Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
13-11-2023, 18:32
Əli Əsədov Sərsəng və Suqovuşan su anbarlarıyıa bağlı qərar imzaladı


Əli Əsədov Sərsəng və Suqovuşan su anbarlarıyıa bağlı qərar imzaladı

“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Tərtər, Kəlbəcər rayonları ərazisində yerləşən Sərsəng su anbarı və Tərtər rayonunun Suqovuşan su anbarı siyahıya daxil edilib.
13-11-2023, 18:14
Ukrayna müharibəsindən sonra Gürcüstanda 100 minə yaxın rus məskunlaşıb


Ukrayna müharibəsindən sonra Gürcüstanda 100 minə yaxın rus məskunlaşıb

Ukraynada müharibənin başlamasından sonra Gürcüstanda 100 minə yaxın rus məskunlaşıb.
Bu barədə Fransada işgüzar səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili "Radio France International"a müsahibəsində bildirib.
O deyib ki, ruslar ölkədəki “iş görmək asanlığından” istifadə edərək “iqtisadi həyatda fəal iştirak edirlər".
“Gürcüstanda 24 saat ərzində şirkət yarada bilərsiniz. Onlar (Rusiya Federasiyasının vətəndaşları - red.) kiçik fərdi müəssisələr açır”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, ölkə əhalisi rusların “Gürcüstan mədəniyyətinə inteqrasiyaya maraq göstərməməsindən” narahatdır.
Salome Zurabişvili bildirib ki, Gürcüstanda məskunlaşan ruslar “özlərini evlərindəki kimi aparırlar”. Prezident Rusiya vətəndaşlarının Gürcüstana gəlməsinə çox nəzarət olunmamasından narahatlığını ifadə edib.
13-11-2023, 17:54
Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibiylə danışdı


Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibiylə danışdı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
Məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər Ermənistan-İran iqtisadi əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər.
13-11-2023, 17:42
Polşanın Baş naziri istefa verdi


Polşanın Baş naziri istefa verdi

Polşa baş naziri Mateuş Moraveyski istefa verib.
O, qərarını bu gün açıqlayıb.
Xatırladaq ki, Polşada hakim partiya son seçkilərdə 37 faiz səslə birinci olsa da, hökumət qurmaq üçün lazımi qədər səs toplaya bilməyib.
13-11-2023, 17:20
Ceyhun Bayramov Mərakeş kralının məqbərəsini ziyarət etdi


Ceyhun Bayramov Mərakeş kralının məqbərəsini ziyarət etdi

Xarici işlər naziri Ceyhun Bayramov Rabat şəhərinə səfəri çərçivəsində Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Ceyhun Bayramov mərhum kralın Mərakeş qarşısındakı xidmətləri ilə bağlı fikirlərini bildirib.



13-11-2023, 17:03
Azərbaycanla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olundu


Azərbaycanla bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olundu

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Bu barədə TRT məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən layihədə Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağda qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı bölmələrin ləğv edildiyi və faktiki işğala tamamilə son qoyulduğu vurğulanıb.
"Azərbaycana güclü dəstək verən Türkiyə bu prosesə mühüm töhfələr verməkdədir. Bölgədə sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşası və canlandırılmasının həyata keçirildiyi qeyd olunub", - xəbərdə deyilir.
Layihədə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin çalışdığı Türkiyə və Rusiya tərəfindən yaradılan Birgə Mərkəzin fəaliyyətini uğurla davam etdirdiyi, Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi bildirilib. Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Birgə Mərkəzdə vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb və aşağıdakılar qeyd edilib:
Layihədə 16 avqust 2010-cu il tarixində imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə istinad olunub və sənədin müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb.
13-11-2023, 16:46
Ödənilməmiş cərimələr əmək haqqı, pensiyadan çıxılacaq - Araz Əsgərli


Ödənilməmiş cərimələr əmək haqqı, pensiyadan çıxılacaq - Araz Əsgərli

Bakı şəhərində piyadalar tərəfindən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb.
Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
O qeyd edib ki, qayda pozuntularının cərimələri hələ də ödənilməyib:
"Bu da təbii ki, təsir mexanizmləri ilə bağlı olan məsələlərdir. Həmin 17 mindən çox cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Onlar məsuliyyətsizliyə davam etsələr, müxtəlif çətinliklərlə üzləşəcəklər. Misal olaraq, ölkədən çıxış zamanı müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.
Cəriməsi olan vətəndaşlardan xahiş edirik ki, cərimələrini vaxtında ödəsinlər. Əvvəla, piyada qismində həyatlarını təhlükəyə atmasınlar, ikincisi isə törətdikləri pozuntuya görə tərtib olunan cərimələri ödəsinlər ki, əlavə məsuliyyət formalaşmasın. Əks hallarda cərimələri ödəməkdən boyun qaçıran piyadalarla bağlı məcburi tədbirlər görülməsi üçün icra və probasiya şöbələrinə məlumatlar göndərilir. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verirlər. Ödəməsələr, artıq məcburi icra tədbirləri görülür. Nəticədə cərimələrin ödənməsi vətəndaşın pensiya, əməkhaqqı və digər formada bank kartına yönləndirilir”.
13-11-2023, 16:41
Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə getdi


Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə getdi

Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.
13-11-2023, 16:27
XİN Başçısı mərakeşli həmkarıyla görüşdü


XİN Başçısı mərakeşli həmkarıyla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
Görüş Mərakeş-Azərbaycan Birgə Komissiyasının 2-ci sessiyası çərçivəsində Rabatda baş tutub.


13-11-2023, 16:07
Azərbaycanla Ermənistan sərhədində yanğın baş verdi


Azərbaycanla Ermənistan sərhədində yanğın baş verdi

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.
Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!