12-01-2023, 16:44
Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət etdiErmənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edib. Paşinyan hökumətin iclasında Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Laçın yolunda keçirdiyi aksiyadan danışıb. O bildirib ki, Qarabağ erməniləri Laçın yolu ətrafında baş verən hadisələrə təminlə yanaşmalı, prosesləri təhlil etməlidir. Bundan əlavə, baş nazir Qarabağ ermənilərini, xüsusilə də separatçıları vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. O, eyni zamanda Azərbaycanla dialoqun vacib olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur. Dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq otuz ikinci günüdür.
11-01-2023, 23:07
Putin iranlı həmkarı ilə bir sıra məsələləri danışdıRusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı enerji, nəqliyyat və logistika sahələrində qarşılıqlı layihələrin həyata keçirilməsi müzakirə edilib. Dövlət başçıları Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.
11-01-2023, 23:01
Polşa prezidenti Ukraynaya hərbi yardım vəd etdiLvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini bildirib. O, bunun beynəlxalq koalisiya çərçivəsində həyata keçiriləcəyini deyib. “Biz qərara gəldik ki, Polşa tərəfinin bu cür dəstəyi Ukraynaya verilsin. “Leopard” tanklarından ibarət qrup beynəlxalq koalisiyanın tərkibində təhvil veriləcək”, - deyə Polşa prezidenti vurğulayıb. Qeyd edək ki, Polşada 240-dan çox "Leopard 2" tankı var.
11-01-2023, 22:55
3 ölkə arasında bəyənnamə imzalandıUkraynanın Lvov şəhərində Polşa, Litva və Ukrayna dövlət başçılarının üçtərəfli görüşü keçirilib. Bu barədə "Unian" agentliyi məlumat yayıb. Görüş Polşa prezidenti Anjey Duda və Litvanın dövlət başçısı Qitanas Nausedanın Ukraynaya səfəri çərçivəsində baş tutub. Bildirilib ki, tərəflər birgə bəyannamə imzalayıblar.
11-01-2023, 18:13
Hərbiçi qardaşlarımıza yardım etmək insanlıq borcumuzdur - ƏrdoğanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hərbçilərinin Türkiyədə müalicə almasından danışıb. Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransında çıxışı zamanı söz açıb. "Biz Rusiya və Ukraynaya yaralılar üçün humanitar dəhliz açılması təklifini vermişik. Sadəcə Rusiya-Ukrayna deyil, eyni zamanda Suriyadan, Azərbaycandan, Liviyadan yaralıları gətirib müalicə edib geri göndəririk. Bu, bizim insani borcumuzdur", - deyə o bildirib. O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda qeyri-sabit vəziyyətin aradan qaldırılmasına töhfə verib.
11-01-2023, 18:08
Rusiyanın müdafiə qabiliyyətini artıracağıq - PutinRusiya prezidenti Vladimir Putin ölkəsinin müdafiə qabiliyyətindən danışıb. Putin bu barədə ilin ilk hökumət iclasında danışıb. O bildirib ki, operativ təhlükəsizliyi gücləndirmək üçün ordunu gücləndirmək lazımdır. "Biz Rusiyanın müdafiə qabiliyyətini artıracağıq. İstənilən xarici təzyiqə baxmayaraq suveren inkişafın təmin olunması vacibdir", - deyə Rusiya prezidenti vurğulayıb. Bundan əlavə, Putin baş nazir Mixail Mişustin hökumətinin 2022-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini əlavə edib.
11-01-2023, 18:00
Eks-prezidentdən Paşinyanın iddiasına rədd cavabıİrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsi eks-prezident Robert Köçəryanın baş nazir Nikol Paşinyana qarşı iddiasını rədd edib. Bu barədə məhkəmədən bildirilib. Qərarda deyilir ki, Robert Köçəryanın baş nazir Nikol Paşinyan tərəfindən ona qarşı ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiqləmək, pozuntu nəticəsində dəymiş qeyri-maddi zərərin ödənilməsi tələbi rədd edilsin. Köçəryanın şərəf və ləyaqətinə dəyən zərərin ödənilməsinini tələb etməsi də qəbul olunmayıb. Xatırladaq ki, baş nazir eks-prezidentlər barəsində danışarkən çıxışında demişdi ki, 2008-ci il martın 1-də xalq hakimiyyəti uğrunda mübarizədə mühüm mərhələ oldu. 2008-ci il martın 1-də Ermənistanın o vaxtkı başçıları ordunu xalqın üstünə qaldıraraq vətəndaşları gülləbaran etmək qərarına gəldilər.
11-01-2023, 17:57
Ermənistanda qadınların orduya cəlb olunmasıyla bağlı qanun hazırlanırErmənistanda qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır. Bu barədə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib. "Qadınlar üçün orduda xidməti könüllülük prinsipi ilə olacaq. Bununla bağlı qanun layihəsi hələ işlənmə mərhələsindədir. Hazırda layihənin üzərində işlənilir. Bir neçə hüquqi prosedurdan sonra bu layihə ictimai müzakirələrə açıq olacaq", - deyə nazir müavini vurğulayıb. O bildirib ki, qadınlar müdafiə və təhlükəsizlik sahələrində daha aktivdirlər. Sarkisyanın sözlərinə görə, bir müddət əvvəl nazirliyin qadınlar üçün təşkil etdiyi atıcılıq kurslarının nəticələri hərbi rəhbərliyi təəccübləndirib.
11-01-2023, 17:54
Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırıq, lakin.. - PeskovRusiya Ukrayna problemini danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin hələ ki belə bir perspektiv yoxdur. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. O qeyd edib ki, məqsədlərə dinc, siyasi və diplomatik yollarla nail olmaq Moskva üçün daha üstün variantdır. Peskov deyib ki, Ukrayna qanunlarının prezident Zelenskiyə Rusiya hər hansı əlaqə qurmağı və ya dialoq aparmağı qadağan etdiyi bir şəraitdə, qərblilər də açıq-aydın Kiyevə bu məsələdə çeviklik göstərməyə mane olur. “Orada bu barədə danışmağa meylli deyillər”, - deyə dövlət başçısının mətbuat katibi bildirib. Rusiya-Ukrayna müharibəsi baylayandan sonra təmas qrupları arasında bir neçə üzbəüz danışıqlar aparılıb. Moskva və Kiyev nümayəndələri Belarusda dəfələrlə görüşüblər və nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü 2022-ci il martın 29-da İstanbulda keçirilib.
11-01-2023, 17:48
Peskov Ukraynadakı müharibəylə bağlı son durumu şərh etdiKremlin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibə ilə bağlı son durumu şərh edib. Peskov taktiki uğurların vacibliyini vurğulayıb. "Xüsusi əməliyyatın məqsədlərinə nail olanda hərbi əməliyyatların uğurundan danışmaq mümkün olacaq. Taktiki uğurlar da çox vacibdir, amma Soledarla bağlı deyə bilərəm ki, şəhərin azad edilməsi ilə bağlı rəsmi açıqlamaları gözləyin", - deyə Rusiya prezidentinin sözçüsü bildirib. Bundan əlavə, Peskov rusyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuka Rusiya vətəndaşlığı verilməsindən də danışıb. "Bunun indi və ya gələcəkdə olması, olmaması barədə bir şey deyə bilmərəm", - Kreml rəsmisi deyib. Qeyd edək ki, bir müddət əvvəl Ukraynada həbs olunan Medvedçuk əsirlərlə dəyişdirilərək Rusiyaya verilib. Ukrayna prezidenti Volodimir Zelenski onu vətəndaşlıqdan çıxarıb.