Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
7-11-2022, 22:24
Rusiya Ukraynaya 80 min döyüşçü göndərib


Rusiya Ukraynaya 80 min döyüşçü göndərib

Rusiyada səfərbərliklə hərbi xidmətə cəlb olunan 80 minə yaxın şəxs Ukraynadakı döyüş bölgəsinə göndərilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O, 50 min vətəndaşın döyüş əməliyyatlarında iştirak etdiyini açıqlayıb. “Hazırda bizim 50 min vətəndaşımız döyüş bölmələrindədir. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Digərləri təlim poliqonlarındadır”, - deyə Putin vurğulayıb.
7-11-2022, 16:36
Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü


Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdü

Ukraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib. Bu barədə “UNİAN” agentliyi məlumat yayıb. Bildirilib ki, ilk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması bilinib. Yanğına səbəb partlayış olub. Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşdüyünü bildirib.
7-11-2022, 16:02
Xersonda Rusiyanın Su-25 təyyarəsi vuruldu


Xersonda Rusiyanın Su-25 təyyarəsi vuruldu

Ukraynada Rusiyanın daha bir qırıcısı məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, bu gün Xersonda Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi vurulub.
7-11-2022, 15:52
Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılar


Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılar

İranın Mərivan şəhərində etirazçılar ölkənin dövlət bayrağını zibil qutusuna ataraq yandırıblar. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Görüntülərdə molla rejiminə etiraz edən sakinlərin “Xameneiyə ölüm olsun!” və “Diktatora ölüm olsun!” şüarları ilə bayrağı yandırması anı əks olunub. Qeyd edək ki, İranda sentyabrda başlayan etiraz aksiyaları bütün ölkə üzrə davam edir.
7-11-2022, 15:47
Yaponiyadan İrana etiraz - Bu addımı pisləyirik


Yaponiyadan İrana etiraz - Bu addımı pisləyirik

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərməsini pisləyir. Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. O, İranı regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırıb. “Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin şəkildə pisləyirik”, - deyən baş katib vurğulayıb. “Biz İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdirəcəyimizi bildiririk”, - deyə Yaponiya rəsmisi əlavə edib. Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Fars” xəbər agentliyinə müsahibəsində Ukraynada əməliyyatlar başlayandan bəri İranın hər ay Moskvaya az sayda PUA-lar göndərdiyini bildirib.
6-11-2022, 23:19
Daha bir qəza - 17 nəfər yaralandı


Daha bir qəza - 17 nəfər yaralandı

Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Butov.az xəbər verir ki, Nevşehirdə mikroavtobusun aşması nəticəsində 17 nəfər xəsarət alıb. Yaralılar Nevşehir və ətraf vilayətlərdəki xəstəxanalara çatdırılıb. Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
6-11-2022, 23:15
Rusiya Suriyanın şəhərini bombaladı - Ölənlər var


Rusiya Suriyanın şəhərini bombaladı - Ölənlər var

Rusiya təyyarələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri yaxınlığındakı düşərgələri bombalayıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bəşəd Əsəd rejiminə müxalif qüvvələrin yerləşdiyi şəhərə endirilən zərbələr nəticəsində 9 nəfərin öldüyü bildirilir. Şahidlərin sözlərinə görə, hücum Suriya ordusuna məxsus artilleriyanın köməyi ilə həyata keçirilib. Hadisə ilə bağlı Rusiya və Suriya ordusu tərəfindən hələlik heç bir açıqlama verilməyib. Müxalifət təmsilçiləri bildiriblər ki, hücumlarda 70-dən çox adam yaralanıb. Yaralılar səhra xəstəxanalarına çatdırılıb.
6-11-2022, 23:09
Avropadan Ukraynaya 18 milyardlıq yardım


Avropadan Ukraynaya 18 milyardlıq yardım

Gələn həftə Avropa İttifaqı (Aİ) Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təsdiqləyəcək. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat yayıb. “Prezident Volodimir Zelenski ilə telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik”, - deyə Lyayen bildirib.
6-11-2022, 16:15
Ermənistanın silah anbarında partlayış - Hərbçilər yaralandı


Ermənistanın silah anbarında partlayış - Hərbçilər yaralandı

Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın olub. Butov.az xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayş müşahidə olunub.Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb. Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib. Xəsarət alan hərbçilər hospitala yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
6-11-2022, 16:14
Dəhşətli qəza: Ölənlər və yaralılar var


Dəhşətli qəza: Ölənlər və yaralılar var

Türkiyənin Amasya bölgəsində turist avtobusu inşaat maşınına çırpılıb. Qəza zamanı avtobusun ön şüşəsindən yerə düşən 1 sərnişin ölüb, 10 nəfər yaralanıb. Məlumata görə, xəstəxanada müalicə olunan sərnişinlər arasında vəziyyəti ağır olan avtobus sürücüsü və digər şəxs də tibbi müdaxiləyə baxmayaraq, həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!