Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
2-11-2022, 21:14
Putin “taxıl sazişi” ilə bağlı tapşırıq verdi


Putin “taxıl sazişi” ilə bağlı tapşırıq verdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinə “taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb. Bu barədə Putin bu gün keçirdiyi müşavirədə bildirib.“Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin deyib. O, Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını vurğulayıb.
2-11-2022, 21:11
Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - Rəsmi


Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - Rəsmi

Rusiya Xarici İşlər Nazirliyi ölkənin nüvə silahından istifadə edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib. Butov.az xəbər verir ki, nazirlik Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi prinsipini rəhbər tutduğunu bildirib. "Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər", - açıqlamada deyilir. “Biz 3 yanvar 2022-ci il tarixindən etibarən nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatına sadiqliyimizi bir daha təsdiqləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
2-11-2022, 21:05
Rusiyanın bu qərarı Türkiyənin uğurudur - Ərdoğanın sözçüsü


Rusiyanın bu qərarı Türkiyənin uğurudur - Ərdoğanın sözçüsü

Türkiyə Ukrayndakı müharibənin ədalətli və davamlı həlli üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb."Qlobal ərzaq təhlükəsizliyi və xüsusən də yoxsul ölkələr üçün mühüm əhəmiyyət kəsb edən Ukrayna və Rusiyadan taxıl daşınmasının bərpası Türkiyənin konstruktiv və çoxşaxəli diplomatiyasının növbəti nailiyyətidir" - deyə Türkiyə rəsmisi bildirib. Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub.
2-11-2022, 20:59
Zelenski danışıqları rədd etdi - "Xəstədirlər, dəlidirlər..."


Zelenski danışıqları rədd etdi - "Xəstədirlər, dəlidirlər..."

“Rusiya ilə danışıqlardan söhbət gedə bilməz, çünki Rusiya Federasiyası terrorçu ölkədir”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Zelenski qeyd edib ki, müharibənin sonu yalnız Ukraynanın Donbass və Krım da daxil olmaqla, Rusiyanın işğal etdiyi bütün əraziləri geri qaytarması ilə baş verəcək. Ukrayna lideri qeyd edib ki, kiminsə onu ruslarla razılaşmalara sövq edib-etməməsinin üçün fərqi yoxdur: "Baş verənlər məlumdur, burada bizim üçün yeni heç nə sürpriz yoxdur. Mən bu hekayənin necə bitəcəyini artıq bilirəm". Zelenski vurğulayıb ki, Rusiya hökuməti diplomatik yolla getmək əvəzinə sadəcə yalan danışır. Ona görə də onun fikrincə, Kremllə danışıqlardan söhbət gedə bilməz:"Dünən bizə dedilər ki, müharibəni dayandırmaq istəyirlər, bu gün isə 54 raketlə bizə hücum etdilər. Dəlidilər, xəstədirlər? Yarım gündə 54 raketlə bizə hücum etsələr, onlarla nə danışaq? Onlar Sanki başqa planetdə yaşayırlar”.
2-11-2022, 15:20
Köçəryan Paşinyana qarşı mitinqə çıxır


Köçəryan Paşinyana qarşı mitinqə çıxır

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin “Müqavimət” hərəkatının mitinqində iştirak edəcək. Butov.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a eks-dövlət başçısının ofisinin koordinatoru Baqrat Mikoyan təsdiqləyib. Eyni zamanda o əlavə edib ki, Köçəryanın mitinq zamanı çıxışı planlaşdırılmayıb. Parlamentin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, noyabrın 5-də müxalifət Dağlıq Qarabağın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün birlik mitinqi keçirəcək. Saqatelyan qeyd edib ki, noyabrın 5-dən sonra mübarizə davam etdiriləcək və mitinqdə növbəti aksiyalar elan olunacaq.
2-11-2022, 15:18
İtaliya Ukraynaya hərbi yardımı dayandırdı


İtaliya Ukraynaya hərbi yardımı dayandırdı

İtaliya Kiyevə altıncı hərbi yardım paketinin göndərilməsini dondurmaq qərarına gəlib. Butov.az xəbər verir ki, hökumətdəki mənbələrin bildirdiyinə görə, Ukraynaya hərbi yardım əməliyyatı ilk növbədə NATO ilə razılaşdırılmalıdır. "Yalnız bundan sonra biz Kiyevin nəyə ehtiyacı olduğunu və hansı silahlarla təmin edə biləcəyimizi anlayacağıq", - deyə mənbə bildirib. İtaliyanın Ukrayna tərəfinə yardımı ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.
2-11-2022, 15:03
Polşa Rusiya ilə sərhəddə hasar çəkir


Polşa Rusiya ilə sərhəddə hasar çəkir

Polşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb. Bu barədə ölkənin Baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib. "Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılıb", - nazir bildirib. O, hasarın tikanlı məftillə tikiləcəyini, hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib. Blaşak izah edib ki, hasarın tikintisi ilə bağlı qərar Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə bağlıdır. Onun sözlərinə görə, bu, Polşaya miqrasiya axınının artması təhlükəsi yaradır.
2-11-2022, 14:58
“Qarabağa hamı üçün məqbul status tapmaq mümkün deyil” - Paşinyan


“Qarabağa hamı üçün məqbul status tapmaq mümkün deyil” - Paşinyan

"Dağlıq Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur". Bunu parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib. Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın daha düzgün olduğunu bildirmişdi. Baş nazir Rusiya tərəfinin bu mövqeyini xatırladıb və qeyd edib ki, səfir fikrini onunla əsaslandırıb ki, indi hamı üçün məqbul statusa nail olmaq mümkün deyil.“Rusiyalı həmkarlarımız bildirdilər ki, onların fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı və bunu hazırda tərəflər üçün hansısa məqbul statusun tapılmasının mümkünsüzlüyü ilə əsaslandırdılar. Bəs Ermənistan hökumətinin siyasəti bu baxışa nə qədər uyğundur? Deməliyəm ki, yüz faiz uyğundur”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti üç əsas komponenti səsləndirməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, hüququ və statusu."Siz fikir vermisiniz ki, biz müzakirələrimizdə, belə demək mümkünsə, status məsələsini "ötürmüşük" və sonuncu dəfə bu barədə danışırıq. Niyə? Çünki biz rusiyalı tərəfdaşlarla razılaşmışdıq ki, bu məsələ indi gündəmə gətirilməməlidir, çünki bu, bizi qaçılmaz böhrana gətirib çıxaracaq”, - o əlavə edib. Paşinyan Putin və Əliyevlə Soçidə keçirilən 31 oktyabr tarixli görüşü vacib və faydalı adlandırıb. Deyib ki, bu görüş sülh gündəliyinin təbliğinə töhfə verib.
2-11-2022, 14:56
Bu gündən Ukraynada elektrik qrafiklə verilir


Bu gündən Ukraynada elektrik qrafiklə verilir

Noyabrın 2-si səhər saat 6:00-dan etibarən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki qüvvəyə minib. Bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb. Elektrik enerjisinin kəsilməsi qrafikini tətbiq edən şəhər və rayonların siyahısı:
Kiyev,
Çerniqov,
Çerkassı,
Jitomir,
Sumi,
Xarkov,
Poltava bölgəsi.
"Saatlıq dayanma cədvəlləri paylayıcı şəbəkə operatorları tərəfindən tərtib edilmiş xüsusi qrafikə uyğun olaraq müəyyən istehlakçı qruplarının gündəlik məhdudlaşdırılmasını nəzərdə tutur”, - məlumatda bildirilib.
2-11-2022, 14:54
Ərdoğanla təmaslar vacibdir - Paşinyan


Ərdoğanla təmaslar vacibdir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasları vacib adlandırıb. Bu barədə o, parlamentdə çıxışında deyib. Baş nazir bu il Ərdoğanla telefon danışığı apardığını, daha sonra bu yaxınlarda Praqada görüş keçirdiyini xatırladıb. "Soruşa bilərsiniz ki, görüş çox yaxşıdır, amma situasiyada nəsə dəyişib? Düşünürəm ki, bizdə situasiyada çox mühüm dəyişiklik var. Bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistanı danışıqlarda parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd dəfə görüş keçiriblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada baş tutub. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!