Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 27-07-2017, 12:25
"Sevgidən yaranar ülvi duyğular,  Kinsiz ürəklərdə məhəbbət doğar..." - Cahandar CƏFƏROV


Cahandar Əkbər oğlu Cəfərov 1971-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub . 1979-1989-cu illərdə Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində oxumuş . Cahandar Əkbəroğlu şer yazmağa gənclik illərindən başlamışdır . Şerləri dövri mətbuatda ardıcıl olaraq dərc olunur . Cahandar Əkbəroğlu Hüseyn Bozalqanlı adına ,,Varislər" Ədəbi Birliyinin üzvüdü.Hal -hazırdaAşıq Əkbər Cəfərov adına Tovuz Mədəniyyət evində yeniyetmə gənclərmizə saz sənətinin sirrini öyrədir .


Doğar


Sevgidən yaranar ülvi duyğular,

Kinsiz ürəklərdə məhəbbət doğar.

Viranə qoynunda ular bayqular,

Bədxah niyyətindən xərabət doğar.


İnsan övladına paxıllıq bəla,

Qonşunu şad görsə düşər məlala.

Görməmiş can verər sərvətə, nmala,

Nəfsi ölüm saçar, qiyamət doğar.


Acgözun nə gözü, nə qarnı doyar,

Hər yerdə tor qurar, cələ toxuyar,

Çəmən gül bitirər, ətir qoxuyar,

Çirkabdan, pislikdən üfunət doğar.


Mara sığal çəkmək ələ xətadı,

Hüsnü-gözəlliyi gülə xətadı.

Namərd elə xəta, elə xətadı,

Xayin xəyalından xəyanət doğar.


Cahandar, ah çəkib düşmə fəryada,

Hər an yaxşıları düşün, sal yada.

Saleh əməllərin qalsa dünyada,

Adına, ruhuna min rəhmət doğar.


Qadası


Həyat imtahandı qumar deyil ki,

Əlin gətirəndə çaşma qadası.

Həddini bilməzə tərs qapazı var.

Aldanıb həddini aşma qadası.


Göz salar insanı tamah oduna,

Uyma parıltıya şöhrət adına.

Möhkəm ol nəfsinin getmə badına,

Boş qalar qazanın daşma qadası.


Çoxu fəlakətdi, azı məşəqqət,

Bu dünya varıdı, dünyaya qismət.

Var üçün şeytana etmə itaət,

Anla Cahandarı, coşma qadası.


Qəlbimi


Susqunlatdı zaman məni,

Şan-şan etdi söz qəlbimi.

Bir ümüdüm sənə qalıb,

Yaz qələmim, çöz qəlbimi.


Yal güdənlər, yalan vədlər,

Qeybət yüklü söz-söhbətlər,

Kal beyinlər, daş sifətlər,

Buz eylədi köz qəlbimi.


Tanıdıqca qıraq etdim,

İnamımı qınaq etdim.

Çox ürəkdə soraq etdim,

Tapanmadım öz qəlbimi.


Dünənimdə qaldı dünkü,

Fikrim-düşüncəm bu günkü.

Aldanmıram daha, çünkü-

Çox aldadıb göz qəlbimi.


İsmim bəlli, Cahandaram.

Haqsızlıqla yoxdur aram.

Başqa cürə olanmaram,

Did-parçala, əz qəlbimi.


Varmış


Pis günün ömrünü az demişdilər,

Sən demə betərdən betəri varmış.

Acılar içində ömür talandı,

Pisin yox, yaxşının qədəri varmış.


Taleyin təxtini yana döndərən,

Didib ürəkləri şana döndərən,

Qisməti dəhanda qana döndərən,

Fələyin qəzası,qəhəri varmış.


Tanımaq olmur ki, bilmək olmur ki,

Dərdi hər yetənlə bölmək olmur ki.

Saldığı düyündə ilmək olmur ki,

Xainin xəlvəti xətəri varmış.


Yolları dumandı, qardı dünyanın,

Keçidi, cığırı dardı dünyanın.

Axırı ağıdı, mardı dünyanın.

Şirin şərbətində zəhəri varmış.


Əllər uzalıdı Allaha doğru,

Yönümüz gah dəmə, gah aha doğru,

Cahandar, kəsəsi bil, daha doğru,

Hər kəsin burdaca məhşəri varmış.


İnsan


Günahı savabdan düz seçə bilə,

İnsafı, mürvəti atmaya insan.

Tamaha dur deyə, şeytana lənət,

Haqqı ocaqlara çatmaya insan.


Zəhmətlə yetirə barı-bəhəri,

Dəyməyə obaya, elə xətəri.

Bir quru şöhrətdən, addan ötəri,

Yaxşını yamana satmaya insan.

Od vura fitnəyə, şər qalasına,

Nə qəlb yaralana, nə könül sına.

Saf qismət yedirə öz balasına,

Halalı harama qatmaya insan.


Yaxşılıq hər yerdə bir adət qala,

Nə möhnət, nə kədər, nə də dərd qala

Namərdlər tükənə, elə mərd qala,

Pisliyə, çirkaba batmaya insan.


Cahandar, nə zülüm, nə zillət ola,

Ürəkdən-ürəyə məhəbbət ola.

Bu dünya əbədi bir cənnət ola,

Torpaqlar altında yatmaya insan


Cahandar CƏFƏROV


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!