2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
26-08-2022, 20:46
Putin iclas çağırdı - Xaricilərin Rusiyaya gəlişi müzakirə olunacaq


Putin iclas çağırdı - Xaricilərin Rusiyaya gəlişi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin gələn ay Təhlükəsizlik Şurasının xüsusi iclasını keçirməyi planlaşdırır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib. O qeyd edib ki, iclasda miqrasiya, əcnəbilərin Rusiyaya giriş-çıxış məsələləri müzakirə ediləcək. Medvedevin sözlərinə görə, Rusiya hakimiyyəti xarici ölkə vətəndaşlarının ölkə ərazisinə giriş-çıxışı və qalma şərtləri haqqında yeni qanun layihəsi hazırlayır.
26-08-2022, 19:10
Rusiyanın bir gündə 400 hərbçisi məhv edilib


Rusiyanın bir gündə 400 hərbçisi məhv edilib

Ukrayna ordusu son bir gündə Rusiyanın 400 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-ə çatıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, indiyədək Rusiyanın 1936 tankı, 4251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raketi sıradan çıxarılıb.Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin 184-cü günüdür.
26-08-2022, 18:07
İranda su qıtlığı etirazlara səbəb oldu


İranda su qıtlığı etirazlara səbəb oldu

İranın qərbində yerləşən Həmədan şəhərində yüzlərlə insan içməli su qıtlığına etiraz olaraq küçələrə çıxıb. Butov.az xəbər verir ki, ardıcıl ikinci gündür nümayişçilər boş su qabları ilə qubernatorluq binasının qarşısına gəliblər. Məlumata görə, Həmadan şəhərində su xəttinin kəsilməsinə etiraz etmək üçün 200 nəfər qubernatorluq binası qarşısına toplaşıb. Şəhərin bəzi hissələrinin 8 gündür susuz qaldığı bildirilir. Əllərində boş şüşə tutan nümayişçilər hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.
26-08-2022, 18:05
Almaniya bu silahları Ukraynaya verməkdən imtina etdi


Almaniya bu silahları Ukraynaya verməkdən imtina etdi

Almaniya Ukraynaya Rusiya ərazisini vura bilən silahlar təqdim etməyəcək. Bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, hədəf Ukraynanın ərazi bütövlüyü və suverenliyi olaraq qalır. “Prezident Bayden kifayət qədər dəqiq deyib ki, Rusiya ərazisinə atəş aça bilən silahlar tədarük edilməyəcək. Düşünürəm ki, mənim dəstəklədiyim bu prinsip yerdə qalanlar üçün də eyni olmalıdır. Məhz buna görə biz həmişə başqalarının nə etdiyinə baxırıq”, - Almaniya kansleri vurğulayıb.
26-08-2022, 17:42
ABŞ 2 milyard dollarlıq hərbi helikopterlər satdı


ABŞ 2 milyard dollarlıq hərbi helikopterlər satdı

ABŞ Dövlət Departamenti Avstraliyaya 1,95 milyard dollar dəyərində hərbi helikopterlərin və müvafiq avadanlıqların satılmasına razılıq verib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Müqavilə çərçivəsində Avstraliyaya 40 ədəd UH-60M "Black Hawk" helikopteri satılacaq. Dövlət Departamenti, həmçinin 141,1 milyon dollar dəyərində müqavilə ilə Mərakeşə birgə taktiki radio sistemlərinin satışını təsdiqləyib. Agentlik satış barədə Konqresə məlumat verib. Konqres təsdiqlədikdən sonra satışlar həyata keçiriləcək.

26-08-2022, 17:39
Kiyevdə ruslarla əlaqəli küçə adları dəyişdirildi


Kiyevdə ruslarla əlaqəli küçə adları dəyişdirildi

Ukraynanın paytaxtı Kiyev şəhərində rus və sovetlərlə əlaqəli 95 küçənin adı dəyişdirilib. Butov.az xəbər verir, qərar Kiyev meri tərəfindən verilib. "Yeni adlar Ukraynanın əlamətdar tarixi hadisələrinin, eləcə də dövlətimizin müstəqilliyi uğrunda mübarizə aparmış məşhur simaların və qəhrəmanların xatirəsini əbədiləşdirəcək", - mer Vitali Kliçko bildirib. Sovet İttifaqı müdafiə nazirinin soyadını daşıyan başqa bir küçənin adı dəyişdirilərək Ukraynanın Azov alayının adı verilib.
26-08-2022, 17:37
Quterreş İranın mövqeyini konstruktiv hesab edir


Quterreş İranın mövqeyini konstruktiv hesab edir[/color

BMT-nin Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Abdullahiyan bildirib ki, ABŞ dünən İranın təkliflərinə cavab verib və indi bu cavab araşdırılır. Quterreş razılaşma prosesini müsbət qiymətləndirib və İranın mövqeyini konstruktiv hesab edib. Quterreş Vyana danışıqlarının müsbət nəticələnəcəyinə ümid etdiyini qeyd edib.
26-08-2022, 17:31
Paşinyan Mişustinlə görüşüb


Paşinyan Mişustinlə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaın Baş naziri Mixail Mişustinlə görüşüb. Butov.az xəbər verir ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutub. Mişustin Paşinyana Rusiya Prezidenti Vladimir Putinin salamlarını çatırıb. Görüş zamanı ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bundan əvvəl Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.
26-08-2022, 16:30
Əfqanıstanda təbii fəlakət - 180 nəfər ölüb


Əfqanıstanda təbii fəlakət - 180 nəfər ölüb

Əfqanıstanda bu ay baş verən daşqınlar 180-dən çox insanın həyatına son qoyub. Bu barədə Talibanın sözçüsü Zabihullah Mücahid məlumat verib. Daşqınlar son həftələr Əfqanıstanın mərkəzi və şərq əyalətlərində geniş dağıntılara səbəb olub, minlərlə evi su yuyub aparıb, ölkədə iqtisadi və humanitar böhranı daha da dərinləşdirib. "Ölkəmiz daşqınları təkbaşına idarə edə bilməz, biz dünyadan, beynəlxalq təşkilatlardan və İslam ölkələrindən kömək etmələrini xahiş edirik", - Mücahid deyib. O, bildirib ki, bu ay daşqınlar nəticəsində 182 nəfər ölüb, 250 nəfər isə yaralanıb. 3100-dən çox ev tamamilə dağılıb, minlərlə mal-qara tələf olub.
26-08-2022, 16:28
Baydendən sürpriz - Hamının 10 min dollar borcu silinəcək


Baydendən sürpriz - Hamının 10 min dollar borcu silinəcək

ABŞ prezidenti Co Bayden bildirib ki, onun administrasiyası federal tələbə borcları olan milyonlarla amerikalının hər biri üçün borcun 10 min dollara qədər məbləğini, eləcə də gəlirləri aşağı olan borcluların hər birinin borcunun daha 10 min dollarını siləcək. Bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, belə olan halda aylıq ödənişlərdə fasilə müddəti uzadılacaq. Baydenin planına əsasən, illik gəliri 125 min dollardan az olan hər vətəndaş və ya illik qazancı 250 min dollardan az olan ər-arvad 10 min dollara qədər kreditin bağışlanması hüququ əldə edəcək. Məlumata görə, maliyyə ehtiyacları daha çox olan tələbələrə verilən Pell qrantlarını alanlar daha 10 min dollar yardım almaq hüququ qazanacaqlar. Hazırda ali məktəblərdə oxuyan tələbələr də borcun silinməsi hüququ əldə edəcəklər. ABŞ-ın Təhsil Nazirliyi bəyan edib ki, 8 milyona yaxın şəxsin borcları avtomatik silinəcək, qalan borcalanlar yardım üçün müraciət etməli olacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!