Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 22-02-2016, 13:30
Ürəyi Vətənilə döyünənlər


Milli Qəhrəmanlarımız


Nərimanov rayonundakı 177 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədova həsr olunmuş “Şəhidlər ölməzlər” adlı anım mərasimi keçirildi. Mərasimdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, o cümlədəın Milli Qəhrəman Əsəd Əhmədovun xatirəsi yad edildikdən sonra, məktəbin şagirdləri Azərbaycanın bayrağını tədbirin keçirildiyi salona gətirdilər. Bu xoş məqam tədbir iştirakçılarının hərarətli alqışları ilə müşayiət olundu.
Ürəyi Vətənilə döyünənlər
Ürəyi Vətənilə döyünənlər

Ədəbi- bədii gecənin təşkilatçısı, dil-ədəbiyyat müəllimi, metodbirləşmə sədri Nazilə Rəsul qızı Əliyeva Qərbi Azərbaycanda- Lori Pəmbək mahalında, Cəlal müəllimin ailəsində boya-başa çatmış Əsəd Əhmədovun qəhrəmanlığı, keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verdi. Onun göstərdiyi şücaətləri, cəsarətini və igidliyini Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş, adları Sovet Ensiklopediyasında yer almış əmiləri,Veysəl və Rəsul Əhmədovlara oxşaması ilə və irsi keyfiyyətlərlə bağladı.
Mərasimdə mərhum Heydər Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı və dəstəkdən söhbət açan natiqlər qeyd etdilər ki, məhz onun imzaladığı fərmanla, 1993-cü ildə Əsəd Əhmədova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Daha sonra, 2015-ci ildə isə hörmətli prezidentimiz İlham Əliyevin diqqəti nəticəsində qəhrəman oğul böyütdüyü üçün, şəhidin anası Simuzər xanıma “Dədə Qorqud” Milli fondu tərəfindən “Mehriban ana” medalının verilməsi vurğulandı.
V-VII-VIII sinif şagirdləri Əsəd Əhmədovun 22 illik nakam həyatından söhbət açaraq bu mövzuda şeirlər söylədilər, səhnəciklər göstərdilər. Məktəbin tarix müəllimi Rəvanə Məmmədovanın tərtib etdiyi “İgid əsgər möhkəm dayan” adlı videoçarx nümayiş etdirildi.
Ürəyi Vətənilə döyünənlər
Ürəyi Vətənilə döyünənlər

Mərasimdə Azərbaycan Televiziyasının və digər kütləvi informasiya vasitələrinin nümayəndələri, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik Qəşəm Mahmudov, Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə,”Ordu” qəzetinin müxbiri Lalə Hüseynova, şəhid Əsəd Əhmədovun qardaşı, Qarabağ müharibəsi əlili İntiqam Əhmədov, bacısı Afidə xanım Əhmədova iştirak etdilər. Afidə xanım Əhmədova ailələri adından çıxış edərək şəhid ailələrinə daim diqqət yetirdiyinə görə hörmətli prezidentimiz İlham Əliyevə minnətdarlığını bildirdi.
Ürəyi Vətənilə döyünənlər

Mərasim M.Tağıyevin ifasında “Zəfər marşı”ilə başa çatdı. Məktəbin direktoru Həqiqət Qarayeva,TTİDM Afilə Cəfərova mərasim iştirakçılarına minnətdarlıqlarını bildirdilər .
Nazilə Rəsulqızı (Əliyeva)
177-saylı tam orta məktəbin
dil-ədəbiyyat müəllimi, metodbirləşmə sədri.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!