31-07-2022, 19:02
Toya dava salan molla qovulduİranda toy mərasimi zamanı molla döyülüb. Bu barədə “Azad İran” “Telegram” kanalının məlumat verib. Fars əyalətinin Darab şəhərinin Xeyrabad qəsəbəsində keçirilən toy məclisinə gələn molla rəqs edən gənclərə mane olmaq istəyib. Lakin bundan qəzəblənən mərasim iştirakçıları mollanı döyərək toydan qovublar.
31-07-2022, 18:57
4 saata 13 mindən çox bilet satıldı“Qarabağ” klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a (Macarıstan) qarşı keçirəcəyi ev oyunu üçün biletlər bu gün saat 11:00-da satışa çıxarılıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb. Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.
31-07-2022, 18:53
"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".
31-07-2022, 18:50
Çin hərbi təyyarələrini Tayvana göndərdiÇin Hərbi Hava Qüvvələrinin təyyarələri ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün Tayvan adasına göndərilib. Bu barədə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Şen Tsinke bildirib. Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin bir çox təyyarələri adada uçuşlar həyata keçirir.
31-07-2022, 18:43
Norveç Ukraynaya zirehli texnikalar verdiNorveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib. Bu barədə Norveç hökuməti məlumat yayıb. Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün bu ölkəyə yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.
31-07-2022, 18:38
İran-Əfqanıstan sərhədində atışma başladıİran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma başlayıb.
Butov.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib. Onun sözlərinə görə, hazırda sərhəddə atışma gedir. M.Barazande silahlı toqquşma nəticəsində itkilərin sayının dəqiqləşdirildiyini vurğulayıb. İnsidentin səbəbi hələlik açıqlanmayıb.
31-07-2022, 18:36
Putin yeni doktrina imzaladı: İldırımsürətli cavab...
Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinası imzalayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır: "Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır", - deyə Putin qeyd edib. Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir. Doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir. Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi” nəzərdə tutulur. Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.
31-07-2022, 18:33
Meymunçiçəyi daha bir ölkənin qapısını döydüMonteneqroda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.
Butov.az xəbər verir ki, ölkənin İctimai Səhiyyə İnstitutundan verilən məlumata görə, xəstəlik Monteneqro vətəndaşında aşkar edilib. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
31-07-2022, 18:30
Bakı erməni təxribatlarına hansı cavabı hazırlayır..."Ermənilərin həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşkəsi intensiv pozması, müxtəlif təxribatlara əl atması təbii olaraq, Azərbaycanı da adekvat və təsirli addımlar atmağa vadar edir". Bu ifadəni erməni təxribatlarından və müharibə vəziyyətinin bərpa olunacağı haqqında iddialardan danışan hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, 21 ay 22 gün əvvəl rus sülhməramlılarının nəzarətindəki ərazilərdən çıxarılmalı olan ermənilərin hələ də həmin ərazilərdə qalması, üstəlik döyüş mövqeləri hazırlayıb, oradan Azərbaycan ordusunun birbaşa nəzarətindəki ərazilərə, hərbçilərimizə atəş açması tərəfimizdən separatçı rejimin daha təsirli və səmərəli şəkildə cəzalandırılmasını şərtləndirir: "Zəngəzur dəhlizinin bu günə qədər açılmaması, rusların nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmaması, həmçinin Azərbaycanlı əhalinin doğma yurd-yuvalarına qayıtmaması Ermənistanın birgə bəyanatda üzərinə götürdüyü məsələləri yerinə yetirməməsi kimi də dəyərləndirilə bilər. Bu isə Azərbaycanın da həmin birgə bəyanatdan imzasını geri çəkməsinə, başqa sözlə desək, vəziyyətin 9 noyabr 2020-ci il tarixinə qayıtmasına səbəb ola bilər. Baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan və rusların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında hələ də mövcud olan qanunsuz rejim təxribat fəaliyyətlərindən əl çəkmək niyyətində deyil. Onlar bu əməllərində ən qısa müddətdə dəyişiklik etməsələr, ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaqlar". Qeyd edək ki, son günlər Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub. Qarşı tərəf cavab tədbirləri nəticəsində susdurulsa da, erməni təxribatları davam etdirirlər.
31-07-2022, 18:19
Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş...Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxsin icra başçısının qohumu olması müəyyən edilib.
Butov.az xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur. Məlumata görə, bu, onun ilk dələduzluğu deyil. Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində Elvin Əliyev məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.