5-10-2022, 17:53
Rusiya yenə dinc sakinləri vurdu - Ölənlər varÖtən sutka ərzində Rusiya ordusu Ukraynada daha 5 dinc sakini öldürüb, 14 nəfəri isə yaralayıb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko "Telegram" kanalında paylaşım edib."Rusiya Federasiyası Silahlı Qüvvələrinin aqressiv hücumları nəticəsində Donetsk vilayətində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Zaporojye vilayətində isə 4 nəfər yaralanıb. Xarkov və Xerson vilayətlərindəndə də yaralananlar olub. Belə ki, Xarkovda 3, Xersonda isə 1 nəfər yaralanıb", - deyə Timoşenko vurğulayıb.
5-10-2022, 17:48
İrandakı zəlzələdə yaralı sayı 500-ü keçibİranın Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 500 nəfəri keçib.
Butov.az xəbər verir ki, dağıntılar altında qalanlar çıxarıldıqca, yaralıların da sayı artır. Rəsmilər yaralı sayının artacağını istisna etmir.
5-10-2022, 17:27
Putin Ukraynanın 4 regionu ilə bağlı qanunu imzaladıPrezident Vladimir Putin Rusiyaya yeni ərazilərin daxil olması ilə bağlı qanunları imzalayıb.
Butov.az xəbər verir ki, söhbət Ukraynadan qoparılan 4 regiondan gedir. Vladimir Putin qondarma “Luqansk xalq respublikası”nın, qondarma “Donetsk xalq respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya qəbulu haqqında müqaviləni ratifikasiya edən federal qanunu imzalayıb. Beləliklə, Rusiya regionlarının sayı 85-dən 89-a, Rusiyanın ərazisi isə təxminən 113.000 kvadrat kilometr artacaq. Dörd yeni subyektin sakinləri Rusiya vətəndaşlığını alacaqlar: bunun üçün yeni vətəndaşlar and içməli olacaqlar, ondan yetkinlik yaşına çatmayanlar və fəaliyyət qabiliyyəti olmayanlar azad edilir. İndi “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətləri 2026-cı ilə qədər davam edəcək keçid dövrünü gözləyəcək. Bu müddət ərzində orada prokurorlar, məhkəmələr, notariuslar, vəkillər palataları yaradılmalıdır. Dörd yeni region tədricən mövcud hüquq-mühafizə orqanlarını Rusiyaya inteqrasiya edəcək. Yeni ərazilərdə Rusiya qaydaları qüvvəyə minənədək və keçid dövrünün sonuna qədər yerli hakimiyyət orqanları Rusiyaya qoşulmazdan əvvəl regionlarda qüvvədə olan qanunlara arxalana bilərlər. Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin adları çəkilən regionlarda keçirilən referendumun nəticələrinə görə Kremldə çıxış edib, bundan sonra onların rəhbərləri ilə regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Daha sonra Rusiya Konstitusiya Məhkəməsi bu müqavilələri Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq tanıyıb.
5-10-2022, 17:24
Rusiyanın 61 min hərbçisi məhv edilibUkrayna ordusu müharibə başlayandan indiyədək Rusiyanın 61 000 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutkada 200 rusiyalı hərbçi zərərsizləşdirilib. Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2435 tank, 5038 zirehli maşın, 1 414 artilleriya sistemi, 341 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1032 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3841 avtomobil və avtoçən, 132 xüsusi texnikadan ibarətdir.
5-10-2022, 17:22
Qırğızıstan parlamentinin spikeri istefa verdiQırğızıstan parlamentinin (Joqorku Keneş) sədri Talant Mamıtov istefa verib.
Butov.az xəbər verir ki, parlamentin mətbuat xidməti spikerin bu gün keçirilən iclasda istefasını elan etdiyi barədə məlumat yayıb. T. Mamıtov öz istəyi ilə istefa verdiyini bildirsə də, səbəbi açıqlamayıb.
5-10-2022, 16:23
Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqalBu gün Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin danışıqlar üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılacaq. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. Qazaxıstan XİN hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukrayna səfiri ilə bağlı açıqlaması Astana ilə Moskva arasında münasibətlərin xarakterinə ziddir. Bildirilib ki, Ukraynanın Qazaxıstandakı yeni səfirinin namizədliyi nəzərdən keçirilir. Xatırladaq ki, ölkəni tərk etdiyi bildirilən Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovski yenidən Astanaya qayıtdıqdan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb. Qeyd edək ki, ukraynalı səfir ruslara qarşı “Nə qədər çox rus öldürsək, o qədər də bizim uşaqlar az öldürməli olacaq” ifadəsini işlədərək Qazaxıstanla Rusiya arasında gərginliyə yol açıb.
5-10-2022, 16:20
Blinken Bakı və İrəvana çağırış etdiTəklif olunmuş sülh müqaviləsi istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqları sürətləndirmək və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirmək vacibdir. Bu fikri ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə apardığı üçtərəfli telefon danışığı zamanı bildirib. Üçtərəfli telefon danışığında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
5-10-2022, 16:17
Kiyevə dron hücumu - Xəsarət alanlar varKiyev vilayətinin Bila Tserkva şəhəri kamikadze pilotsuz uçuş aparatları ilə vurulub. Bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba teleqram səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış səsləri eşidilib, bəzi infrastruktur obyektlərdə yanğın baş verib. Xəsarət alanların olduğu deyilir.
5-10-2022, 16:14
Səfərbərlikdən sonra 700 min nəfər Rusiyanı tərk edibRusiyada qismən səfərbərlik elan edildikdən sonra təxminən 700 min insan ölkəni tərk edib. Bu barədə "Forbes" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, başqa bir mənbə Rusiyanı tərk edən 600-700 min vətəndaşın 200 mininin Qazaxıstana köç etdiyini bildirib. Səfərbərlik elan edilməmişdən əvvəl Rusiya ilin əvvəlindən 419 min nəfərin ölkəni tərk etdiyini açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
5-10-2022, 16:09
Bayden Ukraynaya yeni hərbi yardım ayırdıABŞ Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi verəcək. Bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib. 625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri daxildir. Qeyd edək ki, Ağ Evin sentyabrın 28-də Ukraynaya təqdim etdiyi 1,1 milyard dollarlıq hərbi yardım paketinə əsasən ABŞ bu ölkəyə 18 HIMARS verəcək.