"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
28-02-2023, 14:43
Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb


Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə şəhər administrasiyası məlumat yayıb. Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır. Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.
28-02-2023, 14:41
Blinken Qazaxıstan prezidenti ilə bir sıra məsələləri müzakirə edib


Blinken Qazaxıstan prezidenti ilə bir sıra məsələləri müzakirə edib

ABŞ-ın dövlət katibi Antoni Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Bildirilib ki, görüş Blinkenin Mərkəzi Asiya turnesi çərçivəsində paytaxt Astanaya səfəri çərçivəsində baş tutub. Tərəflərin iki ölkə arasında əməkdaşlıq, ABŞ-Qazaxıstan münasibətləri kimi mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdiyi qeyd olunub.
28-02-2023, 14:33
Malatyada baş vermiş zəlzələdə 2 nəfər həlak olub


Malatyada baş vermiş zəlzələdə 2 nəfər həlak olub

Türkiyənin Malatya bölgəsində dünən baş verən növbəti zəlzələ zamanı ölənlərin sayı 2-yə çatıb. Bu barədə "TRT Haber" məlumat yayıb. 140 nəfərin isə yaralı olduğu qeyd edilib.
28-02-2023, 14:31
Dərhal atəşkəs tələbləri saatlı bombadır - Podolyak


Dərhal atəşkəs tələbləri saatlı bombadır - Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak atəşkəs təkliflərinə münasibət bildirib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Dərhal atəşkəs tələbləri saatlı bombadır. Rusiya münaqişəni dondurmaq, işğal etdiyi torpaqlarda nəzarəti əlində saxlamaq və hərbi gücünü yenidən formalaşdırmaq üçün bunda israr edir. 9 ildə "atəşkəs"in qanlı bədəlini ödədik. Rusiya qüvvələrinin geri çəkilməsindən əvvəl "sülh planı" deyilən şey olmayacaq", - deyə Podolyak vurğulayıb. Qeyd edək ki, sonuncu dəfə Çin və Macarıstan tərəfindən atəşkəs təklifi gündəmə gətirilmişdi.
28-02-2023, 13:57
İranda məktəbə getmək istəyən qızlar zəhərlənir


İranda məktəbə getmək istəyən qızlar zəhərlənir

İranda qızların məktəbə gəlməsinin qarşısını almaq üçün onları zəhərləyiblər. Bu barədə BBC-nin araşdırmasında qeyd olunub. BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi də məlumatı təsdiqləyib. "Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə o bildirib. Nazir müavininin sözlərinə görə, zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir. İctimai qəzəbin artmasından sonra o, çıxışının yanlış anlaşıldığını deyib. Məlumata görə, ilk zəhərlənmə faktları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bu zaman 18 şagird xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri şəhərdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda hadisə ilə əlaqədar azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.
27-02-2023, 22:27
ABŞ-ın maliyyə naziri Ukraynaya səfər edib


ABŞ-ın maliyyə naziri Ukraynaya səfər edib

ABŞ-ın maliyyə naziri Canet Yellen Kiyevə səfər edib. O, Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla danışıqlar aparıb. Nazir ABŞ-ın 9,9 milyard dollarlıq son yardımın ilk 1,25 milyard dollarının köçürüldüyünü bildirib. Yellen Şmıqalla görüşdə bildirib ki, Amerika Ukraynanı nə qədər lazım olsa, o qədər dəstəkləyəcək.
27-02-2023, 16:20
Ərdoğan Adıyaman bölgəsinə səfər edib


Ərdoğan Adıyaman bölgəsinə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyaman bölgəsində səfər edib. Səfərdə onu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı müşayiət edir. Qeyd olunub ki, Ərdoğan Adıyamanın Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərlə görüşəcək.
27-02-2023, 16:18
Belarusiyanın hərbi aerodromunda partlayış baş verib


Belarusiyanın hərbi aerodromunda partlayış baş verib

Belarusun paytaxtı Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib. Bu barədə Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı "Bypol" kanalı məlumat yayıb. Bildirilir ki, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib. "Reuters" agentliyi hücumun Belarus partizanları tərəfindən törədildiyini açıqlayıb. Məlumata görə, iki partlayış nəticəsində təyyarənin ön və mərkəzi hissələri, avionika və radar antenası zədələnib. Maçulişçi aerodromunda törədilən partlayış barədə məlumatlar Belarus və Rusiyanın hərbi kanallarında da yayılıb. "Bypol"un rəhbəri Aleksandr Azarovun sözlərinə görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. "Partlayışı törədənlər artıq ölkədən kənara çıxıb", - deyə o qeyd edib. Bildirib ki, bir neçə aydır hücuma hazırlıq gedirdi. "Bypol" 2020-ci ilin sonunda Belarusda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etirazlar fonunda ölkənin hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təsis edilib. Belarus Ali Məhkəməsi onu terror təşkilatı kimi tanıyıb.
27-02-2023, 16:15
Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir - Peskov


Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir - Peskov

Krımın Ukraynaya qaytarılması mümkün deyil. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Krım yarımadası Rusiyanın ayrılmaz hissəsidir", - deyə Kreml rəsmisi iddia edib. Peskov, həmçinin vurğulayıb ki, Rusiya Dnestryanı regiondakı vəziyyətdən narahatdır və prosesləri diqqətlə izləyir.
27-02-2023, 16:10
Rusiyanın neft şirkəti Polşaya nəqlini dayandırdı


Rusiyanın neft şirkəti Polşaya nəqlini dayandırdı

Rusiyanın “Transneft” şirkəti Polşaya neft nəqlini dayandırıb. Bu barədə TASS agentliyinə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin bildirib. O qeyd edib ki, şirkət fevralın sonunda Polşanın neft emalı zavodlarına neft göndərməli idi, ancaq sifarişlər verilməyib və vəsaitlər ödənilməyib.“Drujba” boru kəmərinin operatorlarından biri “Transneft” Rusiya Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş ixrac cədvəli əsasında xaricə neft nəql edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!