Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
1-08-2022, 18:49
Güneyli idmançı Radin Zeynali dünya çempionu olub


Güneyli idmançı Radin Zeynali dünya çempionu olub
Bolqaristanın Sofiya şəhərində keçirilən yeniyetmələr üzrə beynəlxalq taekvando çempionatında Güney azərbaycanlı idmançı Radin Zeynali qızıl medal qazanıb.
O, il mərhələdə braziliyalı, ikinci mərhələdə türkiyəli və üçüncü görüşdə isə qazaxıstanlı idmançını məğlub edərək birinci yerə çıxıb.
Qeyd edək ki, Radin Zeynali Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindəndir.
Miyana "Asiyanın taekvando paytaxtı" adlanır və bu şəhərdən onlarla olimik və dünya çempionu çıxıb.
Timur
31-07-2022, 07:35
İsrail səfirinin Nizami Gəncəvi ilə bağlı paylaşımı iranlıları qəzəbləndirib


İsrail səfirinin Nizami Gəncəvi ilə bağlı paylaşımı iranlıları qəzəbləndirib


İsrailin Azərbaycandakı səfiri Corc Dikin özünün tvitter hesabında Nizami Gəncəvi ilə bağlı yeni paylaşımı iranlıların qəzəbinə səbəb olub və fars dilli mediada geniş müzakirə edilir.
"Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin yaradıcılığından bəhs edən bu gözəl kitabı oxumaq üçün səbirsizlənirəm"-Corc Dik iyulun 28-də tvitter hesabında yazıb. Səfirin paylaşımından sonra İran mediası ilə yanaşı xaricdəki İrana müxalif bir sıra fars dilli media, o cümlədən "Amerikanın səsi"nin fars bölümü məsələyə geniş yer verib.
Onlar İranın Azərbaycandakı səfiri Abbas Musəvi kimi İsrail səfirinin adını qeyri-ciddi formada "gənc oğlan", "gənc səfir" kimi qeyd edərək "Nizami Gəncəvinin İran və fars şairi" olduğunu vurğulayıblar.
Amerikada yaşayan İran məsələləri üzrə təhlilçi Əlirza Nadir Corc Dikə cavab tivitti yayıb və Nizaminin yaradıcılığının fars dilində olduğunu xatırladıb. Xaricdə fəaliyyət göstərən və bəziləri birbaşa Amerika hökuməti tərəfindən maliyyələşən fars dilli medianın İsrail səfirinin Təbriz və Nizami ilə bağlı paylaşımlarına münasibətləri rəsmi Tehranın və onun Azərbaycandakı səfiri Abbas Musəvinin mövqei ilə üst-üstə düşür.
Qeyd edək ki, İsrailin Bakıdakı səfiri Corc Dik bir neçə gün öncə Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşımı da geniş müzakirələrə səbəb olub. İranın Azərbaycandakı səfiri Abbas Musəvi Tvitter hesabında paylaşım edərək İsrail səfirini "oğlancığaz" adlandırıb və onu ölümlə təhdid edib.

Cavidan
23-07-2022, 10:36
Saxlanılan 7 təbrizli fəal müvəqqəti azadlığa buraxılıb


Saxlanılan 7 təbrizli fəal müvəqqəti azadlığa buraxılıb
İyulun 16-da Urmu gölündə baş verən ekoloji faciəyə etiraz aksiyalarında saxlanılan 7 təbrizli milli-mədəni fəal yazılı iltizam verdikdən sonra müvəqqəti olaraq azadlığa buraxılıb. İyulun 19-da sərbəst buraxılan fəallar Urmu gölü ilə bağlı Təbrizdə dinc aksiyaya qatıldıqları üçün saxlanılmışdılar.
Həmid Purvəli, Yunis Qulizadə, Əlirza Fəthivənd, Xanım Abbaspur, Mehdi Miri, Calal Dehqan və Əlirza Məqsudi sərbəst buraxılsa da Urmu və Təbriz zindanlarında çox sayda dinc aksiyaçı saxlanılır.
23-07-2022, 10:18
Ərdəbildə tarixi məkan məhv edilir


Ərdəbildə tarixi məkan məhv edilir

Ərdəbildən Abıbəyli şəhərinə gedən yol üzərində, Nəmin şəhərinin inzibati ərazi bölgüsünə daxil olan tarixi məkanda dəmir-polad zavodu tikintisi layihəsinə başlanılıb.
Arxeoloq və mütəxəssislərin bildirdiyinə görə, 2 hektar ərazini əhatə edən tarixi məkan Parfiya dövrünə aiddir. Zavodun tikintisi nəzərdə tutulan ərazinin 1000 kvadrat metr sahəsində Parfiya dövrünə aid nadir tikinti nümunələri, saxsı əşyalar, nadir məzar nümunələri və insan skeletləri mövcuddur.

Bu unikal yerin qazıntılarında iştirak edən mütəxəssislər heyrətamiz artefaktların, o cümlədən ilk "qayçı"nın aşkar edildiyini bildirirlər.
Ərdəbilli milli-mədəni fəalların verdiyi məlumata görə, Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinə çox sayda müraciətlərin olmasına baxmayaraq tarixi bölgədə işlər dayandırılmayıb. Onların məlumatına görə, adı çəkilən yerin ətrafında beton maneələr quraşdırılıb və layihə rəhbərliyi yerli dövlət qurumlarının dəstəyi ilə zavodu tarixi yerin üzərində qurmaqda israrlı görünürlər.
23-07-2022, 08:53
"Nur Ocağı" Mirəsgər Musəvinin qəzəllərini təqdim edir:

"Nur Ocağı" Mirəsgər Musəvinin qəzəllərini təqdim edir:

Yanır bir eşqi-pünhanın oduyla şəmitək canım,
Hanı dərd əhli bilsin ki, nədir tədbiri dərmanım?

Əcəl gəlmir ki, rahət eyləsin bu fani dünyadan,
Bu eşqin sevdasından bəlkə bir rahət ola canım.

Vücudum qərqidür qəmlə mənə təkcə xəyal qalmış,
Mənə vermiş bu dərdi ol pəri, ol nazlı ceyranım.

Uçub bir quş kimi getmiş xəbər yoxdur o məhrudən,
Ürək qan ilə dolmuş zarudur halı-pərişanım.

Bu hicranın qəmi etmiş məni zaru-dili xəstə,
Təhəmmül eyləməkdən başqa yoxdur heç bir imkanım.

Yanıb Seyyid fərağında sənin, ey mahu dilara,
Gedib cismim daha əldən yanıb çaki-giribanım.

***************
Qanımı gəl, alma sən, etmə hicamət, ey təbib,
Qalmayıb canımda qan, yox məndə taqət, ey təbib.

Sən hicamət etməyinlə can daha gəlməz cana,
Xəstə bu canımda da yoxdur səlamət, ey təbib.

Gəl məzəmmət eyləmə, rüsvayi-aləm olmuşam,
Aşıq olmazsan, əgər etmə qəcavət, ey Təbib.

Kim ki, esqin məktəbində dərsi-eşqi almasa,
Olmaz aşiq, yoxdu çün onda cəsarət, ey təbib.

Vurma sən, əl yarəmə, artırma artıq dərdimi,
Səslə gəlsin şafi-im, etsin şəfaət,ey təbib.

Ox vuran səyyadı tap, gör hansı oxnan oxlayıb?
Bəlkə kirpiklər edə sənçün rəvayət, ey təbib.

Kirpik oxlarıyla salmış cismimi gör nə hala,
Çəksə tiğyi qaşların eylər qiyamət, ey təbib.

Sən burax, bu Seyyidi, canan özü dərman edər,
Eyləyibdir cismi-canım dərdə adət, ey təbib.

**************
Yoxdu yarın xəbəri suzi nihanımdan mənim,
Qəm azalmır ağlasam da cismu-canımdan mənim.
*
Qan yaşım cari olur gözdən sızıldan ney kimi,
Halımı sorsan, gəl, sor əşşi- rəvanımdan mənim.
*
Etmisən Məcnun məni, ruhum düsüb səhralərə,
Tutmuyursan bir xəbər, bu halu- zarımdan mənim.
*
Vurğunam mən zülfünə, gəl çək dara sən cismımı,
Bağla zülfünlə, əzizim, getmə yanımdan mənim.
*
Mın xərabat əhlıyəm, nəğməm yazılmış azəri,
Dönməm əhdimdən əgər can çıxsa canımdan mənim.
*
Soldu eşqindən, gülü-ruxsaru yandı Seyyidin,
İndi gəl sor halımı pozğun xəzanımdan mənim.
*************
Nədənsə var cəfəkarlıq bu məhrular arsında,
Onlar söz söyləyərlər dilbəru-dildar arasında.
*
Xəta etdim, nə səhv etdim ki, cəllad oldu o gözlər,
Baxır çün qeyz ilə durmuş iki şahmar arasında.
*
Ox atmaq istəyərsə, gər o kirpiklər denən atsın,
Qoy axsın qəlbimin qanı gülü-gülzar arasında.
*
Qaşın xəncərdisə, vardır ona çün sineyi-çakum,
Töküb geysuləri gizlətmə sən ruxsar arasında.
*
Əgər can istəyirsən al, bu canı nəqdi canım var,
Məni qoyma qalam, sən gül-çiçəklə xar arasında.
*
Tərənnüm eyləyim, nəğmə deyim, mən bülbülü-şeyda,
Öpüm məxmur o gözlərdən, qalım çün nar arasında.
*
Əgər geysulərin məlhəmdisə, ey gül axan qanə,
Təbib olsan mənə qalmaz canım düşvar arasında.
*
Pərivəş canını almış olub Seyyid də divanə,
Yarıldı sinəsi aşkar olub əsrar arasında.

*****************************
Dərd alıbdır canımı, yox daha dərmanım mənim,
Dərdi-hicran ilə axır çıxacaq canım mənim.
*
Bezdiribdi naləvü-ahum bütün şeydaləri,
Susdurub bülbülləri bu ahu-əfqanım mənim.
*
Qamətin xəm oldu, əzbəs çəkdim eşqin dərdini,
Duymadı əfsus ola bu dərdi cananım mənim.
*
Min həkimlər yığışa, olmaz bu dərdin çarəsi,
Çarə etsə eyləyər təkcə o loğmanım mənim.
*
Mən əsiri-zülfü yarəm xəstə sanma könlümü,
Sağalar yarələri, yar olsa mehmanım mənim.
*
Hamı yatmış şəmü-pərvanə oyaqdır, bir də mən,
Ağlayır şəm ilə bahəm çeşmi-giryanım mənim.
*
Tərki-işrət qılmısan Seyyid, qəm olmuş həmdəmin,
Leylisiz Məcnunam, olmuş dünya zindanım mənim.

********************
Qərq olub qəm dəryasında cismü-canım, hardasan?
Düşmüşəm səhralara yoxdur məkanım, hardasan?
*
Eyləyib rüsvayi-aləm eşqi-bixərcan məni,
Gəl, əyan oldu daha suzi-nihanım, hardasan?
*
Ey pəri surətli dilbər, can fədayam mən sənə
Gəl daha yoxdur mənim təbu-təvanım hardasan?
*
Dərdi-hicranın salıbdır könlümü min dərdlərə,
Dərd əlindən yandı cismu-üstüxanım, hardasan?
*
Qaşların tiğyin çəkib kirpiklə vurdun oxları,
Yer üzün əlvan edibdir ləxtə-qanım, hardasan?
*
Tayiri-ruhum uçubdur göylərə, pərvaz edib,
Qalmayıb cismimdə bu ruhu-rəvanım, hardasan?
*
Xəstə olmuş Seyyid eşqindən əlacı-laəlac,
Dərman etməz dərdimə minlərcə loqman,hardasan?
************************
Min yol ölürəm bir dəfə cananı görəndə,
Nəbzim dayanır gözləri şəhlanı görəndə.
*
Min tir dəyir sinəmə ol qəmzələrindən,
Nitqim tutulur navuki-müjganı görəndə.
*
Qarə zülfləri qıvrılır sinədə çün mar,
Məcnun oluram zülfi-pərişanı görəndə.
*
Ağ cismini pünhan eləmiş pirəhən altda,
Başdan gedir əqlim təni-üryani görəndə.
*
Siması da güldür, bütün əndamı gül-çiçək,
Güllər utanır ol gülü-reyhanı görəndə.
*
Divanə olur, baş götürür çöllərə Seyyid,
Can qurban edir sən kimi ceyranı görəndə.
6-07-2022, 07:55
Urmu gölü ilə bağlı növbəti aksiya keçirilib


Urmu gölü ilə bağlı növbəti aksiya keçirilib

Milli fəallar bundan öncə qəbul olunan bəyanatı Urmu şəhərində yayıblar.
Urmulu milli-mədəni fəallar bundan öncə Qərbi Azərbaycan fəallarının Urmu gölü ilə bağlı qəbul etdikləri xəbərdarlıq bəyanatını çap edərək Urmu şəhərində yayıblar. Minlərlə bəyanatı şəhərin bütün bölgələrində yayan milli fəallar bununla bir daha Urmu gölünün acınacaqlı və böhranlı durumuna diqqət çəkmək istəyiblər.
"Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq. Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmu gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik"-deyə, bəyanatda İran hökumətinə xəbərdarlıq edilib.
Qeyd edək ki, ekoloji ekspertlərin fikrincə, ötən illər ərzində ətraf mühitin və təbiətin dağıdılması, Urmu gölünün çox hissəsinin quruyaraq səhraya çevrilməsinin səbəblərindən biri ölkə rəsmilərinin yarıtmaz siyasəti və düşünülmüş məsuliyyətsizliyi olub. Urmu gölünün duzlu səhraya çevrilməsi Azərbaycan şəhərlərində kənd təsərrüfatı sahələrinin, ətraf mühitin, təbii sərvətlərin, təbiətin məhv olmasına və bölgədə yaşayan milyonlarla insanda tənəffüs problemlərinin yaranmasına səbəb olub.
Mütəxəssislər durumun belə davam edəcəyi. gölün bərpası üçün əməli və təcili addımların atılmayacağı təqdirdə, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən milyonlarla insanın başqa bölgələrə köçü qaçılmaz olacaq.
Cavidan
6-07-2022, 07:30
Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb


Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb

İyulun 4-də tanınmış jurnalist Məsud Bastani izahat vermək üçün Evin həbsxanasının prokurorluğuna çağırıb.
Qeyd edək ki, bir neçə gün öncə- iyun ayının 12-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin işçiləri Bastaninin evinə basqın edib, ona və həyat yoldaşına məxsus kompüter, flaş-kartı və başqa şəxsi əşyaları özləri ilə aparıblar.
İnsan haqları müdafiəçilərinin verdiyi məlumata görə, Məsud Bastaninin prokurorluğa çağrılması onun media fəaliyyətləri ilə əlaqəlidir.

5-07-2022, 15:57
Zənganda etiraz aksiyası keçirilib


Zənganda etiraz aksiyası keçirilib

Zəngan Tibb Universiteti Mənzil Kooperativinin bir qrup üzvü iyulun 4-də Kooperativlər, Əmək və Sosial Rifah Baş İdarələrinin binası qarşısında etiraz aksiyası keçirib. Onlar məmurların yarıtmazlığı və səhlənkarlığının onlara ciddi ziyan vurduğunu deyiblər. Əllərində plakatlar tutan narazılar “yarıtmaz məmurlar, istefa, istefa” şüarı səsləndirib.
Zəngan Tibb Universiteti Mənzil Tikinti Kooperativinin üzvləri kooperativ rəhbərliyinin qanunsuz fəaliyyətinə və İdarə Heyətinin şəxsi mənafeyinə uyğun yanaşmasına etiraz ediblər. Onlar sözügedən idarənin müdirinin vəzifəsindən azad edilməsini, mənzil-tikinti kooperativi üzvlərinin qeyri-müəyyən durumuna aydınlıq gətirilməsini tələb ediblər.
5-07-2022, 15:47
"Ana sport" futbol klubu yeni uğur qazanıb

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

İran çempionatının ikinci liqasında yarışan Təbrizin qadınlardan ibarət "Ana sport" klubu ardıcıl iki qələbə qazanaraq, bu yarışın ikinci mərhələsinə adlayıb.
Yeni sezonda ölkənin ikinci qadın futbolçuları liqasında 12 komanda hər biri 4 komandadan ibarət 3 qrupda mübarizə aparırlar.
İyulun 4-də Təbriz təmsilçisi "Ana sport" Qum şəhərinin "Polimeri İraniyan" komandası ilə keçirdiyi görüşdə 5-0 hesabı ilə, iyulun 5-də isə Əlbor əyalətinin "Setareqan" komanası ilə qarşılaşmada 4-3 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Süheyla Kəyaninin baş məşqçisi olduğu "Ana sport" komandasının üzvləri iki qələbədən 6 bal toplayaraq növbəti mərhənin ilk yerində qərarlaşıblar.

22-06-2022, 21:50
SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb


SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” xəbər saytı Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanı gənclərin problemləri ilə bağlı çıxışına görə hədəfə alıb. Sayt millət vəkilini qeyri-peşəkarlıqda və başqa cərəyanlara qulluq etməkdə günahlandırıb, nüvə danışıqlarından tutmuş uşaq bezinə qədər bütün məsələlərə münasibət bildirməyini tənqid edib.
Qeyd edək ki, Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyunun 19-da isfahanlı millət vəkilinin demoqrafik problemlə bağlı çıxışına münasibət bildirib:
"Deyirlər ki, ölkədə kişilərlə qadınların sayı bərabərdir və qızlar xarici vətəndaşlarla evləndirilməlidir. Belə olduğu təqdirdə bəs kişilər üçün nə təklif edirlər"-deyə, Pezeşkiyan bildirib. Təbrizin millət vəkili gənclərin evlənməməsi ilə bağlı fikirlərin yanlış olduğunu, bunun əsas səbəbinin deyilmədiyini söyləyib.
"Gənclərin evlənməməsi problem deyil. Əsas məsələ işsizlik, yoxsulluq və gələcəyə inamsızlıqdır"-deyə, Məsud Pezeşkiyan bu səbəblər ucbatından ölkədə boşanmaların sayının artdığını deyib.
Xatırladaq ki, İran parlamentinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərd iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib.
O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.
Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib. O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var.
Timur
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!