Sayt rəhbərinə hökm oxundu .....                        İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                       
Tarix : 20-01-2016, 16:01
20 Yanvar şəhidlərinin xatirəsi unudulmayacaq!


O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər!

(Bəxtiyar Vahabzadə)

Yanvarin 19-dan 20-nə keçən gecədə Möskva hökuməti Bakıya qoşun yeritdi. Həmin gün rus əsgərləri qarşısına çıxan günahsız insanları vəhşicəsinə qətlə yetirdilər. Bu gün xalqımızın yaddaşına qanla yazılan 20 Yanvar faciəsindən 26 il ötür. Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə tədbirlər, rəsm müsabiqələri keçirilmişdir. Həmçinin, məktəbin kitabxanasında vətənpərvərlik mövzusunda bədii qiraət müsabiqəsi təşkil edilmiş və müsabiqədə qalib gələn şagirdlərə Fəxri fərmanlar təqdim edilmişdir. Eyni zamanda məktəblilər və pedaqoji kollektiv Suraxanı rayonundakı Şəhidlər qəbiristanlığını ziyarət edərək, şəhidlərin qəbri üstünə gül dəstələri qoymuşlar. Məktəbin akt zalında isə “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompaziya nümayiş olundu. Şagirdlərin və qonaqların iştirakı ilə keçirilən həmin tədbir Azərbaycan Dövlət Himninin sədaları altında başladı.
20 Yanvar şəhidlərinin xatirəsi unudulmayacaq!

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Qardaşxan Səlimov, tədbirin təşkilatçısı Gülər Hüseynova və müəllimlər çıxış etdilər. Onlar qeyd etdilər ki, “20 Yanvar gecəsində rus ordusu tərəfindən öldürülənlər arasında başqa millətlərin nümayəndələri, 20-dən çox qadın, uşaq vardı. O gecə tanklar, BTR-lər küçələrdə qarşılarına çıxan hər şeyi əzir, əli silahlı hərbçilər isə hər yana güllələr atırdılar. İnsanlar avtobusda, mənzillərində qəfil atılan güllələrə tuş gəlirdi. Hətta yaralıları aparmağa gələn təcili yardım maşınları da atəşə tutulurdu. 20 Yanvarda Larisa Məmmədovanı, İlqar Məmmədovu, Vera Bessatinanı rus hərbiçiləri öldürdü. O gecədən 26 il keçməsinə baxmayaraq, xalqımız hələ də 20 Yanvarda baş verən cinayətlərə görə beynəlxalq-hüquqi qiymətin verilməsinə nail olmayıb. Ancaq bir həqiqət odur ki, 1990-cı ilin yanvar qırğını xalqımızın mətin iradəsini qıra bilmədi, Azərbaycanın müstəqilliyi üçün əbədi və şərəfli yol açdı”. Tədbirdə məktəblilər xalq şairi Bəxtiyar Vahabzadənin və digər şairlərin 20 yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi şeirləri söylədilər, şəhidlərin xatirəsini həmişə əziz tutacaqlarına and içdilər. Ədəbi-bədii kompaziyada şagirdlər şəhidlərimizə ithaf olunan mahnılar da oxudular. Tədbirin sonunda şagirdlər şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq məktəbdəki “Şəhidlər” adlı foto-stendin qarşısına tər qərənfillər qoydular.

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!