Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 25-05-2015, 16:34
Abid Şərifova açıq məktub

"Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir."
Əflatun Amaşov
Azərbaycan Respublikasının baş nazirinin müavini
cənab Abid Şərifova
AÇIQ MƏKTUB

Hörmətli Abid mülləm!
Azərbaycanın XX əsrdə əldə etdiyi ən böyük sərvət müstəqillikdir. İstər ötən əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələrinin bərpası, istərsə də əsrin sonlarına doğru müstəqilliyi yenidən yaşamaq sevinci bir toplum olaraq bizlər qarşısında yeni üfiqlər açdı. Yolumuzda inamla addımladıq. Müstəqilliyimizi möhkəmləndirdik.
Əlbəttə, müstəqillik illərimiz heç də rəvan keçmədi. İlk başlanğıcdaca parçalanmaq, bölünmək təhlükəsilə üz-üzə qaldıq. Görünür, qismətimizdə öz dövlətinə malik xalq olmaq var imiş. Xöşbəxtlikdən taleyimizdə Heydər Əliyev idarəçilik məktəbinin müstəqil Azərbaycan təntənəsinə canlı şahidlik də varmış.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu tarixi şəxsiyyətin fərdi keyfiyyətlərindən irəli gələn dəst-xətt olmaqla yanaşı, kollektiv idarəçiliyə əsaslanmış işlək mexanizmin qurulması ilə xarakterikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səriştə və bacarıq ilə idarə etdiyi mövcud mexanizmdə ayrı-ayrı dövlət məmurlarının bir növ, tamamlayıcı funksiya daşıyan əməyini fərqləndirmək mütləqdir. Azərbaycan Respublikasının Baş Nazirinin müavini kimi Siz də əməyi xüsusi fərqləndirilməyə və qiymətləndirilməyə layiq olan məmurlardan birisiniz.
Hörmətli Abid müəllim, məlum olduğu kimi, Azərbaycan dövlətinin daxili siyasətində media mühüm həlqələrdən birini təşkil edir. Bu siyasətdə yönümündən, mövqeyindən asılı olmayaraq heç bir kütləvi informasiya vasitəsinə fərq qoyulmur. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, media ilə bağlı siyasət yalnız daxili mahiyyət daşımır. Həssaslığı ilə seçilən sahə demokratik inkişafın vacib atributu sayılan söz və ifadə azadlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, bütövlükdə mütərəqqi dünya ictimaiyyətinin bəyan etdiyi başlıca prinsiplərdəndir. Demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycan Respublikasında da məsələnin mahiyyəti dəfələrlə vurğulanıb. Həm Ümummilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev çıxışlarında jurnalistikanın cəmiyyət həyatındakı rolundan söz açmaqla, dövlət siyasətinin effektivlik meyarlarının təhlilində medianın müstəsna missiyasını qabardıblar. Onların səsləndirdikləri fikirlər ölkəmizdə media-hakimiyyət münasibətlərinin fundamentallığını təsdiqləməkdədir. Hesab edirik ki, hər bir dövlət məmurunun bunları nəzərə alaraq fəaliyyət göstərməsinin ümumi işə böyük faydası vardır.
Binəqədi rayonundakı 16 mərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə əlaqədar cəmiyyətin eşitmək istədiklərini ifadə etmək də ümumi işə fayda baxımından önəmlidir. Yüksək çinli məmur ictimaiyyətin gözləntilərini duymaq həssaslığına malikdir və səsləndirdiyi fikirlərin də həmin gözləntilərə adekvatlığı şərtdir. Abid müəllim, kifayət qədər idarəçilik təcrübəniz var. 15 nəfərin həyatına son qoymuş yanğın ətrafındakı məsələyə münasibət bildirirdiniz. Münasibətinizin dolğunluğu ilə diqqət çəkməli, hələ də başlarına gələnlərin dəhşətini yaşayan insanlara təskinlik ovqatına söykənməli, vətəndaşa dövlətinə inamı aşılamalı olduğu qənaətindəyik.
Hörmətli Abid müəllim, Mətbuat Şurası media ictimaiyyətinin tərkib hissəsidir. Biz mövcud məkanda baş verən proseslərdən xəbərdarıq. Bəli, jurnalistikamız kifayət qədər peşəkar deyil, ixtisaslaşma səviyyəsi zəifdir, digər problemlərimiz də var. Nəticədə bəzi jurnalistlərimizin barəsində söz açdıqları mövzudan xəbərsizliyinin üzə çıxdığı anlar da yaşanır. Ancaq elə hadisələr var ki, təcrübəli məmur jurnalistin ona ünvanladığı sualun qoyuluşundan, məzmun keyfiyyətindən, aydınlılıq dərəcəsindən asılı olmayaraq məsələnin mahiyyətinə varmalı, yalnız media əməkdaşının sualını deyil, bütövlükdə cəmiyyətə ünvanlanacaq cavabı sərf-nəzərdən keçirməlidir. Nəzərə almalıyıq ki, insanlarımızın yanğın olayı ilə əlaqədar sualları çoxdur və onlar mavi ekrandan ölkənin baş nazirinin müavinin fikirlərini dinləməyə ehtiyac duyurdular. Nə dərəcə razı qaldılar, təbiidir ki, cavabınıza münasibət heç də birmənalı ola bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında yanğın hadisəsinin dövlətimiz üçün həssaslığını tam şəkildə ortaya qoydu. O, faciənin miqyasını təhlil edərək ayrı-ayrı vəzifəli şəxslərin məsuliyyətini vurğuladı. Olayın Azərbaycan mediası üçün ictimailik dərəcəsi məhz cənab İlham Əliyevin çıxışındakı məqamlara əsaslandı. Jurnalistlər Prezidentin şəxsində Azərbaycan dövlətinin məsələyə həssas münasibətini, ciddi yanaşma tərzinin mövcudluğunu hiss etdilər. Dövlət başçısının baxışı bütövlükdə cəmiyyətin mənafeyinin ifadəsi idi. Jurnalistlər bu cür yanaşmanı bütün məmurlardan ummaqda haqlıdırlar.
Dünyada vəzifəli şəxslərin jurnalistlərlə davranışı ilə bağlı bir sıra örnəklər mövcuddur. Bunun zəruriliyi ona görə vacibdir ki, qarşılıqlı münasibətlərdəki səmimilik səmərəlilik kontekstinə daxil olsun. Çünki jurnalist-məmur münasibətləri cəmiyyətə mesajdır. İnsanlar bu münasibətlərdəki rəvanlığı görməlidirlər. Prinsip etibarilə onların problemlərinin və qayğılarının dövlətə çatdırılmasının ən effektiv yolu mediadan keçir. Dolayısıyla vətəndaş üçün mediaya inam həm də dövlətin fəaliyyətinə inanmağın yoludur. Buna görə də dövlət məmuru jurnalistə qeyri-ciddi şəkildə yanaşmır, hətta ən çətin və anlaşılmaz suallar qarşısında belə nəzakət göstərərək vəziyyətin ictimai mahiyyətini düşünür, təmkinini qoruyur.
Hörmətli Abid müəllim, demokratik inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan Respublikasında da bu cür örnəklər kifayət qədərdir və belə örnəklərin sayının daha da artması arzulanandır. Mövcud prosesdə həm ictimai institut kimi medianın, həm də dövlətin rolunun yüksəlməsinə ehtiyac var. Uzun müddət mühüm dövlət postundakı səmərəli fəaliyyətiniz, jurnalistlərin Sizdən olan gözləntilərini hər zaman doğrultmağınız məktubumuzda göstərilən məsələlərə həssas yanaşacağınıza, fikir və düşüncələrimizi səmimi qarşılayacağınıza əminlik yaradır. Sizə Azərbaycanın daha da çiçəklənməsinə yönələn işlərinizdə uğurlar arzulayırıq.
Səmimi hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!