Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
18-11-2022, 18:30
Türk dünyasının birliyi üçün qətiyyətli addımlar atılacaq - Çavuşoğlu


Türk dünyasının birliyi üçün qətiyyətli addımlar atılacaq - Çavuşoğlu

"Türk dünyasının birliyi bölgədə sülh və sabitlik baxımından mühüm amildir. Biz bütün tərəflərə çağırış edirik ki, təhdidləri buraxın, əməkdaşlıq edək. Hamının maraqlarına uyğun addımlar ataq". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünü yüksək dəyərləndirən XİN başçısı qeyd edib ki, türk dünyasının birliyi və həmrəyliyi istiqamətində atılan qətiyyətli addımlar bundan sonra da davam edəcək.
18-11-2022, 18:22
İran Zəngəzurda həm konsulluq açır, həm də iqtisadi varlığını yaradır


İran Zəngəzurda həm konsulluq açır, həm də iqtisadi varlığını yaradır

İran tərəfi Ermənistanın Zəngəzur bölgəsində bütün sahələrə maraq göstərir. Tehran Qafan şəhərində konsulluq açmaqla yanaşı, həm də iqtisadi mövcudluğunu yaratmağa çalışır. Məlumatlara görə, İran tərəfindən olan iş adamları Qafandakı bazarın sahibi ilə uzunmüddətli icarə müqaviləsi bağlayıb və Qafanın “Həyat Evi” ticarət mərkəzi icarəyə götürülüb. Bu barədə “Hraparak” qəzeti yazıb. “Qafanda hamı bilir ki, “Həyat Evi”nin sahibi Gorusdandır, Sünikin keçmiş qubernatoru Edik Barseqyandır", - deyə məlumatda qeyd edilib. Məlumata görə, Edik Barseqyanın Zəngəzurda tikdirdiyi bir neçə yaşayış evi iranlılara kirayə verilib.
18-11-2022, 17:39
İranda Xomeyninin evi yandırıldı


İranda Xomeyninin evi yandırıldı

Etirazçılar İran İslam Respublikasının birinci ali rəhbəri və qurucusu olmuş Ruhullah Xomeyninin evini yandırıb. Bu barədə məlumatı “Arab News” portalı yayıb. Məlumata görə, yandırılan ev muzey kimi istifadə olunub. Aksiya iştirakçıları bina yanarkən İran rejimi əleyhinə şüarlar səsləndiriblər. Xatırladaq ki, cari ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.
18-11-2022, 17:37
Dəhşətli hadisə: Bir ailənin 7 üzvü yanaraq öldü


Dəhşətli hadisə: Bir ailənin 7 üzvü yanaraq öldü

Rusiyanın Başqırdıstan Respublikasında şəxsi evdə baş vermiş yanğın nəticəsində bir ailənin 7 üzvü həlak olub. Hadisə Başqırdıstanın Sterlitamak rayonunun Matveyevka kəndində qeydə alınıb. Yanğın söndürüldükdən sonra evdə ailənin 7 üzvünün, o cümlədən 5 uşağın meyitləri tapılıb. Məlumata görə, ailə öz övladlarından başqa daha 4 uşağı övladlığa götürüb. Hadisə zamanı ailə başçısı iki azyaşlını – 5 yaşlı Arslan və Boqdan əkiz qardaşlarını xilas etsə də, özü həlak olub.
18-11-2022, 17:33
Rusiyada uçuş qadağasının vaxtı uzadıldı


Rusiyada uçuş qadağasının vaxtı uzadıldı

Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb. Butov.az xəbər verir ki, Rosaviasiya 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il noyabrın 27-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir. Xatırladaq ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
18-11-2022, 17:20
Şimali Koreya Yaponiyaya raket atdı


Şimali Koreya Yaponiyaya raket atdı

Şimali Koreyanın atdığı qitələrarası raket Yaponiyanın Hokkaydo adasından təqribən 200 kilometr qərbə düşüb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket adi trayektoriya ilə uçacağı təqdirdə 15 min kilometr məsafəni qət edərək ABŞ ərazisinə çata bilər. Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib ki, dünən yerli vaxtla saat 10:14-də buraxılan raket saat 11:23-də dənizə düşüb. Raketin uçuş müddəti 69 dəqiqə təşkil edib. İlkin məlumatlara əsasən, 6 min kilometr maksimal hündürlüyə qalxan raket min kilometr məsafə qət edib. Raketin buraxılışından sonra ABŞ hərbi-hava qüvvələrinin Aomori prefekturasında yerləşən Misava bazasında həyəcan siqnalı verilib.
18-11-2022, 17:14
İstanbul terroruna görə 17 nəfər həbs olundu


İstanbul terroruna görə 17 nəfər həbs olundu

Türkiyənin İstanbul şəhərində noyabrın 13-də terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər həbs olunub. Butov.az xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Əhləm Əlbəşir də var. Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb. Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.
18-11-2022, 17:09
Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü


Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü

Qəzza zolağında ziyafət keçirilən binada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 21 nəfər ölüb. Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.
17-11-2022, 22:51
Pelosi vəzifədən getdiyini açıqladı


Pelosi vəzifədən getdiyini açıqladı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi vəzifəsini tərk edəcək. Bu barədə o, palatada çıxışı zamanı bildirib. Pelosi qeyd edib ki, Demokrat fraksiyaya yeni nəslin rəhbərlik etməsi lazımdır. "Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” , - o deyib. Bundan əlavə, Pelosi ABŞ Konqresində qalıb işləməyə davam edəcəyini söyləyib.
17-11-2022, 22:50
İrana qarşı sanksiyalar genişləndirildi


İrana qarşı sanksiyalar genişləndirildi

ABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb. Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir. Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!