ABŞ Çini təhdid etdi .....                        Laçına qovuşduğumuz gün... .....                        Mehriban Əliyevanın doğum günüdür .....                        Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı .....                        Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA .....                        Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj .....                        Buna çox əsəbiləşirəm - Tramp .....                        Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP .....                        2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı .....                       
24-11-2023, 16:58
Qazaxıstan Ermənistana silah tədarükünü təkzib etdi - RƏSMİ


Qazaxıstan Ermənistana silah tədarükünü təkzib etdi - RƏSMİ

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.
Nazirlik Ermənistana silah tədarük edilməsini təkzib edib.
Nazirliyin açıqlamasında deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub”, - açıqlamada bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan ölkəsinin Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemləri almağı planlaşdırdığını açıqlayıb.
24-11-2023, 16:46
Putindən yeni ittiham: Qərb rus mədəniyyətini ləğv edir


Putindən yeni ittiham: Qərb rus mədəniyyətini ləğv edir

"Avtomatlaşdırma və süni intellektin tətbiqi vətəndaşların gəlirlərinin sürətlə artmasına şərait yaradacaq".
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Tezliklə Rusiya Federasiyasında süni intellektin inkişafı strategiyasının yeni nəşri təsdiq ediləcək. Süni intellekt həkim və ya müəllimi əvəz etməyəcək, lakin onlara kömək edə bilər", - o əlavə edib.
Putin iddia edib ki, bəzi Qərb axtarış sistemləri qərəzlidir və rus mədəniyyətini “ləğv edir”: "Qərb alqoritmləri hətta axtarış sistemlərinə Rusiyanın mövcud olmadığını, rəqəmsal ləğvin baş verdiyini göstərə bilər".
24-11-2023, 16:31
Orban: “Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”


Orban: “Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var”

Macarıstan və Azərbaycan qardaş ölkələrdir.
Bunu Macarıstanın baş naziri Viktor Orban BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.
"Macarıstanla Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz Mərkəzi Asiya ölkələri və Azərbaycanla qardaş ölkələrik", - Orban deyib.
O həmçinin, Macarıstanda Azərbaycana investisiya qoyan çox sayda şirkətin olduğunu qeyd edib.
24-11-2023, 16:20
Paşinyan KTMT ilə bağlı niyə qərar verilmədiyini açıqladı


Paşinyan KTMT ilə bağlı niyə qərar verilmədiyini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan niyə ölkəsinin KTMT-dən çıxması barədə qərar vermədiyini açıqlayıb.
Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb:
"Hazırda heç bir qərar verilməyibsə, o zaman əsas məsələnin Ermənistanın marağı olmasından çıxış edirik. KTMT-nin hərəkətləri Ermənistanın maraqlarına uyğun gəlmir və biz bu məsələni açıq şəkildə qaldırıb mövqeyimizi açıq şəkildə çatdırırıq ki, əhalinin sualları olmasın.
Biz öz mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhv edə bilmərik".
24-11-2023, 16:02
Litvanın Baş naziri Kiyevdə səfərdədir


Litvanın Baş naziri Kiyevdə səfərdədir

Litvanın Baş naziri İnqrida Şimonite Ukrayna paytaxtı Kiyevdə işgüzar səfərdədir.
O, bu barədə "X" səhifəsində bildirib.
"Bu gün Kiyevdə ilk dayandığım zaman bir millətin var olmaq və azad yaşamaq kimi ən fundamental hüquqları uğrunda həyatlarını fəda edən kişi və qadınları şərəflə yad elədim. Onlar hamımızı qorumaq üçün canlarını veriblər”, - Baş nazir yazıb.
Onun Ukrayna rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Bir müddət əvvəl Baş nazirin səfərinin bir neçə gün davam edəcəyi bildirilmişdi.
24-11-2023, 15:53
Paşinyan azərbaycanlı əsirlərlə bağlı açıqlama verdi


Paşinyan azərbaycanlı əsirlərlə bağlı açıqlama verdi

Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı əsirlərin dəyişdirilə biləcəyinin anonsunu verib.
Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
Paşinyan Ermənistandakı azərbaycanlı əsirlərin Azərbaycanda məhkum olunmuş erməni diversantları ilə dəyişdirilə biləcəyinin mümkünlüyünü diqqətə çatdırıb.
"Biz məsələyə humanitar xarakter verərək dəyişməyə hazırıq" - Ermənistanın baş naziri deyib.
"Azərbaycanla danışıqlar bunun yollarından biridir", - Paşinyan bildirib.
23-11-2023, 15:10
Qəzzada xəstəxana direktoru həbs edildi, digər tibb işçiləri saxlanıldı


Qəzzada xəstəxana direktoru həbs edildi, digər tibb işçiləri saxlanıldı

İsrail hərbçiləri Qəzzanın Əl-Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Səlmiyanı həbs edib.
Xəstəxananın direktoru ilə yanaşı, digər tibb işçiləri də İsrail ordusu tərəfindən saxlanılıb
İsrail HƏMAS bazasının Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifanın altında olduğunu iddia edir. Qəzzanın səhiyyə nazirliyi İsrailin HƏMAS-ın xəstəxanada, o cümlədən binanın altındakı tunellərdə olması ilə bağlı iddialarını kəskin şəkildə rədd edir.
Həmçinin, HƏMAS Əl-Şifa xəstəxanasının direktorunun və digər həkimlərin tutularaq həbsini pisləyib.
23-11-2023, 14:32
İrəvan Dövlət Universitetində baş vermiş partlayışda ölən var


İrəvan Dövlət Universitetində baş vermiş partlayışda ölən var

17 noyabrda İrəvan Dövlət Universitetində baş verən partlayışda yaralanan şəxslərdən biri dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bununla hadisə nəticəsində həyatını itirənlərin sayı 2-yə çatıb. Daha bir yaralı ağır vəziyyətdə reanimasiyadadır.
23-11-2023, 13:53
Putin Belarusa getdi


[b]Putin Belarusa getdi[/b]

Rusiya prezidenti Vladimir Putin Belarusa gedib.
O, artıq paytaxt Minskə çatıb.
Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.
22-11-2023, 21:48
HƏMAS və İsrail arasında daha bir razılıq əldə olundu


HƏMAS və İsrail
arasında daha bir razılıq əldə olundu


HƏMAS və İsrail arasında daha bir məhbus mübadiləsi baş tutacaq.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, razılaşma bu ay baş tutacaq.
“Mübadiləni təşkil etmək üçün onlara dörd-beş gün lazım olacaq. 50 israilli girov 150 fələstinli məhbusla dəyişdiriləcək”, - adının açıqlanmasını istəməyən rəsmi şəxs jurnalistlərə bildirib.
Agentliyin məlumatına görə, iki razılaşma nəticəsində Qəzza zolağında olan 240 Həmas girovundan 100-ü azad ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!