Azərbaycanda ZƏLZƏLƏ .....                        Almaniyada qatar relsdən çıxdı - Ölənlər var .....                        63 yaşlı kişi qətlə yetirildi .....                        Qardaş ölkə alovlar içində - FOTO .....                        Bilgəhdə dənizdə batan var .....                        Meşə yanğınları Fransanı da ağuşuna aldı .....                        Sahibə Qafarova Cenevrəyə getdi .....                        Əməkdar məşqçi vəfat etdi .....                        Kamboca və Tailand arasında atışma yenidən başladı .....                       
19-09-2023, 13:17
Xocavənddə törədilmiş terror aktında şəhid olan polislərin fotoları


Xocavənddə törədilmiş terror aktında şəhid olan polislərin fotoları

Ötən gecə Füzuli rayonunda yol qəzasında və ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının fotoları yayılıb.
Bu barədə DİN məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində baş verən yol qəzasında isə polis əməkdaşları Ələsgər Əsgərov, Elşən Həsənov, Seyfi Abdullayev həlak olublar.

19-09-2023, 13:12
Zaqatalada sel suları körpünü apardı


Zaqatalada sel suları körpünü apardı

Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib.
Rayonun Qazangüldə qəsəbəsində körpünü sel aparıb. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü sel nəticəsində körpünün bənd hissəsini su aparıb. Körpü istifadəsiz vəziyyətə düşüb. Onun bir hissəsi qalıb, digər hissəsini su aparıb”.

19-09-2023, 13:04
Astarada yol uçqunu baş verdi - Kəndə gedən körpü dağıldı


Astarada yol uçqunu baş verdi - Kəndə gedən körpü dağıldı

Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.
Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb.
Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.
Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.

19-09-2023, 12:51
Naxçıvanda 66 müəllim işlə təmin olundu


Naxçıvanda 66 müəllim işlə təmin olundu

2018-ci ildən bu günədək müəllimlərin işə qəbul müsabiqəsində (MİQ) yüksək nəticə göstərən gənclərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunub.
Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2023-2024-cü tədris ili üçün də Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən MİQ-ə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb, elan olunan vakansiyaya 1352 kadr qeydiyyatdan keçib.
3-14 iyul tarixlərində keçirilən MİQ imtahanında 966 namizəd keçid balını toplayıb, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayıb. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün MİQ imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, İngilis, Rus, Alman dili, İbtidai sinif, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə müəllimliyi olmaqla 138 vakant iş yeri təklif olunub. Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Qeyd edək ki, həmin yerlər 2024-2025-ci tədris ilində keçiriləcək MİQ imtahanında vakansiyaya çıxarılacaq.
Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.
19-09-2023, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
19-09-2023, 12:25
Ermənilər növbəti təxribata əl atdı - Hərbiçilərimiz yaralandı


Ermənilər növbəti təxribata əl atdı - Hərbiçilərimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
19-09-2023, 12:19
Xocavənddə minaya düşərək həlak olan polisin fotosu yayıldı


Xocavənddə minaya düşərək həlak olan polisin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Həlak olan polislərdən biri Zamanov Xəzər Azər oğludur.
1998-ci ildə anadan olan polis əməkdaşı Sədərək rayonundandır. Onun əmisi Aydın Zamanov 1990-cı illərin əvvəllərində Sədərək döyüşlərində şəhid olub.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanıb.
Həlak olan polisin fotosunu təqdim edirik:
19-09-2023, 12:11
Petruşev Çinin XİN Başçısı ilə məsləhətləşmələr apardı


Petruşev Çinin XİN Başçısı ilə məsləhətləşmələr apardı

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada səfərdə olan Çinin xarici işlər naziri Van Yi ilə strateji təhlükəsizlik üzrə məsləhətləşmələr aparır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Dünən çinli nazir həmkarı Sergey Lavrovla görüşüb və ona ABŞ prezidenti Co Baydenin köməkçisi Ceyk Sallivanla son danışıqları barədə məlumat verib.
Lavrov çinli həmkarına Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfərinin nəticələri barədə danışıb.
19-09-2023, 11:52
Ermənilərin Xocavənddə törətdikləri mina təxribatının görüntüləri


Ermənilərin Xocavənddə törətdikləri mina təxribatının görüntüləri

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minaya düşən "KamAZ" markalı nəqliyyat vasitəsinin görüntüləri yayılıb.
Butov.az həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.






18-09-2023, 22:26
Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı


Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
“Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq”, - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!