2-03-2023, 13:53
Britaniya qüvvələri İranın daşıdığı raketləri ələ keçiribBritaniya Hərbi Dəniz Qüvvələri keçən ay Oman körfəzində İranın qaçaqmalçılıq yolu ilə daşıdığı silah və sursatları ələ keçirib. Bu barədə bu gün Böyük Britaniyanın Kral Donanması məlumat yayıb. Qeyd olunur ki, aşkarlanan gəmi İranın ərazi sularına üz tutmağa cəhd edib, lakin onun qarşısı alınıb. Gəmidən tank əleyhinə raketlər tapılıb. Britaniya silahların ələ keçirilməsi barədə BMT-yə məlumat verib.
1-03-2023, 23:47
İrandan gələn təhdidlər bütün dünya üçün problem yaradır - ABŞİrandan gələn təhdidlər təkcə Yaxın Şərqə deyil, həm də bütün dünya üçün problem yaradır. Bunu ABŞ müdafiə nazirinin köməkçisi Dana Stroll məlumat verib. Stroll Tehran və Moskva arasında hərbi əməkdaşlığın genişlənməsinə və xüsusən də İranın Rusiya ordusuna kamikadze pilotsuz uçuş aparatları tədarük etməsinə diqqət çəkib. Pentaqon rəhbərinin köməkçisi “İran və Rusiyanın məkrli əməkdaşlığına qarşı mübarizə aparmaq üçün qlobal koalisiya yaratmağa” çağırıb. “İranın Ukraynada öyrəndiyi və təkmilləşdirdiyi taktika, üsul və prosedurların bir gün Yaxın Şərqdəki tərəfdaşlarımıza qarşı istifadə olunacağını güman etmək ağlabatandır”, - o deyib.
1-03-2023, 20:50
İrəvan rəsmi Bakının cavabını gözləyir - Paşinyan"İrəvan sülh müqaviləsi layihəsi və sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işinin reqlamenti ilə bağlı təkliflərinə rəsmi Bakının cavabını gözləyir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib. Bildirilib ki, Ermənistan tərəfi müqavilənin mətni ilə bağlı təklifləri fevralda təqdim edib: "Hələ ki cavab yoxdur. Amma bunu normal hesab edirəm, çünki cavab hazırlamaq üçün vaxt lazımdır. Müqavilə üzərində iş gedir və bu, şəxsi görüşlərdən asılı olmayaraq davam edir. Lazımi sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlara ehtiyac yoxdur". "Regional kommunikasiyalar və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər qüvvədə qalır", - deyə Paşinyan əlavə edib.
1-03-2023, 20:16
Blinken G20 çərçivəsində rus və çinli həmkarları ilə görüşməyəcəkABŞ dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək. Görüşdə Rusiya və Çin xarici işlər nazirləri də iştirak edəcək. Məlumata görə, Blinken G20 çərçivəsində rus və ya çinli həmkarları ilə görüşməyi planlaşdırmır.
1-03-2023, 20:09
Rusiya Ukraynanın Krıma PUA-larla hücum etdiyi açıqlayıbRusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma PUA-larla hücum etdiyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, hücumun qarşısı alınıb, ümumilikdə 10 PUA məhv edilib. Qeyd edək ki, bu gün Krımda güclü partlayışların olması haqda xəbərlər yayılmışdı.
1-03-2023, 20:05
ABŞ artıq Çinə qara yaxa bilməyəcək - Rəsmi PekinÇin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib. Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edən XİN rəsmisi ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırıb. "Xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan ABŞ artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq", - deyə Pekinin cavabında vurğulanıb. Qeyd edək ki, Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.
1-03-2023, 20:01
Ərdəbildə məktəbli qızlar arasında kütləvi zəhərlənmə baş veribBu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib. Bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib. Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər. Hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.
1-03-2023, 16:02
Çavuşoğlu rusiyalı həmkarı ilə Hindistanda görüşübTürkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat yayıb. Görüş Hindistanda keçirilib. Detallar barədə məlumat verilməyib. Qeyd edək ki, hər iki nazir Hindistanın Yeni Dehli şəhərində səfərdədir.
1-03-2023, 15:57
Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdiTürkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. Partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib. "Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib. Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.
1-03-2023, 15:54
Ukrayna Rusiyaya PUA ilə hücum etmir - PodolyakUkrayna Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etmir. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında yazıb. O istehza ilə qeyd edib ki, Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib. “Biz öz ərazilərimizi azad etmək üçün müharibə aparırıq", - Podolyak bildirib. Qeyd edək ki, Ukraynanın Rusiyanın paytaxtı Moskva daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia olunur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd göstərib.