Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 20-08-2018, 20:25
Alçalmış mələk

Başlanğıc
III hissə
Alçalmış mələk

Bu dünya xaos üzərində qurulub.Uşaq dünyaya gəlir, böyüyür, oxuyur və öz həyat yolunu qurmağa başlayır və bu zaman da xaos yaranır, nə zaman ki o tanınmağa, hörmət görməyə və hakimiyyət əldə etməyə çalışır, öz yeri üçün mübarizə edir, bunda kiminsə daha çox, kiminsə daha az bəxti gətirir. Bir çox hallarda gələcəyi o insanlar korlayır ki, hansılar ki sadəcə sənin potensialından qorxurlar və öz qəlblərinin dərinliklərində sənin onları üstələyəcəyinin qorxusundan sənə kömək etmək istəmirlər. Şəxsiyyətli insanlar bütün bunlara tab gətirə bilərlər, zəiflər isə öz həyat yollarının başlanğıcında itib gedirlər. Baxmayaraq ki, çoxları şöhrət və tarixdəki yerinin əvəzinə yalnız var-dövlət və rahatlıq arzulayırlar, bunlar hakimiyyət qarşısında əhəmiyyətsiz qalır, belə ki, hakimiyyət hər şeyi dəyişir, onu əldə etməklə sən hər bir şeyi bir-birinin ardınca ala bilirsən. Bütün bunlar böyük həyata addımlayan uşaqda olduğu kimi, çətin mübarizə şəraitində müstəqillik əldə edən, respublika olan və imperiyaya çevrilən dövlətdə də meydana gəlir. Bu da sizin üçün xaosun müsbət tərəfləri. Bu bizimlə baş vermişdi. İlk addımlarını atmaqda olan və eyni zamanda rüşvətxorluğun məngənəsindəki respublika bir xaos anında imperiyaya çevrildi. Biz vahid respublika üçün çarpışırdıq və bilmirdik ki, bütün bunlar başqa bir şeyə çevriləcək. Mən, Yusif İldırım, respublika ordusunun generalı, hal-hazırda isə Respublikanın Müdafiə Naziriyəm. Biz düşünürdük ki, bütün bunlar vətəndaş müharibəsi ilə başa çatacaq, lakin belə olmadı. Qələbədən sonra mən öyrəndim ki, bütün bu xaos hər bir şeyin dəyişdirilməsi üçün planlaşdırılmışdı. Beləcə, dövlətlər arasında yarım əsrlik sülh dövründən sonra birinci imperiyanın yeni tarixi başladı. Müharibənin başa çatmasından iki il ötmüşdü. Respublikada hələ vətəndaş müharibəsi vaxtından islahatlar gedirdi. Hər şey sürətlə bərpa olundu, çox çətin ki kimsə cəmi iki il ərzində hər bir şeyi bərpa edə bilərdi. Verdiyimiz bütün qurbanlar hədər yerə deyildi, baxmayaraq ki, müharibə qurtardıqdan sonra mənə Prezidentlə razılaşmaq çətin idi, lakin o haqlı idi. Bu söhbət bütün mənim həyatımı dəyişdi: «İnsan ümumi rifahın xeyrinə qurban verməlidir. Tərəqqi təkan və ya qurbanlar tələb edir. Vətəndaş müharibəsi dövlətimizin inkişafı naminə bizim verdiyimiz itki oldu». Bu sözlər həyatımı tamamilə dəyişdi. Müharibə isə Dövlət Təhlükəsizlik Nazirliyinin Xüsusi Şöbəsinin rəis müavini, daha sonra Respublika Qurtuluş Ordusunun generalı, müharibədən sonra isə Müdafiə Naziri olaraqmənim həyatımın əsas sınağı oldu. Və bütün bunlar xaos zamanı baş verdi. Mən heç bir şeyə görə peşman deyiləm, bu ona dəyərdi. Dövlətə təkan lazım idi və bu baş verdi. Vaxtımın böyük hissəsini ordunun islahatı ilə məşğul olaraq nazirlikdə və hərbi hissələrdə keçirirdim. Keçmişdə mənim himayəmdə olan qardaşım Dövlət Təhlükəsizlik Nazirliyinin bütünlüklə dəyişdirilməsi ilə məşğul olmağa başladı. Ortancıl qardaşım da Xarici İşlər Nazirliyində xidmət edirdi, uzun müddət idi ki bizim əlaqəmiz yox idi. Əgər Teymurla biz hər zaman birlikdə idiksə,Bəyazid ilə hər şey əksinə idi. O həmişə bizdən fərqlənirdi: qapalı, möhkəm iradəli, ağıllı, ailəsinə və dövlətinə sadiq, hər zaman göz önündə olan, amma eyni zamanda da qapalı və tənha biri idi. Biz Dövlət Təhlükəsizlik Nazirliyinin Akademiyasına imtahan verən zaman onunla nə isə baş verdi, Bəyazid son imtahandan keçə bilmədi, lakin o, ruhdan düşmədi və vaxt itirmədən sənədlərini Diplomatiya Akademiyasına verdi, ekstern olaraq oradan məzun oldu və dərhal Xarici İşlər Nazirinin müşaviri təyin olundu. Müharibədən sonra biz vaxt çatışmamazlığından nadir hallarda görüşürdük. O, boş vaxtlarında anamıza baş çəkirdi, öz qardaşları ilə görüşdən isə qaçırdı. Öz ailəsini sevən, mehriban oğlanla nə baş verə bilərdi?Həmin o imtahandan sonra onunla nə baş verdi? Yəqin ki bu mənim üçün bir sirr olaraq qalacaqdır.Mən öz kabinetimdə oturmuşdum və düşüncəyə dalmışdım, bu zaman Prezidentin katibi mənə zəng etdi və dedi ki, rəhbər sizi saat 15:00-da görmək istəyir. Əgər Prezident məni görmək istəyirsə, demək nəsə ciddi bir məsələ var.
*****
Mən hər dəfə Prezident Sarayına gələndə mərhum Dövlət Təhlükəsizlik Nazirinin iclas zamanı çevrilişin zəruriliyini bildiryi o ağır günü xatırlayıram. Mən ona qoşulmaqdan imtina etdim və o, məndən iclas zalını tərk etməyimi xahiş etdi.Bundan sonra isə nazirlikdə atışma, Prezidentin xəbərdarlığı (indi çatmaqda olduğum həmin bu Sarayda), paytaxt uğrunda döyüş və vətəndaş müharibəsi. Düzdür təkrarçılıq edirəm, amma bu ona dəyərdi. Saray zərrə qədər də dəyişməmişdi, Şahin orada heç nə dəyişməmişdi. Sarayın gözəlliyi onun sadəliyində idi. Məni Prezidentin kabinetinin qarşısındakı gözləmə zalına apardılar. Çox gözləmək lazım olmadı və bir neçə dəqiqədən sonra o məni qəbul etdi. Katib mənə yaxınlaşdı və kabinetə apardı.
*****
Biz otağa daxil olanda, Prezident masanın yanında dayanmışdı və xəritələri nəzərdən keçirirdi.
-Salam Yusif.
Mən ona hərbi salam verdim və əlini sıxdım.
- Necəsən, oğul?
-Hər şey qaydasındadır, cənab Prezident.
-Biz danışmışdıq axı, sən mənə adımla müraciət edə bilərsən.
-Necə istəyirsiniz, Şahin.
-Orduda vəziyyət necədir?
-Hər şey öz qaydası ilə gedir, simurq öz külündən doğulduğu kimi, bizim ordumuz da o cür. İki il ərzində biz ordunu tamamilə yenidən qura bilmişik.
-Bəs xüsusi qoşunlar?
-O cümlədən, onları da.Ümumi hücum zamanı problemlər meydana gəlməsin deyə, biz müntəzəm qoşunlarla, eləcə də Respublika Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin qoşunları ilə birgə təlimlər keçirmişik.
-Sən də mərhum baban kimi fərqli düşünə bilirsən. Bu heç kimin ağlına gəlməmişdi.Afərin Yusif.
-Mən öz borcumu yerinə yetirirəm, Şahin. Siz mənə güclü ordu qurmağı tapşırmısınız və mən də buna doğru gedirəm.
-Sən artıq bunu etmisən. Mənim baş analitikim artıq sənin işin haqqında mənə hesabat verib və biz belə bir qənaətə gəldik ki, gələn ilin əvvəlində qəfil hücumla biz Qərbdə olan torpaqları ələ keçirə bilərik.
-Sizin baş analitik?
-Bəli, o yoldadır və sən onunla tanış olacaqsan. O, bir azdan burada olmalıdır….
Bu zaman qapı döyüldü və katib otağa daxil oldu.
-Bağışlayın ki, sizi narahat edirəm. О burdadır.
-Onu bura gətirin.
-İndi sən onunla tanış olacaqsan, Yusif. Baxmayaraq ki, siz artıq tanışsınız. Sən onu uşaqlıqdan tanıyırsan.
-Tanışıq?
Prezident gülümsədi və heç nə demədi. Bu zaman qapı döyüldü və o açıldı. Mən arxası qapıya dayanmışdım, çevriləndə yerimdə dayandım və təəccübümü gizlədə bilmədim, qarşımda Bəyazid dayanmışdı. Mənim kiçik qardaşım. İki il idi ki, mən onu görmürdüm və əgər Prezident onu uşaqlıqdan tanıdığımı deməsəydi, mən onu tanımazdım.
*****
Bəyazid otağa daxil oldu. O, qara forma geymişdi, çünki baş analitik vəzifəsi hərbi xidmətə bərabər tutulurdu. Fərq onda idi ki, o birbaşa Prezidentə tabe idi.Onun formasında mayor rütbəsi nişanları gözə çarpırdı. Hərçənd onlarsimvolik idilər, o yalnız Prezidentə tabe idi və generallarla, Prezident Administrasyasının işçiləri ilə bərabər şəkildə ünsiyyət saxlaya bilirdi.
-Cənab Prezident, Nazir.
-Rəsmiyyətə ehtiyac yoxdur, Bəyazid.
-Necə istəyirsiniz, Şahin.
Mən öz təəccübümü gizlədə bilmirdim, mənim qardaşım Prezidentin baş analitiki idi. Mən qürur hissi keçirirdim, amma eyni zamanda da təəccüblənirdim ki, qardaşım mənimlə soyuq salamlaşdı, baxmayaraq ki, o məni bir neçə ildir görmür. -Təəccüblənirsən ki, qardaşın nazirin müşaviri yox, mənim baş analitikimdir? O da sənin kimi istedadlıdır. Diplomatiya Akademiyasını bitirdikdən sonra o, bir müddət Xarici İşlər Nazirliyində işlədi, bir gün isə paytaxt uğrunda döyüşdən əvvəl o mənə yaxınlaşaraq bizdə dövlət çevrilişinin gözlənildiyini bildirdi və hər şeyi xırdalığına qədər izah etdi. Gənc oğlan təhlükəni hiss etdi, məni və ölkəni xilas etdi. Mən fırtına olacağını hiss edirdim, lakin bu miqyasda olacağını gözləmirdim, Bəyazid isə bunu qabaqcadan görə bildi, bundan sonra o mənim yanımda oldu və biz birlikdə vətəndaş müharibəsini qazandıq. Qəribədir, sən bunu bilməyə-bilməyə, Yusif, öz qardaşın ilə çiyin-çiyinə döyüşmüsən. Sən döyüş meydanlarında, o isə mənimlə birlikdə paytaxtda senat və məmurlarla çarpışırdı. Bağışla ki, mən sənə bu barədə deməmişdim, bu ana qədər heç kim mənim baş analitikimin kim olduğunu bilməməliydi.
-Mən hər şeyi başa düşürəm, Şahin.
-İndi isə, Bəyazid, ulu babalarımızdan birinin şimal qonşularımıza bağışladığı torpaqların birləşdirilməsi ilə bağlı bizim plan haqqında qardaşına danış.
-Necə buyurursunuz.
-Bildiyiniz kimi, cənab Prezident və hörmətli Nazir, bizim qonşularımız tamamilə bizdən asılıdırlar. Biz, Şimal-Şərq Federasiyasını blokadaya aldıqdan sonra demək olar ki hər bir şeylə onları təchiz edirik. Bu sözü deməyə çəkinmirəm, onlar bizim köləmizdirlər. Lakin biz onlara hücum edə bilmərik. Beynəlxalq təşkilatlar və okeanın o tayındakı dostlar dərhal bizim üstümüzə atılacaqlar. Bizim güclü ordumuz var, lakin indi bizə bütün dünya ilə döyüşmək lazım deyil. Bu dəfə biz hər şeyi daha ağılla edəcəyik.
-Bu mənim sevdiyim hissədir, Yusif, davam et Bəyazid.
- Münaqişə baş verəcək, daha sonra isə xaosa çevriləcək. Polis bizim həmvətənimizə hücum edəcək və təsadüfi şəraitdə o həlak olacaq. Xalq küçələrə çıxacaq və haqq-ədalət tələb edəcək. Siz axı bizim şimal qonşularımızı tanıyırsınız, onlar özünkünü müdafiə edəcək, amma bizimkilər onların vətəndaşı olsa belə istənilən halda ikinci plandadırlar. Polislə ardıcıl toqquşmalar, piketlər və tətillər, vətəndaşlar arasında itkilər olacaq və bu zaman münaqişəyə biz daxil olacağıq. Şimal Senatında həmvətənimiz olan deputat neytral tərəfdən nizam-intizamın təmin olunmasını tələb edəcək, belə ki, hakimiyyət bu işin öhdəsindən gələ bilmir, biz isə Birləşmiş Millətlər Təşkilatının üzvü olaraq sülhməramlılar kimi qayda-qanunun təmin edilməsi üçün daxil olacağıq, bunun üçün on min əsgər kifayət edər. Və siz, Nazir, əsgərləriniz ilə qayda-qanun yaratmağa çalışdığınız zaman, həmin deputat muxtariyyət, şimal dövlətindən ayrılma və bizim respublikaya birləşmə ilə bağlı referendum tələb edəcək.
-Əla.
-Minnətdaram, cənab Prezident.
-Sənin sualın var, Yusif?
-Məndən tələb olunan hər bir şeyi edərəm, Bəyazid,lakin məni iki sual maraqlandırır.
-Hansılar?
-Birincisi, buna dünya ictimaiyyəti necə reaksiya verəcək? Və ikinci sual. Düzdür, bu sual daha çox sənə aiddir, qardaş.
-Bunu cənab Prezident və mənim öhdəmə burax.
-Yaxşı, bəs sənin ikinci sualın nə idi?
-Dinc insanların ölümü sənin vicdanına yazılacaq. Sən bununla necə yaşayacaqsan, qardaş?
-Mənim vicdanıma görə narahat olma. Bu qurbanlar ümumi rifah naminədir, sən öz vicdanına görə narahat ol.
-Mübahisə etməyək. Bizi böyük işlər gözləyir, siz təkcə öz Vətəninizin böyük oğulları deyil, həm də qardaşsınız. Mənim nə qardaşım, nə də bacım olub, bunun qiymətini bilin.
-Necə buyurursunuz, Şahin.
Hər ikimiz bir ağızdan dedik.
-Ölkənin gələcəyi bizdən asılıdır. Mən bu planı tam şəkildə qəbul edirəm.Sizi daha saxlamayacam. Mən vergi və təhsil naziri ilə görüşməliyəm, siz isə gedin, çox şeyi müzakirə etməlisiniz.
Biz Prezidentlə sağollaşdıq və kabineti tərk etdik.

*****
Biz səssiz-səmirsiz Bəyazidin kabinetinə qədər getdik. Məni qardaşımla bağlı fikirlər düşündürürdü.Qardaşım çox dəyişmişdi və məni görəndə sevinmədi. Biz onun kabinetinə daxil olduq. Kabinet mənimkindən heç nə ilə fərqlənmirdi. Bu bizim ümumi cəhətimiz idi, sadə və dəbdəbəsiz.
-Əyləş, Yusif.
-Təşəkkür edirəm.
Mən oturmuşdum, ona baxırdım vəinana bilmirdim ki, bu mənim qardaşımdır. O, həmişə sakit, səssiz olub və kəskin dəyişikliklərdən qorxub.
-Mənim bu qədər yüksələ bildiyimə təəccübləndin, qardaş? Sənə maraqlıdır ki, sənin sakit və zəif qardaşın nə oldu?
-Sən heç vaxt zəif olmamısan.
-Yox, mən zəif olmuşam və mənim zəifliyim ailəmin mənə dəstək olacağına inanmağım idi.
-Biz həmişə sənin yanında olmuşuq.
-Yusif, mən səni, Teymuru və anamızı nəzərdə tutmuram. Mən hər zaman böyük babamızı bizim beynimizə yeridən adamdan bəhs edirəm.
-Belə danışma, o bizi sevirdi.
-Səni hə, bəlkə Teymuru da, amma məni yox. Sən onun üçün qızıl uşaq idin, mən isə kölgədə idim. Başqa şey düşünmə, mən səni sevirəm, qardaş. Sənə qarşı nifrət bəsləmirəm. Bu sənə nə qədər kobud görünsə də, onun ölümü məni xilas etdi.
-Bəyazid, sən necə…
-Sakitləş, Yusif, o həmişə məndən qorxub. Onda belə bir qorxu var idi ki, mən ondan güclü ola bilərəm və belə də oldu.
-Sən düz danışmırsan.
-Mən düz danışıram. O heç vaxt mənə kömək etməyib. Mən ondan nəsə xahiş edəndə, o “yaxşı” deyirdi və etmirdi.On altı yaşından mən Xarici İşlər Nazirliyində təcrübə keçmək istəyirdim,o “yaxşı” dedi və etmədi, mən Birləşmiş Millətlər Təşkilatında səfirin köməkçisi vəzifəsinə müraciət etmək istəyəndə, o yenə də “oldu” dedi və heç nə etmədi. Səbr kasamı daşıran sonuncu damcı isə Respublika Təhlükəsizlik Nazirliyi nəzdindəki Akademiya oldu.(-)Bəyazid, sən axı məndən az bal toplamışdın.
-Xeyr, Yusif. Biz də belə düşünürdük, Diplomatiya Akademiyasına daxil olanda mən prorektorum ilə dostlaşdım, onun dostu isə Respublika Təhlükəsizlik Nazirliyi nəzdindəki Akademiyanın qəbul komissiyasında işləyirdi. O mənim test cavablarıma baxdı.
-Orada nə var idi ?
-Yusif, mən yüz bal toplamışdım, səndən və digərlərindən də yaxşı.
-Yaxşı, mən sənə inanıram ki hər şey dediyin kimi olub, lakin onda səni niyə qəbul etmədilər?
-Bu insan vətəndaş müharibəsini qazanmışdı və o müdafiə naziri idi. Yusif, o bunu istəmirdi.
-Bu ola bilməz.
-Ola bilər, qardaş, ola bilər. Babamız həmişə eqoist olub və qorxurdu ki, ondan üstün ola bilərəm və sevimli nəvəsi,onun dili ilə desək Yuska kölgədə qala bilər, mən isə onun vecinə deyildim. Amma o bir şeyi nəzərə almamışdı, mən hər zaman qoyduğum məqsədlərə nail oluram. Mən onun günahkar olduğunu biləndə özümə söz verdim ki, nəyin bahasına olursa olsun ondan üstün olacam və belə də oldu. Və bununla da kifayətlənməyəcəm.
Mən oturmuşdum və onu dinləyirdim, inanmağım gəlmirdi ki, bütün bu olanlarda babamız günahkardır. Bəlkə də, mən sadəcə bunu görmək istəməmişəm.
-Yusif, bunda sənin günahın yoxdur, belə sifətlə oturma. Mən bilirəm ki, sən mənim kəsildiyim imtahan haqda eşidəndəbabamıza rica etdin ki, mənim qəbul olunmağım üçün xahiş etsin. Amma mən inad etdim, axı mən heç kimdən heç nə xahiş etmirəm.
-Qardaş, mən sənin incikliyini başa düşürəm, amma ona nifrət etmək lazım deyil.
-Mənim buna tam haqqım var. Bilirsən qardaş, əgər o ölməsəydi, nə sən, nə Teymur indi nazir olmazdınız. Qoca İbrahim öz eqoistliyinə görə buna imkan verməzdi.
-Bəyazid.
-Sən istədiyin hər bir şey barəsində düşünə bilərsən, Yusif, mən haqlıyam, hardasa qəlbinin dərinliklərində sən mənimlə razısan.
-Mən heç bilmirəm sənə nə deyim.
-Sənin əvəzinə mən cavab verim.
-Eşitmək istərdim.
-Sən də mənim kimi savadlı insansan, Yusif. Tarixi, ədəbiyyatıvədinləribilirsən. Allahın sevimli mələyi kim olub?
-Lüsifer.
-Bax. O, sevimli mələk idi, amma öz xəyanətinə görə cəhənnəmə qovuldu və alçalmış mələk oldu. Sən həmişə məni və Teymuru müdafiə etmisən və axırda bu gün eşitdiklərindən sonra mən sənin üçün alçalmış mələk oldum və ümidlərini boşa çıxardım.
-Sən mənim ümidlərimi boşa çıxarmadın, qardaş.
-Axı sən məni günahlandırırsan ki, mən nəticələrini bilə-bilə Şahini bu işdən çəkindirməmişəm və vətəndaş müharibəsinin qarşısını almamışam. Amma qardaş, bu baş verməli idi. Bizim ümumi rifahımız üçün. Amma..
-Nə amma?
-Sən başa düşmürsən?
-Xeyr.Və mən başa düşmürəm ki, sən niyə gülürsən?
-Sən də mənim kimi bizim ailəmiz üçün alçalmış mələk olmusan.
-Necə yəni?
-Sən müharibə qəhrəmanısan, mübahisə etməyəcəm. Prezidentin hazırlanan çevrilişhaqqında bilməsinin öhdəsindən gəlmisən.Amma, sən elə bir şey etdin ki, bir çoxları buna cəsarət etməzdilər.Mənim buna görə sənə hörmətim var.
-Mən səni başa düşmürəm.
-Sən atamızı cəzalandırmısan və buna görə özünü günahlandırırsan.
-Həmin adamın o olduğuna dair sübut yoxdur, mən onu görmədim, Teymur isə onu sonuncu dəfə uşaqlıqda görüb və atamızı tanımaya bilərdi.
-Sən özünü aldadırsan, qardaş. Ona layiq olmayan bu sözü demək istəməsəm də, o adam bizim atamız idi.
-Hardan bilirsən?
-Mən əbəs yerə baş analitik deyiləm. Kəşfiyyat düşmən tərəfə keçən hər bir kəs haqqında mənə məruzə edirdi və onlardan biri də o idi. Özünü aldatma, Yusif, bu bizim atamız idi.
-Mən bunu etməliydim.
-Bilirəm, Yusif. Xainləri bağışlamaq olmaz, hətta qan qohumunuz olsa belə. Və mən çox sevinirdim ki, o məhz sənin əlinə düşüb. Əgər komandir Teymur olsaydı, o atamızı buraxardı və bununla da ailəmizi rüsvay edərdi, onu günahlandırmaq olmaz, o bağışlamağı bacarır, bu yaxşı cəhətdir, amma hər zaman yox. Onun ölümünə görə özünü günahlandırma, Yusif, sən ailənin rifahı naminə bunu etməliydin.
-Bu barədə danışmaq nə qədər acınacaqlı olsa da, Bəyazid, biz ikimiz də ailəmiz üçün alçalmış mələklər olduq.
-Mən bu gün çox təkrarçılıq edirəm, lakin hadisələrin bu cür ardıcıllığı hamının xeyrinə oldu.
-Sən nə desən də, mən səninlə fəxr edirəm, Bəyazid. Mən həmişə Teymurdan çox sənə görə narahat olmuşam. Sən çox xəstələnirdin, kəskin dəyişikliklərdən qorxurdun və cəsarətli deyildin, ziddiyyətli idin, amma indi mən görürəm ki..
- İndi sən məndə nə görürsən?
-Özünə inamsızlığın əvəzinə sona qədər getmə cəsarətini görürəm. Sən öz çatışmazlıqlarına qalib gəldin və mən indi səndə qarşısıalınmaz güc görürəm. Mən səninlə fəxr edirəm, Bəyazid.
-Mən də səninlə, qardaş. İndi isə biz ölkəmiz və ailəmiz qarşısında öz borcumuzu yerinə yetirməliyik. Sən mənim yanımdasan?
- Axıra qədər.
-O halda, cənab Müdafiə Naziri, bu gün anamıza baş çəkək, sabah isə planımızın icrasına başlayaq.Respublikanın federasiyaya, daha sonra isə imperiyaya çevrilməsi mexanizmini hərəkətə gətirməliyik.
-Necə buyurursan, qardaş.

Tamerlan İldırım
Butov.az


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!