Ervin İbrahimoviç Zəfər parkında .....                        Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında .....                        Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA .....                        “Fənərbağça”nın prezidenti sərbəst buraxıldı .....                        Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu .....                        907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb .....                        Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı .....                        İran-İsrail müharibəsi yenidən başlayır? .....                        "Neftçi" "Karvan-Yevlax"a qalib gəldi .....                       
1-04-2024, 15:36
İran baş vermiş terror aktını öncədən bilirmiş.. - Açıqlama


İran baş vermiş terror aktını öncədən bilirmiş.. - Açıqlama

İran Moskva yaxınlığındakı “Crocus City Hall” konsert salonunda həyata keçirilən hücumdan əvvəl Rusiyaya mümkün terror aktı barədə xəbərdarlıq edib.
Bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, - mənbələrdən biri bildirib.
Qeyd edək ki, bu ilin yanvar ayının 3-da İranın cənub-şərqindəki Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarla əlaqəsi olan 35 nəfər həbs edilib. Yanvarın 19-da rəsmi Tehran İŞİD terror təşkilatının Əfqanıstanda yerləşən qolunun – İŞİD-K-nın liderlərindən birinin həbs edildiyini açıqlayıb.
Adının açıqlanmasını istəməyən ikinci mənbə deyib ki, Tehranın gözlənilən hücumla bağlı açıqlamasının vaxtı və ya dəqiq hədəflə bağlı konkret təfərrüatlar verilməyib. “Onlara (qrupun üzvlərinə) Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq tapşırılıb... Terrorçulardan biri (İranda həbs edilib) qrupun bəzi üzvlərinin artıq Rusiyaya getdiyini açıqlayıb”, - nəşr yazır.
Üçüncü mənbə isə İranın təhlükəsizlik sturukturlarının birində işləyən yüksək vəzifəli şəxsdir. O agentliyə açıqlamasında deyib ki, İran uzun illər terror hücumlarının qurbanı olub və buna görə həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirlikləri martın 7-də Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq ediblər. ABŞ səlahiyyətliləri gözlənilən terror aktı ilə bağlı məlumatları Rusiya kəşfiyyat xidmətlərinə ötürdüklərini bildiriblər. Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təsdiqləyib ki, Rusiya həqiqətən də martın əvvəlində ABŞ-dan terror aktının hazırlanması ilə bağlı məlumat alıb. Onun sözlərinə görə, Amerika tərəfinin ötürdüyü məlumat ümumi xarakter daşıyır.
Amerika kəşfiyyat agentliklərinin məlumatına görə, “Crocus City Hall”a hücuma görə məsuliyyəti İŞİD-K təşkilatı daşıyır. Bortnikov terror aktı ilə bağlı ilkin məlumatlarda Ukrayna izinin olduğunu iddia edib. “Sputnik-Tacikistan” nəşrinin məlumatına görə, terror aktını törədənlərdən biri - Şəmsidin Fəriduninin tacik ekstremist təşkilatları ilə əlaqəsi olub.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 695 nəfər yaralanıb.
1-04-2024, 15:15
Haluk Görgün Şəhidlər xiyabanını ziyarət etdi - FOTO


Haluk Görgün Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Aprelin 1-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb. Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.





1-04-2024, 14:24
Tanınmış aktyor bələdiyyə seçkilərində qaliblər sırasına daxil oldu


Tanınmış aktyor bələdiyyə seçkilərində qaliblər sırasına daxil oldu

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində tanınmış aktyor, "Behzat Ç." serialındakı obrazı ilə məşhurlaşan Erdal Beşikçioğlu da qaliblər sırasına daxil olub.
Beşikçioğlu paytaxt Ankaranın Etimesqut rayonunda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi idi.
Səslərin 100 faizə yaxının hesablanmasından sonra ortaya çıxan nəticələrə görə, aktyor 202 853 səs alaraq 56.58 faiz səslə növbəti 5 ildə Etimesqut bələdiyyəsinə sədrlik etmək şansı qazanıb. MHP-nin namizədi Enver Demirel 32.62 faiz səslə ikinci yerdə qərarlaşıb.
Yenidən Rifah Partiyasının namizədi Abdulkadir Baloğlu 2.97, Zəfər Partiyasının namizədi Müslim Taşdan 2.09, İYİ Partiyanın namizədi Hilmi Özer 1.84 faiz səslə müvafiq olaraq 3-cü, 4-cü və 5-ci yerləri bölüşüblər.
Digər partiyaların namizədləri isə 1 faizdən də az səs toplaya biliblər.
Qeyd edək ki, Ankara Böyükşəhər Bələdiyyəsi seçkilərində 60 faizdən çox səs toplayaraq parlaq qələbə qazanan CHP-nin namizədi Mansur Yavaş qarşıdakı 5 ildə Türkiyə paytaxtının meri olacaq. Etimesqutla yanaşı, Ankaranın 25 rayonundan 16-da CHP, 8-də AKP, birində (Çamlıdere) isə bitərəf namizəd qalib gəlib.
CHP seçkilərdən əvvəl minimum paytaxtın minimum 15 rayonunda qalib gəlməyi hədəf seçmişdi. Bu, Ankaranın bələdiyyə məclisində çoxluğu əldə etmək üçün vacib idi. Xatırladaq ki, 2019-cu ildə keçirilmiş ötən bələdiyyə seçkiləri isə Ankaranın 25 rayonundan 22-də AKP namizədlərinin qələbəsi ilə tamamlanmışdı.
1-04-2024, 14:00
Prezident Xankəndi, Ağdərə və Xocalıyla bağlı fərman imzaladı


Prezident Xankəndi, Ağdərə və Xocalıyla bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır.
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;

4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Xidmətə:

4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

7. Xidmət:

7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
1-04-2024, 12:53
Tələbə qızılcadan dünyasını dəyişdi


Tələbə qızılcadan dünyasını dəyişdi

Azərbaycanda tələbə vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.
Bildirilib ki, akademiyanın Kütləvi tətbiqi idman fakültəsinin "Məşqçilik" ixtisasının III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan dünyasının dəyişib.
1-04-2024, 12:28
Sabahın havası - 25 dərəcə isti gözlənilir


Sabahın havası - 25 dərəcə isti gözlənilir

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
31-03-2024, 18:45
Qəzzada ölənlərin sayı 33 minə çatır


Qəzzada ölənlərin sayı 33 minə çatır

Qəzzada ölənlərin sayı 32 min 782-yə yüksəlib.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Qəzza zolağında son 24 saatda daha 77 fələstinli həyatını itirib, 108 nəfər isə yaralanıb.
Yaralıların sayının isə 75 298-ə çatdığı bildirilir.
31-03-2024, 18:30
İran və Türkiyə prezidentləri telefon danışığı apardı


İran və Türkiyə prezidentləri telefon danışığı apardı

İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə İran Prezidentinin saytında məlumat verilib.
Tərəflər Qəzzadakı vəziyyəti, İran və Türkiyə arasında enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.
31-03-2024, 18:16
Roma Papası Azərbaycan və Ermənistan arasında danışıqları dəstəklədi


Roma Papası Azərbaycan və Ermənistan arasında danışıqları dəstəklədi

Roma Papası I Fransisk “Urbi et Orbi” (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyib.
Roma Papası Azərbaycan və Ermənistanın beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirərsə, ən qısa zamanda yekun sülh razılaşmasına nail ola biləcəyini deyib.
I Fransisk dünyanın digər yerlərində zorakılıq, münaqişə, qida çatışmazlığı və iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkənlərin hamısının ümid yolunun açılmasını arzulayıb.
31-03-2024, 18:02
Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatdı


Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatdı

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.
Seçki prosesi yerli vaxtla saat 08:00-da (Ölkənin şərq bölgəsində yerləşən 32 vilayətdə 07:00-dan etibarən) başlayıb.
Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.
Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərq bölgələrində - 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.
Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.
Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!