də hər şeyi razılaşdıra bilmədik. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi". Putin, həmçinin vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Soçidə keçirilən görüşdə Rusiya, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
31-10-2022, 21:25
ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir


ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir

ABŞ Avstraliyanın şimalında nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələri yerləşdirməyi planlaşdırır. Bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb. Telekanal ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığını bildirir. ABŞ Hərbi Hava Qüvvələri qeyd edib ki, ABŞ-ın Avstraliyaya bombardmançı təyyarələr yerləşdirməsi düşmənlərə güclü mesaj verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!