İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
4-12-2022, 19:23
Türkiyədə güclü partlayış


Türkiyədə güclü partlayış

Türkiyənin Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib. Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



4-12-2022, 19:18
Ankaradan Fələstinə dəstək


Ankaradan Fələstinə dəstək

Türkiyə Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son günlər artan zorakılıq və mülki vətəndaş itkilərindən dərin narahatlığını ifadə edərək, məhkəməsiz qətlləri kəskin şəkildə qınayıb. Bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı Ankara olduqca narahatdır: "Biz Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son zamanlar artan zorakılıqlardan və mülki insanların itkisindən çox narahatıq və məhkəməsiz qətlləri qətiyyətlə pisləyirik. İsrail hakimiyyətini bölgədə gərginliyin daha da artmasının və həyat itkisinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq. Fələstin dövləti və xalqına başsağlığı verir, hadisələrdə həyatını itirən fələstinlilərə Allahdan rəhmət diləyirik”.
4-12-2022, 19:12
Əsir düşən gürcü döyüşçülər öldürüldü


Əsir düşən gürcü döyüşçülər öldürüldü

Ukraynada 5 gürcü döyüşçüsü həlak olub. Onlar Rusiya tərəfinin Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb. Məlumata görə, əsir götürülmüş döyüşçülər qısa müddət sonra öldürülüb. Bildirilir ki, əsir götürüldükdən sonra öldürülənlər arasında Ukrayna əsgərləri də var. Gürcü döyüşçülərin həlak olması ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili başsağlığı verib.
4-12-2022, 14:41
Amerikalı senatordan Gürcüstana mesaj


Amerikalı senatordan Gürcüstana mesaj

"Gürcüstan xalqı Avropa Birliyinə üzv olmaq istəyir. Təəssüf ki, biz hakimiyyətdən geriləmə görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Bunu amerikalı senator Cin Şahin deyib. "Amerikanın səsi"ni təmsil edən jurnalistin "Qafqazla bağlı keçirilən dinləmələr zamanı siz Dövlət Departamentinin nümayəndəsi Keren Donfrieddən Gürcüstanla bağlı siyasətə yenidən baxmağın vaxtı çatıb-çatmadığını soruşdunuz. Bununla nə demək istəyirdiniz?" sualına senator belə cavab verib: “Biz çalışırıq ki, bu və ya digər ölkə ilə bağlı istənilən regionda, bütün dünyada mütəmadi olaraq öz siyasətimizi dəyərləndirək. Həmin bəyanatda qeyd etdiyim kimi və burada təkrar edəcəyim odur ki, gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyir. Təəssüf ki, biz hökumət tərəfdən geriyə addımlar görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Senatorun fikrincə, gürcü xalqı Qərbə köçmək və demokratiya istəyir: "Onlar indiyə qədər haqqında danışdığımız bütün azadlıqları istəyirlər. Biz onlara bunu etməkdə kömək etmək üçün yollar tapmalıyıq və hökumət baş verən geri çəkilmənin məhsuldar olmadığını, onları Gürcüstan xalqının getmək istədiyi yerə çatdıra bilməyəcəyini başa düşməlidir".
4-12-2022, 14:23
Qəzzadan İsrailə raket zərbəsi


Qəzzadan İsrailə raket zərbəsi

Qəzza zolağının ərazisindən İsrailə raket atılıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilir ki, rakar açıq əraziyə düşüb. Ölkənin cənubunda hava hücumu həyəcanı aktivləşdirilib. Yerli KİV hərbçilərə istinadən xəbər verir ki, insident nəticəsində ölən olmayıb.
4-12-2022, 14:20
Pakistanda silahlı münaqişə


Pakistanda silahlı münaqişə

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib. "Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
4-12-2022, 14:13
İranda Çinin baş konsulluğu açılacaq


İranda Çinin baş konsulluğu açılacaq

İranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, Bəndər-Abbasda Çin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib. Rəsmilər konsulluğun açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.
4-12-2022, 14:09
Tacikistanla Qırğızıstan arasında gərginlik


Tacikistanla Qırğızıstan arasında gərginlik

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında toqquşma olub. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb. Bildirilib ki, Somoniye (Tacikistan) kəndindən Dahma kəndinə keçərkən qırğızların ünvanına təhqiramiz ifadələr işlətməyə başlayan Tacikistan vətəndaşları ilə Qırğızıstan sakinləri arasında dava düşüb. Tərəfləri ayırmaq üçün üç dəfə havaya xəbərdarlıq atəşi açılıb.
4-12-2022, 14:05
"Kızılelma" pilotsuz döyüş təyyarəsi səmada


"Kızılelma" pilotsuz döyüş təyyarəsi səmada

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağından havaya qalxıb. Bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat yayıb. Hazırda sınaq prosesi davam edən "Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə reallaşacağı açıqlanıb. Qeyd edək ki, 14.7 metr uzunluğunda olan pilotsuz qırıcı 1500 kiloqrama qədər silah və raketlər daşıya bilir.
4-12-2022, 13:55
Nazirlər hərbi sazişə imza atdılar


Nazirlər hərbi sazişə imza atdılar

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minsk şəhərində belaruslu həmkarı Viktor Xrenin ilə görüşüb. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Danışıqlar zamanı nazirlər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Nazirlər, həmçinin hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair saziş protokolunu imzalayıblar. “Belarus Respublikası bizim etibarlı tərəfdaşımız olub və olaraq qalır. Bu, kollektiv Qərbin misli görünməmiş təzyiqləri və ölkələrimizə qarşı elan edilməmiş müharibə şəraitində bu gün xüsusilə vacibdir”, - rusiyalı nazir həmkarı ilə danışıqlar zamanı bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!