Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
1-05-2024, 15:22
FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSU


Vidadi Mustafayev


FARS SÖZÜ VƏ BU SÖZDƏN YARANAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR

Aprel ayının 30-u (İranda rəsmi təqvim ili olan hicri şəmsi ilə 10 ordibeheşt 1403) İranda Fars körfəzi günüdür. İran saytları biri az, biri çox həmin günlə bağlı yazılar veriblər. Həmin yazıların əksəriyyətində bu “Milli gün”ün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır, söz arası tarixçəsi və hansı münasibətlə belə bir günün elan olunduğuna toxunulur. Əsas diqqət “Fars körfəzi” adında “fars” sözünün olmasına, onun qədimliyinə, həmin sözün farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə qarşı dağ kimi durduğuna və bir sözlə, farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?
1623-cü ildə Şah Abbas Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini genişləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə Hürmüz adasını ələ keçirib Fars körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin bölgədən qovmağa nail olmuşdur. Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və tarixində mühüm rol oynamışdır.
Nədənsə saytlarda gedən yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə deyil, qeyd edildiyi kimi, “Fars körfəzi” ifadəsində “fars” sözünün yaşaması və onun millətçilk mənalarına, yükünə, xüsusən də panərəbizmə qarşı durmaq qabiliyyətinə əhəmiyyət verilir. Tarixə belə yanaşma cox güman ki, farsların da ermənilər kimi uydurduqları fobiyalarla bağlıdır. Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi bütövlüyü üçün təhlükə kimi qələmə verirlər. Ona görə Fars körfəzi və Hürmüz adasını portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğuna görə çəkmirlər. Tarixi yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün onlara hazır-halva ölkə təhvil verməklə kifayətlənməyib üstəlik onları hakimiyyətə gətirənləri alçaqcasına dövlətin düşməni elan edirlər.
Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını utanmadan dilə gətirirlər. Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və kimin tərəfindən azad edilməsindən, bu günkü milli günü onlara bəxş edənlərdən deyil, “Fars körfəzi” söz birləşməsinin milli kimlik sahəsində ona aid olmayan rolundan danışırlar. Farsların özlərinin isə bu işdə heç bir rolu olmayıb.
Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə 7000 il, hətta 10000 il yaşı olan İran adı ilə yox, cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə adlandırılıb. Farslar nə qədər çabalasalar da, “fars” sözü ilə İran sözü arasında əlaqə tapa bilmirlər. Onların bir qisminə “İran”, digər qisminə isə “fars” sözü daha əzizdir . İranı özləri üçün əziz bilənlər milli kimliyini danaraq, fars olmadıqlarını iddia edirlər. Fars sevərlər isə İran adının beynəlxalq müstəvidə bərpa edilməsini milli xəyanət hesab edirlər. Ona görə hətta bir siyasi-ideya cərəyanı “fars” termininin işlənmə dairəsini genişləndirərək “İran” sözünü əvəz etməsi istiqamətində çalışır. “Fars körfəzi” ifadəsindəki “fars” sözünə tarixi, milli kimlik və s. cəhətdən baxaraq, onda milli bir xilas yolu axtarırlar.

Vidadi Mustafayev,
Bakı, 1 may 2024


20-03-2024, 00:22
Şiri İbrahim təltif olunub- Təbriklər!


Şiri İbrahim təltif olunub- Təbriklər!

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Şiri İbrahim də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Şiri İbrahim bu diploma 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də İbrahim müəllimi təbrik edərək, onun ictimai-siyasi fəaliyyəti haqqında məlumatı diqqətinizə çatdırırıq.

Şiri İbrahim Məhəmməd oğlu 1951-ci ildə İndi İran adlanan Qərbi Azərbaycan Vilayətinin Tikantəpə (qədim Şiz) şəhərində anadan olub. Gənclik illərindən ictimai-siyasi fəaliyyətə başlayıb. 1984-cü ildə siyasi fəaliyyətinə görə ölkəni tərk edərək Şimali Azərbaycana (Azərbaycan Respublikasına) mühacirət etməyə məcbur olub.

Ali təhsilli, yazıçı, publisist, tərcüməçi, şair, 1300-dən artıq məqalə və 16 kitab müəllifidir. İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyiinin, Azərbaycan Yazıçılar birliyinin, IMC Ədəbi Birliyinin və “Şəfəq” jurnalının redaksiya heyətinin üzvüdür.
19-03-2024, 08:50
Əhərli dostumuzu təbrik edirik!


Əhərli dostumuzu təbrik edirik!

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Bütöv Azərbaycan sevdalısı Tariyel Ümid də vardı.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Tariyel Ümid bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir. Əziz oxucular, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından, qəzetimizlə daimi əməkdaşlıq edən, mətbu orqanımızın təəssübünü çəkən Tariyel müəllimi təbrik edərək, onun haqqında təqdimatı diqqətinizə çatdırırıq:

Tariyel Ümid 1945-ci ildə Cənubi Azərbaycanda, Əhərin Dürmüşganlı kəndində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə Ağdam şəhərinə köçüb. Ağdamda Orta texniki təhsil alıb. Politexnik inistitutunu 1972-ci ildə müvəffəqiyyətlə bitirib. Yaradıcılıq həvəsi onu Jurnalist Sənətkarlığı məktəbinə də aparıb. Jurnalist Sənətkarlığı məktəbini 1988-ci ildə bitirsə də, yaradıcılığa çox-çox əvvəllər başlayıb. Onun Azərbaycan Ədəbiyyatına gəlişini 70-ci illərdə Xalq şairi Söhrab Tahir “Ulduz” jurnalında “Uğur olsun”la qeyd edib. Tariyel Ümidin özünə ustad hesab elədiyi Xalq şairi Balaş Azəroğlu isə 1973-cü ildə “Ədəbiyyat və İncəsənət” qəzetində şəyirdinə uğur diləyib.

Tariyel Ümid 1968-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin üzvü, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Hazırda İranlı Mühacirlər Cəmiyyətinin Ədəbi Birliyinin sədri və onun orqanı olan “Şəfəq” jurnalının redaksiya heyətinin üzvüdür.
18-03-2024, 21:15
Tehranlı soydaşımız mükafatlandırıldı


Tehranlı soydaşımız mükafatlandırıldı

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Həsən Babai də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Həsən Babai bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də Həsən müəllimi təbrik edərək, onun haqqında kiçik təqdimatı diqqətinizə çatdırırıq:

Babai Həsən Əli oğlu 1953-il iyulun 1-də Tehran şəhərində anadan olub. Orta və ali təhsilini Tehranda alıb. 1979-cü ildən İran Tudə Partiyasının üzvü olmuş soydaşımız 1984-cü ildə Sovet Azərbaycanına mühacirət etməyə məcbur qalıb. Həmin tarixdən "İranlı Mühacirlər Cəmiyyət”ində ictimai-siyasi işlərlə məşğul olur. Hazırda cəmiyyətin sədr müavini vəzifəsindədir. “Şəfəq” jurnalının redaksiya heyətinin üzvüdür
18-03-2024, 13:18
Ərdəbilli qardaşımızı təbrik edirik!


Ərdəbilli qardaşımızı təbrik edirik!

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Yədulla Kənani də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Yədulla Kənani bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də Yədulla müəllimi təbrik edərək, onun haqqında təqdimatı diqqətinizə çatdırırıq:

Kənani Yədulla Yusif oğlu 28 avqust 1955-ci ildə Ərdəbil vilayətinin Nəmin şəhərinin Albulağı kəndində anadan olmuş, İbtidai və orta məktəbi Ərdəbil şəhərində bitirmiş, Sonra təhsilini davam etdirmək üçün İsfahan uneversitetinin riyaziyyat fakültəsinə daxil olub, riyaziyyat ixtisası üzrə ali təsilini bitirmiş, 1971-ci ildən təhsillə paralel siyasi fəaliyyətlə də məşğul olub. 1979-cü ildə İslam inqilabı qələbə çaldıqda Azərbaycan Demokrat Firqəsinin üzvülüyünə qəbul olunub. 1980-ci ilin sentiyabından başlayaraq, 3 ilə yaxın, orta məktəbdə müəllimlik edib. 1983-cü ildə Azərbaycan Sovet Respublikasına mühacirət etməyə məcbur olan soydaşımız Azərbaycan Demokrat Firqəsinin üzvü olaraq təşkilatın ictimai işlərində fəal iştirak edir. Hazırda “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi sədrinin köməkçisidir. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yədulla Kənani bir çox elmi- publisistik məqalənin müəllifidir. O, həm də S.C.Pişəvərinin “Nadirə” romanını tərcümə edib. Hazırda S.C. Pişəvərinin xatirəsini çapa hazırlayır. O, 1945-ci ildə nəşr olan “Şəfəq” jurnalının bərpasında və işıq üzü görməsində “İranlı Mühacirlər Cəmiyyəti” Ədəbi Birliyinin üzvü olaraq fəal iştirak edir.
13-02-2024, 14:13
Urmiyada etiraz aksiyası


Urmiyada etiraz aksiyası

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölməsinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Etirazçlar inflyasiya ilə gəlirlərinin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.
10-02-2024, 13:49
NİYƏ BİZ ÖZÜMÜZÜ ALDADIRIQ?


NİYƏ BİZ ÖZÜMÜZÜ ALDADIRIQ?

«Hürriyyət» qəzetinin 23.01.2024-cü il tarixli sayında «Molla rejimi soydaşlarımızın sayını niyə azaltmağa çalışır», başlıqlı Vazeh Bəhram oğlunun, həmişə savadlı və obyektiv təhlilə əsaslanan yazıları ilə mətbuatda çıxış edən politoloq Xaqani Cəfərlinin fikirlərinə əsaslanan yazısında diqqətimi bir neçə məsələ cəlb etdi.
Məqalənin əvvəlində deyilir, – «İranın mövcud düzənini qoruyub saxlaya bilməyəcəyi ilə bağlı əminlik artdıqca, İranın əhalisinin etnik tərkibi ilə bağlı məlumatlar daha çox maraq kəsb etməyə başlayıb. İsrail mənbələri istisna olmaqla, böyük əksəriyyət araşdırmaçılar soydaşlarımızın sayını azaltmağa çalışırlar. Belə ki, əksər araşdırmaçılar azərbaycanlıların sayının 20-25 milyon arasında olduğunu və İran əhalisinin 25 faizini təşkil etdiyini qeyd edirlər.
«Hürriyyətin məlumatına görə bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloq iddia edir ki, Rusiya Xarici İşlər Nazirliyi kimi qərəzliyi aşkar görünən mənbələr İran əhalisinin 15-20 faizini azərbaycanlıların təşkil etdiyini göstərirlər».
Birinci bundan başlayaq ki, bu gün İran adlandırılan Qacar yurdunda bir nəfər Azərbaycanlı adlı etnikin (millətin) nümayəndəsi belə yoxdur. Əgər söhbət Güney Azərbaycan ərazisində yaşayan və aborigen millət olub, bu ərazidə yaşayan əhalinin mütləq çoxluğunu təşkil edən millətdən gedirsə, bu millət Güney Azərbaycan TÜRKLƏRİDİR. Yəni, türk milləti, türk etniyidir.
1936-cı ildə Quzey Azərbaycan türklərinə İ.Stalinin məqsədyönlü olaraq verdiyi saxta, «azərbaycanlı» adı bu gün, Quzey Azərbaycanda bir sıra məsələlərlə əlaqədar olaraq öz Konstitusiyasında bu saxta adı pozub, millətin əsil adını yazmadığından, çoxları bu gün təkcə Quzeydə yaşayan türkləri deyil, hətta Güneydəki türkləri də «azərbaycanlı» adlandıraraq düşmənlərimizin dəyirmanına su tökürlər. Necəsini izah edəcəyəm.
İkincisi, Rusiya dövlətinin bütün səviyyədə olan dövlət orqanları və məmurları Güney Azərbaycanda 15-20 mln. türkün (onların təbirincə «azərbaycanlının») yaşadığını daim təkrar etməsi Xaqani Cəfərlinin iddiası olmayıb, hətta Rusiya Prezienti V.Putinin Moskvanın telestudiyaları vasitəsilə verdiyi müsahibələrində bütövlükdə «İranda» 15-20 milyon «azərbaycanlının» yaşadığını söyləməsi bu gün də telearxivlərdə mühafizə edilən, sənədlərlə təsdiq edilən real faktdır.
Üçüncüsü, Tehranın molla-faşist rejimi bu ölkədə, ilk növbədə Güney Azərbaycanda türk millətinə mənsub vətəndaşların sayını rəsmi məlumatlarda bir neçə üsul ilə əhəmiyyətli dərəcədə azaldaraq beynəlxalq müstəvidə bu dövlətdə farsların çoxluq təşkil etməsi təsəvvürü yaratmağa çalışır.
Bu dövlətdə xüsusilə molla rejimi dövründə Güney Azərbaycanın ərazilərinin şəhərlərini Güney Azərbaycan inzibati ərazilərinə daxil olmayan ostanlara qatmaqla Güney Azərbaycanı ərazi etibarilə kiçiltməklə bərabər, Güney Azərbaycan türklərinin sayını həmin ərazidə yaşayan türklərin sayı qədər azaltmış olurlar. Məsələn, Astara şəhəri, ətraf kəndləri də daxil olmaqla «Türkmənçay» müqaviləsinə əsasən yarı bölünərək o vaxtdan bəri bir hissəsi Güney, bir hissəsi də Quzey Azərbaycanın tərkibində qalmışdır. Tehran rejimi Güney Astara şəhərini ətraf kəndləri ilə birlikdə Gilan ostanının (vilayətinin) tərkibinə qatmaqla Güney Azərbaycanın inzibati əraziləri ilə birlikdə, o ərazidə yaşayan türklərin də sayı qədər azaltmışdır. Həm də molla rejimi bu üsulla Güney Azərbaycan ərazisi və əhalisinin sayını otuz faizdən çox azaltmışdır. Güney Azərbaycan türklərinin sayının rəsmi məlumatlarda az göstərmək məqsədilə əhalinin siyahya alınmasının keçirilməməsi, əhaliyə öz uşaqlarına türk adlarının qoyulması, təhsil, mətbuat, sənədləşmə, ədəbiyyatın türk dilində mövcudluğunun sərt qadağan edilməsi və s. Tehran rejiminin bu sahədə süni surətdə qeyri-müəyyənlik yaradaraq milli məsələlərə dair məlumatları kütləvi olaraq saxtalaşdırmağa şərait yaradır.
Məqalə müəllifi bir məsələdə çox haqlıdır ki, Güney Azərbaycanda yaşayan türklərin sayının 45 milyon olduğunu deyən İsrail mənbələrinin məlumatı dəqiqdir. Çünki,İsrail mənbələri Tehranın Güney Azərbaycanın kürd, fars, ərəb və s. millətlərin say etibarilə çox sayılan ərazilərinə birləşdirdiyi ərazilərlə birlikdə, Güney Azərbaycanın bütöv ərazilərində yaşayan azərbaycan türklərinin sayını açıqlayır. Tehran rejiminin saxta məlumatlarında Güney Azərbaycan ərazisindən kənarda, Qacar yurdunda yaşayan türklərin isə hamısı fars olaraq göstərilir. Hansı ki, təkcə Tehranın öz əhalisinin 8 milyondan çoxunu türklər təşkil edir. Hələ R.Xomeyni sağ ikən Tehranda türk əhalinin sayı farslardan iki milyona yaxın çox olduğundan Əfqanıstandan və s. yerlərdən iki milyona qədər farsdilli əhalini gətirib Tehranda yerləşdirməklə orada türk-fars milli balansını tarazlaşdırdılar.
Şimali Azərbaycan mətbuatında Güney türkləri haqqında fikir söyləyənlərin ən böyük xətası budur ki, biz ictimaiyyətin nəzərini ancaq Güney Azərbaycan türklərinin sayına yönəltməklə Qacar yurdunun digər bölgələrində öz milli ərazilərində yaşayan digər türkləri görməzdən gəlməklə şovinist fars faşizminin milli mənafeinə xidmət etmiş oluruq. Hansı ki, bu gün fars körfəzi adlandırılan Kəngər körfəzindən bu tərəfə kəngərlər, Şiraz, İsfahan, Simnanda qaşqaylar, Xorasanda, Türkmənistan Respublikası ilə həmsərhəd ərazilərdə Qonbəde-Kavus, Sarı şəhərində türkmənlər, şahsevənlər, əfşarlar, türkmənsəhra türkləri və s. ümumilikdə sayı 17 milyondan çox olan türk toplumları bu gün Güney Azərbaycan sayılan ərazilərdən kənarda yaşayır.
Qacar yurdunda yaşayan başqa millətlərin sayına gəldikdə isə beş milyona yaxın kürd, iki milyona yaxın ərəb, üç milyona yaxın bəluc, 12-14 milyon civarında fars, 1-1,5 milyona yaxın digər xırda xalqlar yaşayır. Biz Qacar yurdunda yaşayan türk toplumları və onların milli hüquqlarını bir kənara qoyub ancaq Güney Azərbaycan türkləri haqqında danışdığımız halda özümüz öz millətimizi kiçildir, 45 milyon Azərbaycan türkündən əlavə on yeddi milyondan çox türk toplumunun milli haqlarının fars şovinizmi tərəfindən tapdalanması, onların assimilyasiya məruz qoyulması üçün daha münbit şəarit yaradırıq.
Adı çəkilən məqalədə türk milli məsələləri, o cümlədən türklərin sayı barədə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların istifadə etdiyi rəsmi məlumatlara əsaslanaraq təhlil edilərək, onların tirajladığı rəqəmlərin saxta olduğu sübut edilir. Lakin buna baxmayaraq bir çoxları bu rəqəmləri elə real rəqəmlər kimi qəbul edir. Çünki, biz özümüz rəsmi olmayan, lakin real mənzərəni əks etdirən rəqəmləri daim açıqlamadığımıza görə Tehran rejiminin saxta, çox vaxtda şifahi bildirdikləri rəqəmlərinə əsaslanaraq bu məlumatları düşmən dövlətlərin yüksək statuslu məmurları, dövlət orqanları, eləcə də beynəlxalq təşkilatlarda yuvalanmış türk düşmənlərinin millətimizə qarşı bu saxtakarlıq vasitəsilə həqiqətə uyğun olmayan rəy yaratmasına kömək etmiş oluruq.
Buna görə də hansı türk dövlətinin vətəndaşı olmasından asılı olmayaraq türk dili, türk mədəniyyəti, türk tarixi, türk mənliyinə aid olan hər bir məsələ haqqında danışarkən azərbaycanlı, özbəkistanlı, türkiyəli və s. baxımından deyil, məhz TÜRK MİLLƏTİ olaraq məsələyə yanaşılmalıdır. Çox təəssüf ki, biz hələ də rus imperiyasının, o cümlədən bolşevizmin bizim beynimizə yeritdiyi saxta anlayışlardan, zehnimizə möhür kimi vurduqları yanlış düşüncələrdən əl çəkib, reallıqlara olduğu kimi yanaşmaqdansa, bir hissəmiz min ildən çox öncə vəhşi ərəblərin və hiyləgər farsların başımıza noxta keçirib, belimizə palan kimi qoyduqları sünnü, şiə yükünü, yüz ildən bəri rusların bolşevizmini bizi sağlam düşüncədən, inkişafdan sapındıran ağır yük kimi onların xeyrinə müftə daşıyırıq.
Bu gün də ziyalı, alim, azadlıq mübarizi kimi meydan sulayanlar da ərəbin, rusun başımıza zorla, farsın hiylə ilə keçirdiyi noxtanın, elə fars hiyləsi ilə, Qərbin azadlıq, azad seçkilər kimi şüarlar altında öz əlimizlə başımıza noxta əvəzinə yüyən keçirib cilovladıqdan sonra incə üsullarla, lakin elə əvvəlkilərdən geri qalmayan vəhşiliklə milli və şəxsi istismara məruz qoyulacağımızın fərqində olmayaraq «qərb demokratiyasına» bəy tərifi söyləməklə məşğuldurlar.
Biz türklərin isə bu gün həm millət, həm fərd olaraq tarixin bu anında qarşımızda taleyüklü bir məsələ durur. Biz hər bir türk dövləti, tarixən qısa bir zaman ərzində ümumtürk ədəbi dili yaradıb, tədris, təbliğ və tətbiq edərək türk milli mənliyini monolitləşdirmək, eləcə də bütün iqtisadi, inzibati, hərbi, elmi, texniki və s. sahələr üzrə bütün türk toplumlarını qane edə biləcək iqtisadi-ictimai sistemini ehtiva edən TURAN dövlətini qurmalıyıq. Bunu etmək istəməsək və ya edə bilməsək elə də uzaq gələcək olmayan dövrdə türk milləti və dövlətləri olaraq tarixin arxivində mənzilləşəcəyimiz qaçılmazdır. Çox təəssüf ki, bu günə mövcud olan felən müstəqil türk dövlətlərinin başçıları milləti iqtisadi, hüquqi, inzibati məngənəyə salıb, bu istiqamətdə heç bir ciddi addım atmırlar.
Azərbaycan TÜRK BİRLİYİNİN ən strateji həlqəsi olduğunu nəzərə alsaq, dünya türklüyünün taleyinin Azərbaycanda daxili çəkişməni, ilk növbədə isə hakimiyyətin xalqı məmur-vətəndaş kateqoriyası olaraq bölüb, üz-üzə qoymaqla idarəetmənin son nəticəsinin mütləq ölkənin məhv edilərək, ən yaxşı halda isə əsarətə düşəcəyini nəzərə alaraq, ölkədə bu mənhus quruluşu cilddən-cildə, formadan-formaya salsa da, məzmun və mahiyyətini dəyişməyən saxta islahatları kənara qoyub, öz təhlükəsizliyi və əsas tələbləri ilə birlikdə milləti və dövləti də real azadlığa, inkişafa çıxaracaq islahatlar aparılsa nə vaxtsa dünya bütövlükdə türkün olmasa da, TÜRK dünyanın əsas güclərindən birinə çevriləcək. Əsas məsələ bu tarixi məqamı itirməməkdir. Belə bir islahat modelinə gəldikdə isə hakimiyyətin konkret tələblərini bildiyim halda belə bir islahat modelini hazırlamağa mənə 7-10 gün vaxt yetərlidir.

Şapur QASİMİ
27.01.2024
+99455 522-36-15
21-01-2024, 08:27
Ərdəbildə ekoloji problem


Ərdəbildə ekoloji problem

Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə çirkləndirilir. Bu barədə məlumat yayan yerli ekofəallar çayın çirklənməsi nəticəsində şəhər və ətraf bölgələrdə müxtəlif xəstəliklərin yayıldığını bildiriblər. Bununla yanaşı, ətraf bölgələrdəki 100 kəndin əkin sahələrinin suvarılmasında istifadə olunan suyun kənd təsərrüfatına ziyan vurduğu qeyd edilib.
Ərdəbil şəhərinin 14 kilometrliyində yerləşən Nücədə kəndinin sakinləri bildirirlər ki, bundan öncə əlaqədar qurumlara dəfələrlə məktub yazıb, sənaye şəhərciyinin rəhbərliyinə müraciət etsələr də, heç bir müsbət nəticə ala bilməyiblır.
“Sənaye şəhərciyinin çirkli və kanalizasiya sularının Qarasu çayına axıdılması çayda olan balıqların və digər canlıların məhv olmasına, bölgənin ekosisteminin dəyişməsinə və ətrafdakı əkin sahələrinin yararsız hala düşməsinə səbəb olub”,- kəndlilər sosial mediadakı paylaşımlarda yazıblar.
Qeyd edək ki, Savalan ətəklərindən qaynaqlanan və Ərdəbil şəhərinin içindən keçərək 210 kilometr uzunluğundakı Qarasu çayı ilə birləşən Balıqlıçay Ərdəbilin təbii simvollarından biri sayılır.
21-01-2024, 08:10
Siyasi məhbus təkadamlıqda


Siyasi məhbus təkadamlıqda

Urmu şəhərinin həbsxanasında saxlanılan və yanvarın 15-dən aclıq aksiyası keçirən siyasi məhbus Hamid Qaraoğlani tək adamlıq kameraya salınıb. Bu barədə onun bacısı Haniyə Qaraoğlani məlumat verib. Siyasi məhbusun aclıq aksiyası keçirdiyi və bunun ictimailəşdirildiyi üçün cəzalandırıldığı ehtimal olunur. O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xəstəxanada müalicəsinə icazə verilməməsinə etiraz edir.
Qeyd edək ki, 27 iyun 2020-cı ildə saxlanılan güneyli siyasi məhbus xarici ölkələrə casusluq ittihamına görə 13 il 3 ay azadlıqdan məhrum edilib.
Qaraoğlani, ona qarşı sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.
25-11-2023, 19:38
GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ


GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ

Tanrı adıyla

Böyük Azərbaycan Türk Milləti və milli fəallar!
Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki aləti yalnız qılınc idisə, indi İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də anbaan dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli-insani hüquqlara qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı-arası kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürürlər.
Güney Azərbaycanda azadlıq döyüşçüləri gündən-günə çoxalır. Özəlliklə azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəmlə fars faşizminə qarşı mübarizə etməkdədir. O gənclər sarsılmaz ümidləri və tükənməz milli iradələrilə Azərbaycan Milli Hərəkatını uca saxlayırlar. Ancaq, fars şovinizmi bu gerçəkliyi basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən son zamanlar Azərbaycan milli fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün tutuqlu məhbuslardan hər cürə himayə etmək Azərbaycan Türk Millətinin və onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə, Təbrizdə bir araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə toplanmanı məqsədəuyğun görüb də istədikləri vaxt və yerdə Təbriz şəhərində bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin, yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına, xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa, meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarilə millət fədaisi kimi, gerçək meydanlarda güc göstərmək məhbusların azadlığı və Azərbaycanın azad olması üçün təkcə hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə, zindanlarda işgəncə altında olan milli aktivistlərin azad olunması üçün milli fəalların meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.
Abbas Lisani

Təbrizin mərkəzi zindanı önündə tutuqluların valideynləri və yaxınları
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!