Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
30-04-2023, 16:45
Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr


Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr

"O, daha az gülür, amma milləti necə xilas edəcəyini dəqiq bilir". Bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski haqqında deyib. "Zelenski balaca, amma böyük adamdır. O, çaşqın görünəndə belə, nə vaxt və necə edəcəyini dəqiq bilir. Zelenskinin əvvəlkindən qat-qat az güldüyünü fərq etdim. Onun gülümsəmək üçün çox səbəbi yoxdur. Həmkarıma və bütün ukraynalılara arzu edirəm ki, onlar yenidən gülümsəsinlər”, - Çexiya lideri bildirib. Peter Pavel Kiyev və Dneprdə olub, burada hərbçilərin və raket zərbələri qurbanlarının xatirəsini ehtiramla yad edib. O, Ukrayna ordusuna məxsus hərbi texnikanın üzərinə "Rusiya, evinə get!" ifadəsini yazıb.


30-04-2023, 15:00
Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı


Ukrayna “Baykar” ilə 3 illik müqavilə imzaladı

Ukrayna Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı "Baykar" ilə 3 müqavilə imzalayıb. Bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin açıqlayıb. Onun sözlərinə görə, İstanbulda keçirilən Teknofest 2023 beynəlxalq aviasiya texnikası sərgisi çərçivəsində razılıq əldə olunub.
30-04-2023, 14:30
Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski


Rusiya Federasiyası ilə müharibə torta bənzəyir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya ilə müharibəni bir dəfəyə yeyilə bilməyən böyük tortla müqayisə edib. O, belə bir müqayisəni ukraynalı jurnalist Dmitri Komarovla xüsusi layihə üçün müsahibəsində aparıb. "Rusiya Federasiyası ilə müharibə torta bənzəyir. Siz bütöv tortu bir dəfəyə yeyə bilməyəcəksiniz - ağzınızı cıracaqsınız, həcm baxımından. Rusiyada həcminə görə böyük bir ölkədir", - Zelenski deyib. "Ona görə də müharibə parçalara bölünməlidir. Və bunlar bir-birinin ardınca qələbələrdir. Bəzən paralel olur, lakin əksər hallarda ardıcıldır", - Ukrayna prezidenti bildirib.

30-04-2023, 13:30
Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı


Türkiyədə hərbiçi daşıyan avtobus aşdı - 45 nəfər xəsarət aldı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Şırnak vilayətində baş verib. Belə ki, hərbçiləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 2 əsgər həlak olub, daha 45 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisənin səbəbləri araşdırılır.
30-04-2023, 12:30
Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”


Zelenski: “Mənim özümün də silahım var, mən atəş edə bilirəm”

Ukrayna prezidenti Volodimir Zelenski hər zaman yanında tapança gəzdirdiyini açıqlayıb. Bunu “The World Inside Out” kanalına müsahibəsində deyib. Zelenski bildirib ki, o, silahdan istifadə etməyi bacarır. “Bankovada (Ukrayna Prezidentinin və digər dövlət qurumlarının yerləşdiyi küçə - red.) müxtəlif nöqtələrdə silah, patron olan qutularımız var. Mənim özümün də silahım var, mən atəş edə bilirəm”, - Ukrayna lideri qeyd edib.
30-04-2023, 11:00
Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi


Paşinyan Blinkenlə telefonda bir sıra məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Telefon danışığı zamanı regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyət müzakirə olunub. Bundan əlavə, Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında da fikir mübadiləsi aparılıb.
29-04-2023, 12:00
Fransadakı etiraz aksiyaları ölkəyə 1.6 milyon avro ziyan vurub


Fransadakı etiraz aksiyaları ölkəyə 1.6 milyon avro ziyan vurub

Fransada qalmaqallı pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı Paris şəhərinə dəyən ziyanın məbləği açıqlanıb. Bu barədə Parisin vitse-meri Emmanuel Qreqoir məlumat yayıb. O bildirib ki, pensiya islahatına qarşı etirazlar nəticəsində “şəhər infrastrukturuna dəymiş ziyan” 1,6 milyon avro qiymətləndirilir. Şəhər rəsmiləri etirazlardan sonra küçələrin təmizlənməsinə 536 min avro xərcləyib. Daha 106 min avro isə şlaqbaumların, avtobus dayanacaqlarının və bank pəncərələrinin təmirinə ayrılıb. Şəhər büdcəsinə ən çox baha başa gələn reklam lövhələrinin və mətbu köşklərin təmiri olub. Qeyd edək ki, aksiyalarda milyonlarla insan iştirak edib.
28-04-2023, 21:30
Zelenski ilə Şarl Mişel arasında telefon danışığı baş tutub


Zelenski ilə Şarl Mişel arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Prezident bildirib ki, bəzi qonşu dövlətlərin Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. "Avropa İttifaqı ilə ticarətin süni və qeyri-qanuni məhdudlaşdırılması Rusiyanın təcavüzünə həm iqtisadi, həm də siyasi müqavimət göstərən Ukraynaya zərbə vurur", - Zelenski qeyd edib.
28-04-2023, 16:45
Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir - Qriqorqan


Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir - Qriqorqan

"İrəvan Ermənistanda avropalı müşahidəçilərin imkanlarını genişləndirməyi təklif edir". Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib. O əlavə edib ki, hazırda Ermənistan hakimiyyəti Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. "Ermənistan sərhədində hazırkı missiyanın iştirakçılarının sayı kifayət qədər deyil. Biz tərəfdaşlara müşahidəçilərin daha səmərəli işləməsi üçün digər imkanları genişləndirməyi təklif edirik. Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir", - deyə TŞ katibi söyləyib. Qriqoryan bəyan edib ki, Fransa Ermənistana ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində və Qarabağ məsələsində kömək edə bilər.
28-04-2023, 16:42
Papikyan Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü


Papikyan Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. O, general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!