Prokuror hakim sevgilisini güllələdi .....                        Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası azaldıldı .....                        Sabiq Prezidenti üçün edam cəzası tələb olunur .....                        Dövlət xidmətinə rəis müavini təyin edildi .....                        Qusarda məktəbli qızları maşın vurdu .....                        Azərbaycan və İtaliya siyasi məsləhətləşmələr aparıb .....                        Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı .....                        Ağdərənin Aşağı Oratağ kəndində görülən işlər - FOTO .....                        Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb .....                       
23-03-2024, 19:33
Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Moskvada baş verən terror aktına görə Putinə dərin hüznlə başsağlığı verib.
"Günahsız insanları alçaqcasına hədəf alan mənfur terror aktını ən sərt ifadələrlə qınayan, Rusiya xalqına başsağlığı və səbr diləyən prezident Ərdoğan hücumun bölgədəki böhranların bir an əvvəl sülh yolu ilə aradan qaldırılmasının vacibliyini ortaya qoyduğunu söyləyib", - açıqlamada bildirilir.
Ərdoğan Türkiyənin Rusiya ilə terrora qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
23-03-2024, 18:06
Putin 24 martı Ümumxalq hüzn günü elan etdi


Putin 24 martı Ümumxalq hüzn günü elan etdi

Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində səsləndirib.
“Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
23-03-2024, 17:39
Moskvada terror zamanı ölənlərin sayı açıqlandı


Moskvada terror zamanı ölənlərin sayı açıqlandı

Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb.
Bunu Rusiya İstintaq Komitəsi bildirib.
Qeyd olunub ki, “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.
Terror aktı nəticəsində yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.
23-03-2024, 17:17
Kiyev ruslara qarşı aktiv terror həyata keçirir - Zaxarova


Kiyev ruslara qarşı aktiv terror həyata keçirir - Zaxarova

Kiyev rejimi son illər ruslara qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı xaricdən gələn başsağlığı və dəstək mesajlarını şərh edərkən deyib.
"Ötən illər ərzində Kiyev rejimi Rusiya vətəndaşlarına qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir: yaşayış məntəqələrini, o cümlədən uşaq bağçalarını, məktəbləri, tibb müəssisələrini sistematik atəşə tutmaq; əhəmiyyətli mülki infrastruktura, o cümlədən nəqliyyat və enerji obyektlərinə hücumlar; ictimai xadimlərə və jurnalistlərə qarşı sui-qəsdlər olub”, - diplomat qeyd edib
23-03-2024, 17:05
Putin: “Birliyimizi heç kim və heç nə sarsıda bilməz”


Putin: “Birliyimizi heç kim və heç nə sarsıda bilməz”

“Bizim birliyimizi, iradəmizi heç kim və heç nə sarsıda bilməz”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı terror aktından sonra televiziya vasitəsilə yayımlanan çıxışında deyib.
“Bizim qətiyyətimiz və cəsarətimiz, birləşmiş Rusiya xalqının gücü. Çoxmillətli cəmiyyətimizə heç kim zəhərli nifaq, çaxnaşma və nifaq toxumu səpə bilməyəcək.
Rusiya dəfələrlə çətin, bəzən dözülməz sınaqlardan keçib, lakin daha da güclənib. İndi də belə olacaq”, — Putin vurğulayıb.
23-03-2024, 16:52
Aidiyyəti orqanlar terroru törədənləri cəzalandıracaq - Putin


Aidiyyəti orqanlar terroru törədənləri cəzalandıracaq - Putin

Hüquq-mühafizə orqanları Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı hazırlayan və ya orada iştirak edən hər kəsi müəyyən edib cəzalandıracaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı terror aktından sonra televiziya vasitəsilə yayımlanan çıxışında deyib.
“Bu cinayətin bütün icraçıları, təşkilatçıları və sifarişçiləri kimliyindən, kimin istiqamətləndirməsindən asılı olmayaraq ədalətli və qaçılmaz cəza alacaqlar. Biz Rusiyaya qarşı bu hücumu hazırlayan terrorçuların arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağıq”, - Putin çıxışında qeyd edib.
23-03-2024, 16:34
Rusiyada milli matəm günü elan olundu


Rusiyada milli matəm günü elan olundu

Prezident Vladimir Putin martın 24-nü Rusiyada milli matəm günü kimi elan edib.
V.Putin bunu xalqa müraciətində səsləndirib.
O, “Crocus”da terror aktını törədən 4 nəfərin hamısının saxlanıldığını deyib. Putin onların Ukraynaya qaçmağa cəhd etdiyini deyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Moskvada baş verən terror aktı ilə bağlı xalqa müraciət edib.
23-03-2024, 15:36
NATO Moskvada baş vermiş terror aktını pislədi


NATO Moskvada baş vermiş terror aktını pislədi

NATO Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktını pisləyib.
Bu barədə Alyansdan bildirilib.
Həmçinin Avropa İttifaqı da hadisə ilə bağlı Rusiyaya başsağlığı verib.
Avropa Şurasının rəhbəri Şarl Mişel özünün “X” hesabında yazıb: “Mən Moskvadakı dəhşətli terror aktını pisləyirəm. Hər yerdə günahsız insanların itkisi insan faciəsidir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm”.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel beynəlxalq ictimaiyyəti terrora qarşı həmrəy olmağa çağırıb: “Dünən gecə Moskvada törədilən iyrənc hücumu qəti şəkildə pisləyirəm. Terror yenidən müdafiəsiz insanları hədəf alıb”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də terror aktını pislədiyini qeyd edib: “Mən Moskvada dinc sakinlərə qarşı törədilən və İslam qruplaşmasının üzərinə götürdüyü terror aktını pisləyirəm”.
Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 110-dan çox adam ölüb, 11 nəfər saxlanılıb.
22-03-2024, 23:33
Rusiyada terror zamanı ölən və yaralananların sayı açıqlandı


Rusiyada terror zamanı ölən və yaralananların sayı açıqlandı

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Eyni zamanda, güc strukturlarındakı mənbədən mediaya bildirilib ki, terrorçuların gəldikləri maşın minalanıb və hazırda onun zərərsizləşdirilməsi üçün iş aparılır.
Qeyd edək ki, bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub.
22-03-2024, 22:20
Moskvada terror aktı - 40 nəfər öldü


Moskvada terror aktı - 40 nəfər öldü

Moskvada konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlarn sayı 130 nəfərə çatıb.
Terror aktı nəticəsində 40 nəfərin öldüyü bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!