Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                        Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı .....                        Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ .....                       
29-06-2024, 16:43
Mirzoyan və Kuleba Azərbaycandan danışdı


Mirzoyan və Kuleba Azərbaycandan danışdı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə məlumatı Ermənistan tərəfi yayıb.
Onlar Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər. Bu kontekstdə Kiyevdə keçirilən müxtəlif formatlarda siyasi məsləhətləşmələr və s. qeyd olunub. Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb. Regional mövzulara toxunulub.
Mirzoyan Azərbaycanla münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub, regional təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
29-06-2024, 16:42
Seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb


Seçki ilə bağlı ekspert və işçi qrupları yaradılıb

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Ekspert qrupuna MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova daxil ediliblər.
Bundan başqa, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu da yaradılıb.
29-06-2024, 16:39
Partiyalar seçkiyə maraq göstərir - MSK sədri


Partiyalar seçkiyə maraq göstərir - MSK sədri

Hesab edirəm ki, siyasi partiyalar da seçkidə geniş iştirak edəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, partiyalar seçkiyə maraq göstərir, bunu mətbuatdan izləyir: “Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb”.
29-06-2024, 16:36
Parlament seçkiləri suveren respublikanın hər yerində keçiriləcək


Parlament seçkiləri suveren respublikanın hər yerində keçiriləcək

Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində, suveren respublikanın hər yerində keçiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
"Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq", - deyə sədr bildirib.
O qeyd edib ki, bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq.
29-06-2024, 16:13
Parlament seçkilərində seçkiqabağı təşviqata 9 avqustda başlanacaq


Parlament seçkilərində seçkiqabağı təşviqata 9 avqustda başlanacaq

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.
Bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
29-06-2024, 15:48
Prezidentdən pensiyalarla bağlı sərəncam


Prezidentdən pensiyalarla bağlı sərəncam

Azərbaycanda bir sıra vəzifəli şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.
Bu, Prezident İlham Əliyevin iyunun 29-da “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.
Dəyişiklik əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvlərinə şamil olunacaq.
Həmin şəxslər üçün 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək. Eyni zamanda bu şəxslərə “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.
29-06-2024, 15:38
Belarusla bağlı protokol təsdiqləndi


Belarusla bağlı protokol təsdiqləndi

Bakı şəhərində 2024-cü il mayın 16-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.
Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.
29-06-2024, 14:29
Putin Ermənistana görə Narışkini danladı: "Düşmənlərimizlə otururlar..."


Putin Ermənistana görə Narışkini danladı: "Düşmənlərimizlə otururlar..."

Rusiya Prezidenti Vladimir Putin Ermənistan ətrafında yaranmış vəziyyətə görə Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkini təxminən 10 dəqiqə danlayıb.
Bu barədə Kremlə yaxın teleqram kanalları məlumat yayıb
Buna səbəb Qərb ölkələrinin Ermənistanla yaxınlaşması olub.
Kanal qeyd edir ki, İrəvan iyulda baş tutacaq NATO sammitinə öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib.
Putin bildirib ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmir. Putinin fikrincə, bu, Narışkinin şəxsi günahıdır.
Müzakirə zamanı Xarici Kəşfiyyat Xidmətinin rəisi NATO sammitinin əhəmiyyətsiz bir hadisə olduğunu izah etməyə çalışıb.
“Amma indi Ermənistan bizim düşmənlərimizlə masa arxasında oturub, bu, faktiki olaraq bizim şş düşmənimizdir”, - Putin belə cavab verib.
29-06-2024, 14:17
Qarpız dolu yük maşını dərəyə aşdı


Qarpız dolu yük maşını dərəyə aşdı

Şamaxıda yol qəzası baş verib.
Hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.
Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
29-06-2024, 13:29
"Qərbi Azərbaycan Kubok"u uğrunda


"Qərbi Azərbaycan Kubok"u uğrunda

Əziz oxucular, xəbər verdiyimiz kimi İyunun 26-da "Qərbi Azərbaycan Kubok"u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib.
Tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edib. Bunlar "Axta", "Amasiya", "Basarkeçər", "Böyük Qarakilsə", "Barana", "Çəmbərək", "Qarakilsə", "Qəmərli", "Qafan", "Gorus", "Keşişkənd", "Karvansaray", "Loru mahalı", "Meğri", "Hamamlı", "İrəvan", "Paşalı", "Vedi", "Sərdarabad" və "Zəngibasar" komandalarıdır.
İyul ayının 1-də komandalardan altısı arasında yarış keçiriləcək. "Axta"-"Basarkeçər" komandaları saat 12-də, "Qafan"- "Sərdarabad" saat 13-də"Paşalı" ilə "Loru" komandaları isə saat 14-də qarşılaşacaq.
Yarış Bakı Tennis Akademiyasında keçiriləcək. Yarış iştirakçılarının hər birinə uğur arzulamaqla idman həvəskarlarımızı, vətənsevərlərimizi Qərbi Azərbaycan gənclərini ruhlandırmaq üçün stadiona dəvət edirik.
Dərin hörmətlə: Tamxil Ziyəddinoğlu,
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!