Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
31-08-2023, 13:16
Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə start verildi


Peşə məktəblərinə tələbə qəbulunun II mərhələsinə start verildi

Sabahdan 2023/2024-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə start verilir.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən xəbər verilib.
Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 5 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Məlumat üçün bildiririk ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 28 iyul – 11 avqust tarixlərində 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 24090 nəfərdən 75140 müraciət daxil olub. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 13660 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.
31-08-2023, 12:56
Arayik Arutyunyan “istefa verdiyini” bildirdi


Arayik Arutyunyan “istefa verdiyini” bildirdi

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan bir qədər öncə Xankəndidəki qondarma rejimin rəhbərliyindən "istefa verdiyini" bildirib.
Bu barədə o, feysbukda məlumat yayıb.
Arayik Arutunyan özü "istefa verməzdən" öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı "vəzifədən azad edib".
Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.
31-08-2023, 12:50
Prezident Qubaya yeni icra başçısı təyin etdi


Prezident Qubaya yeni icra başçısı təyin etdi

İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
31-08-2023, 12:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.
31-08-2023, 12:39
Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandiri təyin olundu


Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandiri təyin olundu

Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandiri təyin edilib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilir ki, general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə rəhbərlik edəcək.
Kirill Kulakov 20 iyul 1969-cu ildə anadan olub.
1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 2014-2017-ci illərdəki fəaliyyətinə görə "Qırmızı Bayraq" ordeni alıb.
31-08-2023, 12:28
Erməni silahlı dəstələri Şuşada təxribat törətdi


Erməni silahlı dəstələri Şuşada təxribat törətdi

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
31-08-2023, 12:13
Hikmət Hacıyev: “ Amma son anda bu görüşdən də imtina etdilər”


Hikmət Hacıyev: “ Amma son anda bu görüşdən də imtina etdilər”

Bildirim ki, 5 avqust tarixində razılaşma əldə olunmuşdu. Bu razılaşmanın tərkib hissəsi olaraq Azərbaycanın gömrük və sərhəd xidmətləri nəzərə alınmaqla Laçın-Xankəndi yolu da açılırdı.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Erməni sakinlərinin nümayəndələri də Azərbaycanın Yevlax şəhərində müvafiq görüşə gələcəkdilər. Amma son anda onlar bu görüşdən imtina etdilər. Hətta bu yaxınlarda da bir razılaşma var idi ki, Ağdam da yenidən görüşlər keçirilsin. Amma son anda bu görüşdən də imtina etdilər”,- deyə o bildirib.
31-08-2023, 12:07
Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü çox vacibdir - Hikmət Hacıyev


Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü çox vacibdir - Hikmət Hacıyev

Ağdam-Xankəndi yolunun açılması, bu yolun mövcudluğu və funksionallığı müvafiq bəyanatlarda öz əksini tapıb və Ermənistanın öz rəhbərliyi də Brüssel görüşlərdə bu yolun mövcudluğunu və istifadəsinin mümkünlüyü qəbul etmişdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Lakin sonrakı addımlarda bunu inkar edirlər. Bu prosesin növbəti tərkib hissəsi kimi növbəti günlərdə, yəni müəyyən şərti vaxtlar çərçivəsində Laçın yolunun da açılması təmin oluna bilər. Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır”, - o qeyd edib.
31-08-2023, 11:31
Böyük Britaniyanın müdafiə naziri istefa verdi


Böyük Britaniyanın müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.
Bu barədə "SKY News"a istinadən xəbər verir.
Bildirilib ki, baş nazir Rişi Sunak onun istefasını qəbul edib.
31-08-2023, 11:14
Prezident Sadır Japarova təbrik məktubu ünvanladı


Prezident Sadır Japarova təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli Sadır Nurqojoyeviç,
Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!