İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
22-12-2022, 18:51
Onlar sülhə hazırlaşmırlar, hərbi əməliyyatlara kökləniblər - Zaxarova


Onlar sülhə hazırlaşmırlar, hərbi əməliyyatlara kökləniblər - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da keçirilən Bayden-Zelenski görüşünə münasibət bildirib. XİN rəsmisi bu barədə bu gün keçirdiyi ənənəvi brifinqdə danışıb. "Bayden və Zelenski arasındakı danışıqlar onu göstərir ki, onlar sülhə hazırlaşmırlar. Əksinə, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə kökləniblər", - Zaxarova deyib. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə xaricə səfər edərək ABŞ-a getmiş, Vaşinqtonda ölkə başçısı Co Baydenlə görüşmüşdü.
22-12-2022, 18:39
Mirzoyan üçtərəfli görüşdə iştirak etməyəcək


Mirzoyan üçtərəfli görüşdə iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak etməkdən imtina edib. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, sözügedən görüş sabaha planlaşdırılmışdı və orada sülh müqaviləsinin hazırlanması istiqamətində müzakirələr nəzərdə tutulmuşdu.
22-12-2022, 18:35
Vardanyan ölkə vətəndaşlığından çıxarıldı


Vardanyan ölkə vətəndaşlığından çıxarıldı

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyanı ölkə vətəndaşlığından çıxarıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Məlumata görə, Putin tərəfindən müvafiq qərar imzalanıb.
22-12-2022, 18:30
Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı


Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı

Rusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. Zaxarova bu cür ittihamların qəbuledilməz olduğunu bəyan edib. "Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - deyə XİN rəsmisi söyləyib. Qeyd edək ki, Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı.
22-12-2022, 18:26
Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi


Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi

"Təəssüf ki, sülh üçün çağırışlar yox idi". Bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib. "Təəssüf ki, sülh üçün çağırışlar yox idi. Biz ABŞ və Ukrayna tərəfindən Rusiyanın narahatlığını dinləməyə hazır olmaq barədə heç bir söz eşitmədik", - Peskov bildirib. Sözçü həmçinin Dmitri Roqozinin Donetskdə yaralanmasından danışıb. O qeyd edib ki, Vladimir Putin ona tezliklə sağalmağı arzu edib və ölənlərə başsağlığı mesajı çatdırılıb. "Bütün risklərə baxmayaraq, Rusiya rəsmiləri Donetskə və Luqanska gedib-gəlməyə davam edəcəklər", - deyə Kreml sözçüsü əlavə edib. Peskov ABŞ-ın Ukraynaya "Patriot"lar verməsinə də münasibət bildirib: "Digər silahlar kimi, onlar da legitim hədəf halına gələcək". Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri xaricə ilk dəfə səfər edərək ABŞ-a getmiş, ölkə başçısı Co Baydenlə görüşmüşdü.
22-12-2022, 18:19
Peskovdan Paşinyanın narazılığına cavab gəldi


Peskovdan Paşinyanın narazılığına cavab gəldi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib. Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, Rusiya Ermənistanla rus sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcək. "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir", - deyə sözçü bildirib. Qeyd edək ki, Paşinyan sülhməramlıların öhdəliklərini tam olaraq yerinə yetirmədiyini söyləmişdi.
22-12-2022, 18:16
Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi


Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi

Türkiyədə minimum əməkhaqqının artırılmasına qərar verilib. Bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan elan edib. Belə ki, ölkədə minimum əməkhaqqı artırılaraq yeni məbləğ 8 500 lirə (774.35 manat) həcmində müəyyən olunub. Qeyd edək ki, Türkiyədə sonuncu dəfə bu ilin yanvarında minimum əməkhaqqı məbləği 50.5 faiz artırılaraq 2825.90 lirədən 4253.40 lirəyə çatdırılmışdı.
22-12-2022, 18:08
Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi


Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna prezidentini təhqir edib. Zaxarova bu gün keçirdiyi brifinqdə prezident Volodimir Zelenski haqqında ağır ifadə işlədib. "O Qərbin təkcə ...-si deyil, həm də ölkəmizə qarşı istifadə etdiyi alətdir", - deyə sözçü söyləyib. Zaxarova iddia edib ki, hazırda Ukrayna daxilində ağır iqtisadi vəziyyətə görə Zelenski hakimiyyətinə qarşı böyük narazılıq yaranıb. ABŞ-ın Ukraynanı silahlandırması mövzusuna da toxunan mətbuat katibi həm silah tədarükü həyata keçirməkdən, həm də dinc sakinlərin qorunmasından eyni vaxtda danışmağın düzgün olmadığını deyib: "Bu, absurd səslənir".
22-12-2022, 17:41
Qərar nə islami, nə də insanidir - Çavuşoğlu


Qərar nə islami, nə də insanidir - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda Taliban hakimiyyətinin qadınların təhsil hüququndan məhrum edilməsi ilə bağlı qərarını şərh edib. Nazir bu barədə yəmənli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. "Əfqanıstanda qızlara qarşı təhsil qadağası bizləri dərindən kədərləndirdi. Ciddi bir narahatlıq mənbəyindən söhbət gedir. Qərar nə islami, nə də insanidir. Belə bir qadağanı rədd edirik", - Çavuşoğlu bəyan edib. Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Taliban qruplaşması qızların və qadın müəllimlərin təhsil müəssisələrinə daxil olmasını qadağan edib.
22-12-2022, 17:38
Paşinyan Qarabağ problemindən danışdı


Paşinyan Qarabağ problemindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağ problemindən danışıb. Paşinyan bildirib ki, “Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır”. “Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, - baş nazir vurğulayıb. O qeyd edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib. “Biz bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - Paşinyan bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!