Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 9-05-2017, 18:44
Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclası keçirilib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən M. Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.

M. Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

Qeyd edək ki, FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi FIG Konqresi tərəfindən seçilir və ildə bir dəfə Şuranın iclasları təşkil olunur.
Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!