29-07-2022, 21:02
Türkiyə və Ukrayna nazirləri arasında taxıl müzakirəsi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər taxıl daşınmasına hazırlıqla bağlı son vəziyyəti müzakirə edib. Nazirlər texniki işlərin yekunlaşma üzrə olduğunu və ən qısa müddətə daşınmanın planlaşdırıldığını bildiriblər.
29-07-2022, 20:59
İran və Çin liderləri danışıqlar apardı İran prezidenti İbrahim Rəisi və Çin Xalq Respublikasının sədri Si Cin Pinlə arasında telefon danışığı baş tutub.
Butov.az xəbər verir ki, telefon danışığı bir saata yaxın davam edib. Liderlər beynəlxalq və regional hadisələri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar. İran prezidenti ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini bildirib.
29-07-2022, 20:55
Polşada 350 min ukraynalı işlə təmin olunubPolşada prosedurların sadələşdirilməsi nəticəsində 358 min ukraynalı işlə təmin olunub. Bu barədə Polşanın Sosial Siyasət Nazirliyi məlumat yayıb. Fevralın 24-dən sonra Polşaya gələn Ukrayna vətəndaşları xüsusi iş icazəsi üçün müraciət etmədən işə başlaya bilərlər. Eyni zamanda ukraynalı qaçqınlara polyak dilini öyrənmə imkanları yaradılıb və məşğulluqla bağlı digər prosedurlar da sadələşdirilib.
29-07-2022, 20:50
Almaniya Ukraynaya tank körpüləri verəcək Almaniya Ukraynaya 16 ədəd "Biber" adlı tank körpüsü verəcək. Bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, bu maşınlar müvəqqəti körpülərin tikintisi və ya zədələnmiş körpülərin bərpası üçün istifadə oluna bilər. Nazirliyin açıqlamasında bildirilir ki, "Biber" sistemləri Ukrayna qoşunlarına sudan keçməyə və ya maneələrlə mübarizə aparmağa imkan verəcək. İlk altı sistem bu payızda, daha 10 sistem isə gələn il təhvil veriləcək.
29-07-2022, 20:06
Konstitusiya Məhkəməsi sədrinin maaşı 3550 manat olduPrezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
29-07-2022, 20:04
Vergi Məcəlləsində dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Butov.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.17-ci maddəsində “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilir. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
29-07-2022, 20:00
Bakıda azyaşlı qaynar suda yandıBakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
29-07-2022, 19:56
Paşinyana qarşı yenidən etirazlar başlayırBu gün Ermənistanın paytaxtı İrəvanda “Müqavimət” hərəkatının üzvləri etiraz aksiyası keçirəcək. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, müxalif nümayəndələri Fransa meydanına toplaşaraq, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya, yürüş və mitinqlər keçirəcək.
29-07-2022, 19:51
Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandıMəktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib. Bu barədə Təhsil Nazirliyindən xəbər verilib. Rəsmi məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci ildən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.
29-07-2022, 19:47
Magistraturaya sənəd verənlərin sayı məlum olduAli təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu 26 iyul 2022-ci il tarixində başa çatıb. Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər
portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.