Qazaxda "Kamaz"la toqquşan avtomobilin sürücüsü ölüb .....                        Bakıda kommunal xidmətlər gücləndirilmiş iş rejimindədir .....                        Kəlbəcərdə yük avtomobili aşdı, ölənlər var .....                        Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB .....                        Bakıda yağıntının miqdarı 133 mm-ə çatıb .....                        BŞİH: Problemli ərazilər ADSEA-ya təqdim olunur .....                        Lənkəran-Lerik yolunda ağır qəza - 5 nəfər yaralandı .....                        SEPAH ABŞ-ə məxsus hərbi texnikaları vurduğunu AÇIQLADI .....                        Yağış sularının çəkilməsi davam edir .....                       
5-11-2022, 15:37
Dardanel boğazı bağlandı


Dardanel boğazı bağlandı

Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna səbəb sis-dumanlı hava şəraiti nəticəsində görmə məsafəsinin minimuma enməsi olub. Çanakkale Gəmi Nəqliyyatı İdarəsinin qərarına görə, hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq və gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.
5-11-2022, 15:32
Rusiya ordusu 3 istiqamətdən hücuma keçib


Rusiya ordusu 3 istiqamətdən hücuma keçib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. Butov.az xəbər verir ki, rəsmi açıqlamada ümumilikdə 14 yaşayış məntəqəsində hücumların dəf edildiyi bildirilib. Qeyd olunub ki, Luqansk və Donetsk vilayətlərində təmas xətti boyunca gərginlik davam edib. Belə ki, Ukraynanın Baxmutsk, Avdeyevsk, Novopavlovsk yaşayış məntəqələri istiqamətində hücum edilib. Xatırladaq ki, müharibə bu il 24 fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayıb. Daha sonra Rusiya“Donetsk XR”, “Luqansk XR”, Xerson və Zaporojye vilayətlərini birtərəfli qaydada ilhaq edib.
5-11-2022, 00:20
Xersonda komendant saatı elan edildi


Xersonda komendant saatı elan edildi

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib. Bu barədə Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov bildirib. Məlumata görə, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Ukrayna ordusunun hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetskin mərkəzinə də 26 top mərmisinin düşdüyü qeyd olunub.
4-11-2022, 22:54
Vardanyanın yeni "vəzifə"si təsdiqləndi


Vardanyanın yeni "vəzifə"si təsdiqləndi

Rusiyadan Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Arayik Arutyunyan Vardanyana bu "vəzifə"ni təklif etmişdi. İş adamı Vardanyan Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir. Bu ilin sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlamışdı.
4-11-2022, 22:48
Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır


Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşır

Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mümkün hərbi əməliyyatlara hazırlaşmağa davam edir. Bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefeyi deyib.“Tayvanın məsələsi Çinin daxili işidir və heç bir xarici müdaxiləyə icazə verilmir. Hazırda Birləşmiş Ştatlar davamlı olaraq vahid Çin prinsipini məhv edir", - o bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu hərəkətlər Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir:"Çin Xalq Azadlıq Ordusu təlim keçməyə və müharibəyə hazırlaşmağa davam edir".
4-11-2022, 22:44
Saakaşvilinin vəziyyəti pisləşib


Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. Bu barədə siyasətçinin anası Giuli Alasania bildirib. Məlumata görə, Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması qalxır. O əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Saakaşvilinin vəziyyəti getdikcə ağırlaşır.
4-11-2022, 22:42
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım


ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardım

ABŞ Ukraynaya növbəti 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni yardım paketinə Sovet dövründən qalma tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər silahlar daxildir.
4-11-2022, 22:40
Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq


Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıq

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb. Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər. ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir". Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.
4-11-2022, 22:33
İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”


İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün sosial media hesabından ABŞ naziri Co Baydenin açıqlamalarına reaksiya verib. İranlı nazir Twitter-də yazıb: "İranda baş verən son hadisələrdə zorakılıq və terrorizmi təşviq edən Ağ Ev eyni vaxtda nüvə anlaşması üzərində işləyir", - nazir Əmir Abdullahian deyib. Nazir Baydenə xitabən “İkiüzlü davranışınıza və İŞİD-i dəstəkləməyə son qoyun” deyib. Xatırladaq ki, ABŞ prezidenti Bayden bugünkü açıqlamasında “Narahat olmayın, biz İranı tezliklə azad edəcəyik” söyləməklə Tehran rəsmilərini hiddətləndirib. Co Baydenin sözlərinə cavab verən president Rəisi "İran 43 il əvvəl azadlığını əldə edib və bir daha ABŞ-ın əsarətinə düşmək istəmir. Biz heç vaxt ssizin üçün sağmal inək olmayacağıq!” deyib.
4-11-2022, 22:24
Putin Xersonun boşadılması əmrini verdi


Putin Xersonun boşadılması əmrini verdi

Rusiya Prezidenti Vladimir Putin Xerson sakinlərinin şəhərdən təxliyə edilməsi əmrini verib. O, bu barədə jurnalistlərə açıqlamasında deyib. Putinin sözlərinə görə, xersonlular əks-hücum və digər tədbirlərdən əziyyət çəkməməlidir. "İndi Xersonda yaşayanlar ən təhlükəli hərbi əməliyyatlar zonasından çıxarılmalıdır", - Rusiya lideri bildirib. Qeyd edək ki, son həftələrdə Ukrayna ordusu Xerson istiqamətlərdə əks hücuma keçib. Artıq oktyabrın 24-də Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edilməsi barədə məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!