24-11-2022, 18:24
Putin Semyon Peqovu təltif etdi Rusiya Prezidenti Vladimir Putin "WarGonzo" layihəsinin müəllifi, ermənipərəst jurnalist Semyon Peqovu mükafatlandırıb.
Butov.az xəbər verir ki, Peqov "İgidliyə görə" medalı ilə təltif edilib. Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiyalar yayan Peqov bir müddət əvvəl minaya düşüb.
24-11-2022, 18:22
İranda edam olunanların dəhşətli statistikasıİranda cari ilin sentyabr ayınadək 400-dən çox adam edam olunub. Son 5 ildə ilk dəfədir ki, bu ölkədə edam edilənlərin sayı 400 nəfəri ötüb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk bildirib. Onun sözlərinə görə, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam edilib. F.Türk qeyd edib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir. İl ərzində iki azyaşlı edam edilib.
24-11-2022, 18:12
Akar Şoyqu ilə Suriyanı müzakirə etdiRusiya və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub.
Butov.az xəbər verir ki, telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Suriyanın şimalındakı mövcud vəziyyəti və ərzaq anlaşmasının davam etdirilməsini müzakirə ediblər. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalı və İraqda “Pəncə-Qılınc” əməliyyatını davam etdirir.
24-11-2022, 18:10
Rusiya İrəvanla Bakıya çağırış edibRusiya Cənubi Qafqazda sülhün bərqərar olması naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat xarakterli ritorikadan çəkinməyə çağırır. Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici İşlər Nazirliyi və Rusiya sülhməramlı kontingenti, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə müntəzəm əlaqə saxlayır. “Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə razılaşmaları çərçivəsində olan müddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir”, - Zaxarova deyib.
24-11-2022, 18:08
Erməni spiker: “Biz yox, KTMT bizi tərk edir”“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür. Biz bundan narahatıq”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq lazımdır. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə erməni spiker bildirib. Qeyd edək ki, ötən gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası keçirilib. Bu iclas Ermənistan üçün vacib olsa da, İrəvan müzakirələr sonunda istədiyini ala bilməyib. Nəticədə baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Erməni hökumət rəhbəri belə bir sənədi imzalamağa hazır olmadığını deyib.
24-11-2022, 18:02
Fransa Rusiya XİN nümayəndələrinə viza vermədiFransa Parisdə YUNESKO tədbirində iştirak üçün Rusiya XİN-in nümayəndələrinə viza verməyib. Bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. Nümayəndə heyəti parisdə YUNESKO-nun Kommunikasiyaların inkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün Parisə yollanmaq istəyib.
24-11-2022, 17:58
Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanırAvropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işləyir. Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Finlandiyada keçirilən mətbuat konfransında deyib. “Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və Ukrayna qalib gələnə qədər dayanmayacaq. Bu gün biz doqquzuncu sanksiyalar paketi üzərində işləyirik",- deyə o bildirib. Qeyd edək ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiq olunub.
24-11-2022, 17:54
Paşinyan: “Putindən müsbət siqnal aldıq”Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:42
Paşinyan: “Putindən müsbət siqnal aldıq”Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:41
Kiyev şəhərinin 70 faizi işıqsız qalıb - KliçkoKiyev şəhərinin 70 faizində elektrik təminatı kəsilib, paytaxtın sol sahildə su təchizatı bərpa olunub. Bu barədə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb. “Energetiklər və mütəxəssisləri paytaxtın kommunal təminatını bərpa etmək üçün bütün gecə ərzində çalışıblar. Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə təchizatın günün birinci yarısında bərpa olunacağı planlaşdırılır. Lakin Kiyevin 70 faizi hələ də işıqsız qalıb”, - deyə o bildirib. Kliçkonun sözlərinə görə, mütəxəssislər enerji verilməsini mümkün qədər tez bərpa etmək üçün səylərini əsirgəmirlər. Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ölkənin bir çox regionunun, o cümlədən paytaxt Kiyevin elektrik və su təminatında ciddi problemlərə səbəb olur.