İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
22-12-2022, 17:34
Paşinyan rus sülhməramlılarının fəaliyyətinə narazılığını bildirdi


Paşinyan rus sülhməramlılarının fəaliyyətinə narazılığını bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontintentin fəaliyyətinən narazılıq edib. Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb: “De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda təsbit olunmuş öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir”. Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.
22-12-2022, 17:24
İranda 3 nəfərin ölüm hökmü icra olundu


İranda 3 nəfərin ölüm hökmü icra olundu

Bu gün İranda 3 nəfərin barəsində çıxarılan ölüm hökmü icra olunub. Bunu Fars əyaləti məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib. Onun sözlərinə görə, edam olunan 3 nəfər bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib. Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib. Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.
22-12-2022, 17:20
Paşinyanın kadr siyasəti narazılıq yaratdı


Paşinyanın kadr siyasəti narazılıq yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim "İctimai Müqavilə" Partiyasında böyük narazılıqlar yaradıb. Bu barədə "Hraparak" qəzeti mənbələrinə istinadən yazıb. Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb. Qeyd olunub ki, sözügedən qərar partiyanın "veteranları" hesab olunan Arayik Harutunyan və Romanos Petrosyanın etirazına səbəb olub. Məlumata görə, maliyyə, təhsil, mədəniyyət və idman naziri postlarının da bitərəflərə həvalə olunması "İctimai Müqavilə" Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb. Qəzet yazır ki, partiyadaşları Paşinyanın kadr siyasətini dəyişməli olduğunu düşünürlər.
22-12-2022, 16:23
Zelenski Rusiya və İranın terrora xidmət etdiyini bildirdi


Zelenski Rusiya və İranın terrora xidmət etdiyini bildirdi

Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib. Tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər. "Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq. Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək. Ukrayna təslim olmayacaq", - Zelenski söyləyib. O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: "Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib". Zelenski bildirib ki, Ukraynaya ayrılan yardımlar demokratiya və təhlükəsizliyə qoyulan investisiyadır. Sonda Nensi Pelosi Konqresin binasında dalğalanmış ABŞ bayrağını Ukrayna prezidentinə hədiyyə edib.
22-12-2022, 16:18
Rusiya və İrandan sanksiyalara qarşı addım


Rusiya və İrandan sanksiyalara qarşı addım

Rusiya və İran 3000 kilometr uzunluğunda yeni ticarət dəhlizi yaratmağa başlayıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Şərqi Avropadan Hind okeanına qədər uzanan dəhlizin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaqdır. Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər investisiya yatıracaq.
22-12-2022, 16:17
Zelenski amerikalı həmkarı ilə görüşdü


Zelenski amerikalı həmkarı ilə görüşdü

Vaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb. Bu barədə ABŞ mətbuatı məlumat yayəb. Görüşdən öncə o, özünün sosial media hesablarında məlumat yayıb. “Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün bu gün Vaşinqtondayam", - deyə Zelenski bildirib. Müharibənin başlamasından sonra ilk dəfə ölkəni tərk edən Zelenski sözlərinə belə davam edib: "Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq”. Qeyd edək ki, Zelenski ABŞ-a məxsus təyyarə ilə Vaşinqtona səfər edib.




22-12-2022, 16:10
“Bayraktar” alan ölkələrin sayı artmaqdadır


“Bayraktar” alan ölkələrin sayı artmaqdadır

Albaniya Türkiyədən üç ədəd "Bayraktar TB2" pilotsuz uçan aparatı (PUA) alıb. Bu barədə Albaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Albaniya baş naziri Edi Rama PUA-ların silahlı və döyüşə hazır olacağını deyib. Dronlar, həmçinin ölkə ərazisində narkotiklə mübarizə, yanğınlar, daşqınlar və terror fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq. Məlumata görə, Türkiyə 30 alban hərbçisinə dronlarla bağlı təlim keçəcək. PUA-lar paytaxt Tiranadan 80 kilometr cənubda yerləşən Kukova aviabazasından fəaliyyət göstərəcəklər. Bununla da, "Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı 27-yə çatıb. Albaniya Polşadan sonra bu PUA-lara sahib olan ikinci NATO ölkəsidir.
22-12-2022, 16:01
Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı


Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı

Rusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib. O, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib. Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır. Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib. Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb. Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir.
21-12-2022, 19:03
Yunanıstan təxribatlara davam edir - Hulusi Akar


Yunanıstan təxribatlara davam edir - Hulusi Akar

"Yunanıstan provokativ addımlar atmağa davam edir". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Qonşumuz Yunanıstan destabilizasiyanı körükləyən provokativ hərəkət və bəyanatlarına, irridentist və hücum siyasətinə təəssüf ki, davam edir. Hər keçən gün buna yeni təxribatlar əlavə olunur. Son olaraq Yunanıstan tərəfindən NATO təlimləri zamanı silahsız olaraq uçuş həyata keçirən təyyarələrimizə radar kilidi atılıb", - nazir Yunanıstana xəbərdarlıq edib.
21-12-2022, 18:58
Ermənistan sülhlə bağlı addımlar atmalıdır - Hulusi Akar


Ermənistan sülhlə bağlı addımlar atmalıdır - Hulusi Akar

"Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün Cənubi Qafqazla bağlı vəziyyəti müzakirə etdik. Əməkdaşlığın dərinləşdirilməsinə böyük ehtiyac var", - Akar qeyd edib. Nazir onu da bildirib ki, sülhlə bağlı Ermənistan addımlar atmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!