57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
6-11-2023, 20:43
Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi


Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi

İsrail və HƏMAS arasında toqquşmalar nəticəsində Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçib.
Bu barədə "Əl-Cəzirə" telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, toqquşmalar zamanı 10 022 nəfər həlak olub.
Xatırladaq ki, İsrail ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.
6-11-2023, 19:01
Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı


Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü barədə məlumat yayıb.
Bu barədə Blinken "X" hesabında yazıb.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - o bildirib.
6-11-2023, 17:47
Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi


Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi

"Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrini qəbul etməkdən çox şadam".
Bunu Gürcüstanın XİN başçısı İlia Darçiaşvili X-də yazıb.
"Gürcüstanın namizəd statusu gözlədiyi üçün bizim ölkənin Aİ-yə inteqrasiya yolunda irəliləyişini bir daha müzakirə etmək və bu kontekstdə beynəlxalq tərəfdaşlarımızın dəstəyinin vacibliyinə diqqət yetirmək imkanımız oldu", - o qeyd edib.
6-11-2023, 15:59
Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi


Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin müdafiə nazirinin keçmiş müavinini şübhəli şəxs elan edib.
Söhbət artıq istintaq təcridxanasında olan Vyaçeslav Şapovalovdan gedir.


6-11-2023, 14:55
Aİ Qəzza zolağına humanitar yardımı artırır


Aİ Qəzza zolağına humanitar yardımı artırır

Avropa İttifaqı Qəzza zolağına humanitar yardımı 25 milyon avroyadək artıracaq.
Bunu Brüsseldə Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Beləliklə, yardım 100 milyon avroya çatdırılacaq.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
6-11-2023, 14:33
Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi


Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Türkiyəyə səfər edib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
O, türkiyəli həmkarı Yaşar Gülerlə görüşüb. Güler rəsmi dəvəti ilə səfərə gələn naziri hərbi qarovulla qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi tədbirdən sonra tərəflər nazirliyin binasına daxil olaraq müzakirələrə başlayıblar.
6-11-2023, 14:17
İsrail Qəzza zolağının cənubunda dəhliz açdı


İsrail Qəzza zolağının cənubunda dəhliz açdı

İsrail Müdafiə Qüvvələri noyabrın 6-da Səlahəddin şossesi boyunca Qəzza zolağının cənubuna dəhliz açıb.
Bu barədə ordunun sözmüsü Aviçai Edri məlumat verib.
"Şimal bölgələrinin sakinləri yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dəhlizə boyunca evakuasiya edə bilərlər", - o qeyd edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Fələstin tərəfində isə 9.5 min nəfərin öldüyü bildirilir.
6-11-2023, 14:08
Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi


Peskov Putinin seçkilərdə namizədliyiylə bağlı açıqlama verdi

"Putin yeni prezidentlik müddətinə namizədliyi ilə bağlı hələ heç bir açıqlama verməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, kampaniya hələ elan edilməyib.
Belə ki, o, mənbələrə istinadən Putinin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini yazan "Reuters" nəşrinin materialını şərh edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
5-11-2023, 21:54
İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü


İranın ali dini lideriylə HƏMAS-ın rəhbəri görüşdü

İranın ali dini lideri Əli Xamenei HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İsmayıl Haniyə görüş zamanı İran liderinə Qəzza zolağındakı hazırkı vəziyyət və anklavdakı “sionistlərin cinayətləri”, eləcə də İordaniyanın İordan çayının qərb sahilindəki vəziyyətin inkişafı barədə məlumat verib.
5-11-2023, 21:03
İstanbulda içməli su 20 faizədək azalıb


İstanbulda içməli su 20 faizədək azalıb

Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.
Yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.
İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.
Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!