Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
8-10-2022, 16:37
Baş Qərargah: Rusiyanın itkiləri 62 mini keçib


Baş Qərargah: Rusiyanın itkiləri 62 mini keçib

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 62 060 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutkada 380 rus hərbçisi zərərsizləşdirilib. Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2472 tank, 5 111 zirehli maşın, 1 459 artilleriya sistemi, 345 reaktiv yaylım atəşi sistemi, 180 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 234 helikopter, 1 079 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3875 avtomobil və avtoçən, 136 xüsusi texnikadan ibarətdir.
8-10-2022, 16:35
Körpünün partladılması Ukraynanın xeyrinədir


Körpünün partladılması Ukraynanın xeyrinədir

Rusiya ərazisini işğal olunmuş Krımla birləşdirən Kerç körpüsünün zədələnməsi yarımadaya silah çatdırılmasını xeyli çətinləşdirir. Bu, Ukrayna üçün olduqca müsbət haldır. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib."Krım körpüsü Rusiyanı Krımla, sonra isə Xerson bölgəsi ilə birləşdirən əsas logistik əlaqədir. Bu gündən etibarən Rusiya rəsmi olaraq bu ərazidən silah tədarükü üçün istifaadə edə bilməyəcək. Bizim üçün bu, böyük dvidentdir”, - o deyib. Xatırladaq ki, oktyabrın 8-də baş verən güclü yanğından sonra Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.
8-10-2022, 16:32
İranda mədən çökdü - Ölənlər var


İranda mədən çökdü - Ölənlər var

İranın Fars əyalətində yerləşən Baxteqan mədəninin çökməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Butov.az xəbər verir ki, ötən gecədən başlanan xilasetmə işləri artıq başa çatıb. Mədəndən 2 nəfərin cəsədi çıxarılıb. Yaralı isə xəstəxanaya yerləşdirilib.
8-10-2022, 16:29
ABŞ-dan Çinə qarşı yeni sanksiyalar


ABŞ-dan Çinə qarşı yeni sanksiyalar

ABŞ-dan Çinə qarşı yeni sanksiyalar
ABŞ 28 Çin şirkətinə superkompüter və yarımkeçiricilər istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub. Bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında deyilir."Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu superkompüterlərin və yarımkeçiricilərin istehsalı üçün məhsullar üzrə əməliyyatlara nəzarəti genişləndirir", - deyə açıqlamada bildirilib. Qeyd edilib ki, yeni sanksiyalar Çində yerləşən 28 hüquqi şəxsə çatdırılma üçün lisenziyalaşdırılmalı olan malların çeşidini genişləndirir.
8-10-2022, 16:27
Krım körpüsü partladılıb, Putin təcili göstəriş verdi


Krım körpüsü partladılıb, Putin təcili göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Putin hadisə ilə bağlı Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.
8-10-2022, 15:54
Ukraynada İranın daha 3 dronu vuruldu


Ukraynada İranın daha 3 dronu vuruldu

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Odessa və Nikolayev vilayətlərinə hücum edən Rusiyaya məxsus İran istehsalı 3 “Shahed-136” kamikadze dronlarını zərərsizləşdirib. Bu barədə “Cənub” hava komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb. Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.
8-10-2022, 15:52
Nüfuzlu nəşr erməni cinayətlərini ifşa etdi


Nüfuzlu nəşr erməni cinayətlərini ifşa etdi

ABŞ-ın “Foreign Policy” nəşrində İsrailin İqtisadi Sülh Mərkəzinin (Economic Peace Center - İsrail ilə Yaxın Şərq və İslam dünyası arasında sülhün təşviq olunması istiqamətində fəaliyyət göstərən qurum) informasiya-xəbər saytının redaktoru, siyasi analitik Reyçel Avrahamın Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məqaləsi dərc olunub. Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq Ermənistanın nəzarətində olan, lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığı bildirilib. Qeyd olunub ki, həmin məzarlıqda əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Bundan əvvəl isə Edillidə tapılan kütləvi məzarlıqlarda 25 insan qalığı aşkar edilmişdi. Məqalədə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun özünün tviter hesabında mövzu ilə bağlı paylaşımına istinadla qeyd edilib: “1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud şəkildə pozulub! 1993-cü ildə Azərbaycan Ordusunun girov götürülmüş 25 hərbi qulluqçusu Xocavənd rayonunun Edilli kəndi ərazisində vəhşicəsinə qətlə yetirilərək kütləvi şəkildə basdırılıb”. Müəllif qeyd edib ki, aşkarlanan qalıqların kəllə sümüklərində olan güllə deşikləri onların güllələnərək öldürüldüyünü sübuta yetirir. Müxtəlif media qurumlarının məlumatına görə, Ermənistan itkin düşmüş 4000-dək azərbaycanlının taleyi və kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir. Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə tapılmış kütləvi məzarlıqla əlaqədar özünün tviter səhifəsində paylaşımında bildirib: “Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”. Bu məsələ ilə bağlı Türkiyə mətbuatına açıqlama verən Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmisi Namiq Əfəndiyev bildirib ki, 1994-cü ildə bitmiş Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların tapılması məqsədilə fevral ayından etibarən bölgədə qazıntı işləri aparılır. Yazıda Azərbaycan diaspor təşkilatlarının Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara ünvanlandığı bəyanatına da istinad edilib: “Xüsusi vurğulayırıq ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarının, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cü il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə qarşı işgəncə və insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın məsafədən başlarına, ürək nahiyələrinə atəş açmaqla qəddarcasına qətlə yetirilməsi, hərbçilərinin cəsədlərinin qarət olunması, hissələrə doğranması, insanlığa sığmayan hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı faktları təsdiq edən xeyli sayda videolar qeyd edilənlərin bariz nümunəsidir”. Təəssüf hissi ilə bəyan edilir ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistan ölkəmizə qarşı müharibə cinayətlərini dayandırmaq və əvvəllər törədilmiş cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməli tədbirlər görmək əvəzinə, xalqlar arasında qarşıdurmaya səbəb olan təxribatlara yol verməklə regionda təhlükəsizliyə və sülhyaratma prosesinə maneə yaradır. Müəllif sözügedən bəyanata istinadla mühüm bir faktı da unutmamaq lazım gəldiyini bildirərək qeyd edib: “Ermənistan silahlı qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalarla çirkləndirib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirib, nəticədə 100-dən artıq dinc sakin həlak olub. Lakin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq, rəsmi İrəvan bu günədək mina xəritələrini və Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-dək azərbaycanlının taleyi barədə məlumatları Azərbaycana təqdim etməyib. Dünya azərbaycanlıları qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir”. Sonda müəllif İsrailin sabiq rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayub Karanın Azərbaycanları kütləvi şəkildə qətlə yetirməsinə və bu günə qədər digər kütləvi məzarlıqların yerləri barədə məlumatı təqdim etmədiklərinə görə Ermənistanı qınadığını bildirib. “Ermənistanın regional təhlükəsizlik naminə Azərbaycanla sülh əldə etməsi üçün vaxt yetişib. Sülhün təmin olunması istiqamətində ilk addım humanitar jest edərək kütləvi məzarlıqların yeri və bütün mina xəritələrini barədə məlumatları təqdim verməkdir. Bu baş verdikdən sonra hər iki xalq daha parlaq gələcəyə ümidlə baxa bilər,” – deyə müəllif A.Karaya vurğulayıb.
8-10-2022, 15:45
Tokayevin prezidentliyə namizədliyi qeydə alındı


Tokayevin prezidentliyə namizədliyi qeydə alındı

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini qeydiyyata alıb. Bu barədə Qazaxıstan MSK-dan bildirilib. Tokayevin namizədliyinin ölkə Konstitusiyasının “Seçki haqqında qanun”unun bütün tələblərinə uyğun gəldiyi qeyd olunub. Xatırladaq ki, bu il noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
7-10-2022, 19:24
Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü


Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü

Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Qroznıda keçirilən mərasimdə Çeçenistan rəhbəri Ramzan Kadırova "DXR Qəhrəmanı" adı verib. Bu barədə "RİA Novosti" məlumat yayıb. “DXR-nin azadlığı, müstəqilliyi və firavanlığı naminə qəhrəmanlıq göstərməsi ilə bağlı Donetsk Xalq Respublikası və onun xalqı qarşısında xidmətlərinə görə Kadırov Ramzan Axmatoviçə Donetsk Xalq Respublikasının Qəhrəmanı adı verilsin", - deyə Puşlin bildirib. Bundan əlavə, Çeçenistan rəhbəri “Mariupolun azad edilməsinə görə” medalı ilə təltif edilib. Onu da qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Rusiya Qvardiyasının general-polkovniki rütbəsi alıb. 46 yaşlı Çeçenistanın rəhbəri həm də Rusiya Federasiyasının Qəhrəmanı adına və bir çox başqa mükafatlara malikdir.
7-10-2022, 19:21
Rusiyada terror aktının qarşısı alındı


Rusiyada terror aktının qarşısı alındı

Rusiyanın Stavropol vilayətində İŞİD qruplaşması tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb. Butov.az xəbər verir ki, terror aktını hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların yaşayış yerlərindən əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər və elementlər, habelə məxfi rabitə vasitələri aşkar edilib. Məlumatda qeyd olunub ki, terrorçuların nəqliyyat infrastruktur obyektində hazırladığı terror aktı baş tutmayıb. Hazırda saxlanılan şəxslər barəsində araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!