Elçin Ağamalıdan partiyadan çıxarılmasına reaksiya .....                        Paşinyandan Əliyevə qəribə sual: “...istəyirsiz məni öldürsünlər?” .....                        Sahibə Qafarova COP30-da çıxış etdi .....                        Netanyahu barədə həbs qərarı verildi .....                        13 ölkənin NATO nümayəndəsi Ceyhun Bayramovla görüşdü .....                        Prodüser Təranənin cəzası azaldıldı .....                        Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi .....                        Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO .....                        Çexiya hökuməti istefa verdi .....                       
3-01-2024, 17:20
Fransada 1,5 minə yaxın insan işıqsız qalıb


Fransada 1,5 minə yaxın insan işıqsız qalıb

Fransanın Pa-de-Kale departamentində 1,5 minə yaxın insan işıqsız qalıb.
Bu barədə departamentin prefekturası məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsinə səbəb daşqınlardır.
Bununla yanaşı, bir sıra kommunalarda 2,1 min insan sudan istifadədə məhdudiyyətlərlə üzləşib.
3-01-2024, 16:58
Kirmandakı partlayışda ölənlərin sayı 53-ə yüksəldi


Kirmandakı partlayışda ölənlərin sayı 53-ə yüksəldi

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.
Bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.
Onun sözlərinə görə, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.
Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.
3-01-2024, 13:46
Tokayev gələcək prezident seçkilərində iştirak etməyəcək


Tokayev gələcək prezident seçkilərində iştirak etməyəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
O, bu barədə “Egemen Qazaqstan” qəzetinə müsahibəsində açıqlayıb.
Tokayev ikinci dəfə prezident seçkilərində iştirak etmək üçün ölkə Konstitusiyasına dəyişiklik ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib: “Bu, dezinformasiyadır. İndi hər kəs istədiyini edib qanuna dəyişiklik edə bilmir. Mən buna qəti əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına düzəlişlər etmək artıq mümkün deyil. Konstitusiya islahatı əsas qanuna özbaşına dəyişikliklər etmək məqsədi daşımırdı”.
Tokayevin sözlərinə görə, ölkə Konstitusiyasında prezidentlik müddəti ilə bağlı müddəa dəyişilməyəcək. O, bu normanın Qazaxıstanın müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar qədər sarsılmaz olduğunu vurğulayıb.
Dövlət başçısı hələ 15 il əvvəl qapalı müzakirələr zamanı vahid yeddi illik prezidentlik müddəti ideyasını dəstəklədiyini ifadə edib: “Həmin təklif o zaman çox dəstək almadı. Mən prezident seçiləndən sonra bu təşəbbüsün müsbət və mənfi tərəflərini ölçüb-biçərək necə həyata keçirəcəyim barədə çox düşündüm. 2022-ci ildə super-prezidentlik səlahiyyətlərini ləğv etmək üçün Konstitusiyaya bir sıra mühüm dəyişikliklər edildi. O zaman mən yenə yeddi illik müddət ideyasını irəli sürdüm və bu təşəbbüs bütün xalq tərəfindən dəstəkləndi. Bununla da bu söhbəti bitirəcəyəm”.
Xatırladaq ki, Kasım-Jomart Tokayev 2019-cu iln martından Qazaxıstana rəhbərlik edir.
3-01-2024, 00:17
İsrail HƏMAS-ın mərkəzinə zərbə endirdi - 7 üzvü öldü


İsrail HƏMAS-ın mərkəzinə zərbə endirdi - 7 üzvü öldü

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın paytaxtı Beyrutda HƏMAS silahlı qruplaşmasının mərkəzinə zərbə endirib.
Dron hücumu nəticəsində HƏMAS-ın yüksək vəzifəli nümayəndələri daxil olmaqla yeddi üzvü ölüb.
Təşkilat HƏMAS-ın siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edib
Ölənlərin arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.
2-01-2024, 21:48
ABŞ təyyarədaşıyan gəmisini bu ərazidən çıxarır


ABŞ təyyarədaşıyan gəmisini bu ərazidən çıxarır

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb.
Bu barədə açıqlamada təyyarədaşıyan gəminin mayın 2-də başlayan səkkiz aylıq səyahət çərçivəsində hərbi təyinatlı ilk yerdəyişməsindən sonra Virciniyaya qayıda biləcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir.
“Gerald R. Ford” təyyarədaşıyan gəmisi oktyabrın əvvəllərində Aralıq dənizinin şərqinə gəlib.
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.
2-01-2024, 18:56
Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu


Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu

Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşulub.
Bu barədə Səudiyyə Ərəbistanının “Al Ekhbariya” dövlət telekanalı məlumat yayıb.
Açıqlamada deyilir ki, Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb, bu da onun dünyada mövqeyini gücləndirir.
Qeyd edək ki, avqust ayında qrup altı ölkəni qoşulmağa dəvət edib.
2-01-2024, 17:33
Ağır qəza: 4 nəfər öldü, 36 nəfər yaralandı


Ağır qəza: 4 nəfər öldü, 36 nəfər yaralandı

Türkiyədə ağır yol qəzası baş verib.
İstanbuldan Malatyaya gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılaraq aşıb.
Qəza nəticəsində 4 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəbin qatı duman olduğu bildirilir.
2-01-2024, 17:27
Türkiyədən Rusiyaya ixrac 17% artıb - Ərdoğan


Türkiyədən Rusiyaya ixrac 17% artıb - Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, 2023-cü ildə Türkiyə ixracının həcmi 255,8 milyard dolları keçərək tarixi rekorda imza atıb.
Ərdoğan bildirib ki, Türkiyədən Rusiya Federasiyasına ixrac isə təxminən 17% artıb.
Türkiyə İxracatçılar Şurasının iclasında çıxış edən Ərdoğan, “ixracımız 2022-ci illə müqayisədə 0,6% artaraq 255 milyard 809 milyon dollar təşkil edib, bu da ölkə tarixində record deməkdir” bildirib.
İxracda Türkiyənin vilayətləri arasında birinci yeri İstanbul, ikinci yeri Kocaeli, İzmir, Bursa və Tekirdağ tutur.
Türkiyə mallarının ən çox ixrac olunduğu ilk üç ölkə bunlardır: 63,4% BƏƏ, 16,9% Rusiya Federasiyası, 150,4% Səudiyyə Ərəbistanı.
2-01-2024, 17:19
Rusiyada hərbi xidmətə çağırış yaşı artdı


Rusiyada hərbi xidmətə çağırış yaşı artdı

2024-cü il yanvarın 1-dən Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qaldırlıb, aşağı həddi isə 18 yaş olub.
2023-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırış yaşının 27-dən 30-a dəyişdirilməsi haqqında qanun imzalayıb.
Qanunun qəbulundan əvvəl Dövlət Dumasında və Federasiya Şurasında müzakirələrə baxmayaraq, aşağı həddi - 18 ili dəyişdirməmək qərara alınıb.
Bundan əlavə, eyni zamanda Rusiya Federasiyasının Prezidenti vətəndaşın çağırış vərəqəsini aldıqdan sonra xaricə getməsinə qadağa qoyan qanunu imzalayıb.
İndi hərbi komissarlıq çağırışçıya çağırış vərəqəsinin göndərildiyi gün onun üçün sərhədlərin bağlanması ilə bağlı qərar verəcək.
2-01-2024, 15:52
Yaponiyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb


Yaponiyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyanın İşikava prefekturasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 48-ə çatıb.
Yeraltı təkanlar nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölüm hallarının hamısı İşikava prefekturasınında qeydə alınıb. Elə ən çox dağıntı da orada olub.
Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasıda 30-dan çox zəlzələ qeydə alıb. Onlardan ən güclüsü 7,6 bal gücündə olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!