Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
24-09-2022, 15:30
Gürcüstanın Baş naziri Paşinyanla görüşüb


Gürcüstanın Baş naziri Paşinyanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb. Butov.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər. Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb. Gürcüstanın Baş naziri vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.
24-09-2022, 15:24
Avropada COVID-19-a yoluxma artır


Avropada COVID-19-a yoluxma artır

Soyuq və rütubətli hava COVID-19-a yoluxanların sayının artmasına səbəb olub. Butov.az xəbər verir ki, Belçika, Danimarka və Britaniyada vəziyyət xüsusən ağırdır. Sözügedən ölkələrdə son həftədə yoluxmalar 17%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 4% artıb. Oktyabrda yoluxmaların daha da artacağı gözlənilir.
24-09-2022, 15:19
Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovuldu


Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovuldu

Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilir ki, İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb. Buna səbəb rəsmi Tehranın Rusiyaya Ukraynada istifadə üçün pilotsuz uçuş aparatları (PUA) verməsi olub. Diqqətə çatdırılıb ki, Rusiya bu PUA-lardan Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadə edir. Həmçinin vurğulanıb ki, silahların ötürülməsi İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq prinsipinə ziddir. "Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə nazirlik bəyan edib. Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı 6 PUA-nı zərərsizləşdirib.
24-09-2022, 15:17
Çili sahillərində güclü zəlzələ


Çili sahillərində güclü zəlzələ

Çili sahillərində 6 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Orta Asiya Seysmoloji Mərkəzi məlumat verib. Zəlzələnin episentri Ankunda şəhərindən 150 km cənubda yerləşir. Yeraltı təkanlar 80 km dərinlikdə baş verib. Sunami barədə məlumat daxil olmayıb.
24-09-2022, 15:16
Blinken Çinə xəbərdarlıq etdi


Blinken Çinə xəbərdarlıq etdi

ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində baş tutub. 90 dəqiqəlik görüş zamanı müzakirələrin diqqət mərkəzində Tayvan mövzusu olub. Blinken, həmçinin Rusiyaya maddi dəstək verməməsi və ya sanksiyalardan yayınmaqda kömək etməməsi barədə Çinə xəbərdarlıq edib.
24-09-2022, 15:15
Ukraynada İranın kamikadze PUA-ları məhv edildi


Ukraynada İranın kamikadze PUA-ları məhv edildi

Ukraynada İrana məxsus 6 pilotsuz uçuş aparatı və Rusiyanın Su-25 qırıcısı vurulub. Butov.az xəbər verir ki, PUA-lar Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib. Qeyd olunub ki, Rusiya Ukraynaya qarşı döyüşlərdə İran istehsalı olan kamikadze-dronlardan istifadə edir.
24-09-2022, 15:12
Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq


Türkiyə Donbasda keçirilən “referendum”u tanımayacaq

Türkiyə Donbasda keçirilən “referendum”un nəticələrini tanımayacaq. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır: "Biz bu müharibədə Ukraynanın yanındayıq. Krım məsələsində olduğu kimi, hazırda keçirilən “referendum”un da nəticələrini tanımayacağıq". Kalın vurğulayıb ki, müharibəyə son qoymağa çalışan yeganə ölkə Türkiyədir. Onun fikrincə, müharibə uzun müddət davam edəcək. Türkiyə rəsmisi, həmçinin bildirib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyalardan türk bankları və iqtisadiyyatı vasitəsi ilə yayınmır, bu iddiaların heç bir əsası yoxdur.
24-09-2022, 15:10
Pakistanda yüzlərlə uşaq yağışdan ölüb


Pakistanda yüzlərlə uşaq yağışdan ölüb

İyunun 14-dən bəri davam edən yağışlar nəticəsində Pakistanda 579-u uşaq və 325-i qadın olmaqla 1606 nəfər ölüb, 12 863 nəfər isə yaralanıb. Bu barədə Pakistan Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Yağışlar nəticəsində 2 milyon 16 min 25 evə ziyan dəyib, onlardan 805 mini tamamilə dağılıb. Daşqınlar zamanı ümumilikdə 13 min 74 kilometr yol, 392 körpü dağılıb, 1 milyon 67 min 241 təsərrüfat heyvanı tələf olub. Yağışlardan 33,4 milyon insan zərər çəkib.
23-09-2022, 22:15
Rusiya müdafiə xərclərini artırır


Rusiya müdafiə xərclərini artırır

Rusiya 2022-2025-ci illər arasında milli müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına 34 trilyon rubl (600 milyard dollar) xərcləməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya 2022-2025-ci illərdə milli müdafiəyə ümumilikdə 18,5 trilyon rubl xərcləyəcək. Vəsaitin 4,7 trilyonunun bu il xərclənməsi planlaşdırılır. Bundan əvvəl Rusiya cari il ərzində milli müdafiəyə 3,5 trilyon rubl vəsait xərcləməyi nəzərdə tutmuşdu. Ekspertlər deyir ki, Rusiyanın qonşu Ukraynada apardığı müharibə bu ölkəyə baha başa gəlib. Belə ki, Moskva bu həftə 300 min əsgərin səfərbər olunduğunu elan edib.
23-09-2022, 22:13
Qazaxıstana gedən rusların sayı kəskin artıb


Qazaxıstana gedən rusların sayı kəskin artıb

Bu il Qazaxıstan ərazisinə təxminən 1,66 milyon Rusiya vətəndaşı daxil olub. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin miqrasiya xidməti komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib. "Onların ölkədə müvəqqəti qalmaları nəzərə alınır. Hər birində pasport məlumatları, giriş tarixləri və onlar haqqında ətraflı məlumat var. Miqrasiya prosesləri izlənilir", - deyə o qeyd edib. Ümumilikdə ölkəyə 4.1 milyon əcnəbinin gəldiyi bildirilir. Məlumata görə, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra Qazaxıstana üz tutan rusların sayında kəskin artım müşahidə edilir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin (Rusiya, Ermənistan, Belarus, Qırğızıstan) vətəndaşları üçün Qazaxıstanda qalma müddəti 90 günə qədərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!