Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-07-2022, 18:59
200-ə yaxın avtobus tıxacda qaldı


200-ə yaxın avtobus tıxacda qaldı

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 50 müntəzəm marşrut xətti üzrə 186 avtobusun hərəkət intervalında gecikmələr var. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
1. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-15 dəqiqədir.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-18 dəqiqə gecikmə müşahidə olunur
3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur.
4 .Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) sıxlıq. . Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
5. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.
6. Heydər Əliyev pr şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-7 dəqiqə gecikmə müşahidə olunur.
7. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-20 dəqiqə gecikmə müşahidə olunur.
8. Zabrat Şossesi - Maşdağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqəyə gecikmə müşahidə olunur.
9. Yavər Əliyev küçəsi Aeroport şossesi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 35, 40, 49, 76, 113, 208, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqəyə gecikmə müşahidə olunur.
10. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqəyə gecikmə müşahidə olunur.
11. Qara Qarayev pr Ziya Bünyadov pr istiqamətində sıxlıq - . Bu səbəbdən də həmin ərazidən keçən 1, 7A, 11, 15, 44, 62 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə müşahidə olunur.
12. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqəyə gecikmə müşahidə olunur.
13. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində sıxlıq. Baxmayaraq ki, avtobus zolağı var lakin, bu səbəbdən həmin ərazidən keçən 5, 6, 53, 88, 125, 127, 205 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-28 dəqiqəyə gecikmə müşahidə olunur.
14. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqəyə gecikmə müşahidə olunur.
29-07-2022, 17:11
Günel ABBASOVA yazır: Qaranlıqlar aydınlığa təslim olanda...


Əziz oxucular, bu gün gənc həmkarım, yaradıcılıq ruhuna, vətənpərvərlik duyğularına tələbəlik illərindən bələd olduğum, amma üzünü görmədiyim
Günel Abbasın Şuşa təəssüratlarını oxudum. Oxuduqca da onun sevincdən necə qanad açdığının şahidi oldum. İsa bulağının suyuna qarışan sevinc göz yaşını gördüm. Əmin oldum ki, Günelin İsa bulağının suyuna qatıb üzü dağlara göndərdiyi bir damla göz yaşı Şuşa dağlarının hüsnünü daha da gözəlləşdirəcək. Çağlayan bulaqlarının suyunu bir az da şirinləşdirəcək. Çünki o yaş didərgin analarımızın 35 il ərzində, Zəngəzur, Göyçə, Qarabağ həsrətilə axıtdığı acı göz yaşı deyil. O yaş Şəhidlərimizin qanına qarışmaq üçün axan sevinc göz yaşıdır. İsa Bulağının suyuna qarışan göz yaşın mübarək Günel Abbas! Sayğılarla: Tamxil Ziyəddinoğlu, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru.

302 gün sonra...

Qaranlıqlar aydınlığa təslim olanda...
Günel ABBASOVA
Rəqəmlərin uğuruna inanırsınız, ya yox, bilmirəm. Amma mən inanıram. Özü də bu gündən sonra ikiqat inanıram. Dünyaya göz açdığım gün və həyatımdakı digər yaxşı hadisələrin əksəriyyəti eyni tarixdə baş verib. Bu dəfə aldığım xoş xəbərin də tarixi 7 rəqəmi ilə bağlıdır. İyulun 7-si doğum günüm ərəfəsində İİTKM və MEDİA-nın birgə təşkilatçılığı ilə 17 iyulda Şuşada jurnalistlər üçün yay məktəbi təşkil edildiyini və orada iştirak edəcəyimi öyrəndim. Hələ ən yaxşı tərəfini deməmişəm. Ardınca təlimin iki gün keçiriləcəyi məlum olur. Bu o deməkdir ki, günəşin qürubunu və məşriqini Şuşada izləyəcəyəm. Sevincimin həddi-hüdudu yoxdur. Həmin günə kimi həyəcanla, həvəslə gözləyirəm.
Bəşəriyyətin ən pak yeri
Budur, 302 gün sonra yenidən Şuşadayam. Küllərindən doğulan azad, abad Şuşada. Bu yerlərə ilk dəfə 18 sentyabr - Milli Musiqi Günündə ayaq basmışdım. İndi isə məşhur şikəstədə deyildiyi kimi, yayda Qarabağın seyrinə çıxıb, Şuşada qonaq qalmağa gəlmişəm. İtirməyə vaxtım yoxdur, burada hər anın öz hökmü var, aşağı düşüb, aylardır görmədiyim əzizimi salamlayıram...
Salam Şuşa, şəhidlərin ruhu qədər müqəddəs, anadan əziz Şuşa. Nağıl Şuşa, 10 ayda necə dəyişmisən, adamın inanmağı gəlmir, elə bil yuxudur. Qoy, elə bu soldakı xan bulağından üzümə su vurum, bəlkə onda inanaram yuxu olmadığına. Ya da gəl gedək, üzü yuxarı, bu bahar çağında yaşıllıqlar arasında, təpədən boylanan sehrli bulaqdan su içməyə.
Necə pak və təmizsən Şuşa, biz fanilərin bəşəriyyətdə görə biləcəyi ən mübarək ünvansan. Bəlkə ona görədir ki, səmalarında saysız-hesabsız müqəddəs ruhlar gəzişir. Bu, ikinci gəlişimdir, niyə belə həyəcanlıyam, bilmirəm. Yəqin çox darıxmışam. Keçən dəfəki görüşümüzdən sonra mənə nəsə olub, özüm də bilmirəm, mən ki unutmağı bacarırdım. Ona görə də, gəl sən mənim hislərimi sevgidən daha artıq qəbul elə. Axı sevənlər sevilənləri zamanla unudur, mənsə səni unutmayacağam. Çünki aciz bir cismdən daha diri olan ruhumla bağlıyam sənə.
...Uzaqdan mənə sarı gələn adamı görürsən?! Hə odur, azadlığının ilk günlərindən bizə bu yerlərdən məlumat ötürən Zaur Həsənov, o da elə sənin qədər doğmadır. Keçən dəfə də belə qarşılaşmışdıq onunla. Amma bu dəfə yanında Məftun Abbasovla Aydın Kərimov yoxdur:
- Tək gəlmisiniz...
- Məftun müəllim iclasdadır. Sən onsuz tez-tez gəlirsən də, gələn dəfə görüşərsiniz.
- Düzdür, tez-tez Şuşadan paylaşımlar edirəm, amma bu gün virtual səyahətlərimi reallaşdırmağa gəlmişəm...
Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli...
Vaxtımız azdır, yerləşmək üçün otelə getməliyik. Əslində, əvvəlki səfərdə elə diqqətli izləmişəm ki, hər küçəni tanıyıram, gəl, piyada gedək. İndi hansı küçənin hara çıxdığını təkrarlayacam. Eşit, gör, düz xatırlayırammı?! İnan, öz yaşadığım yerlərdən daha yaxşı yadımda qalıb. Aha, qabaqdakı Xarıbülbül otelidir, tanıdığımı demişdim axı. Əşyalarımı otağa yerləşdirib gəlirəm.
... İndi nahar üçün restorana getməliyik, bu dəfə məkanın harada olduğunu bilmirəm, amma bələdçilərdən soruşaraq gedə bilərəm. Yox əşi, yorulmamışam, 6 saatdır otururam, hərəkət eləmək lazımdır.
- ...
- Hansı plakat?
- ...
- Başımın üstündə imiş ki, hərhalda ona görə görməmişəm. Gələndə bizimkilər Zəfər yolunda Qarabağı azad edən dəmir yumruq əməliyyatının həmin bu simvolu ilə fotolar çəkdilər. Bir foto da biz çəkib yolumuza davam edək.
O yanda tikinti işləri gedir, çoxlu adamlar var, birindən soruşa bilərik:
- Yorulmayasınız dayı, biz “Qoç ət” restoranına gedirik, nə qədər yolumuz qalıb?
- Siz?
Arxaya dönüb həmdəmimə göz qırpıram. Yarı ciddi, yarı gülərək:
- Nə fərqi var, olsun “mən”. İndi deyin görək, hara gedirik?
- Düz yoldasan, buradan get, qarşına çıxacaq...
Yaxşı adam idi, amma bir az qəribədir sanki. Səni də görmədi, fikir eləmə, əsas odur düz yoldayıq. Təsadüfə bax, avtobus məkana bizimlə bərabər çatdı, bura da yaxın imiş ki. İşçilər və restoranın rəhbəri bizi necə səmimiyyətlə qarşılayırlar. Mən Bakının ən lüks restoranlarında belə xidmət görməmişəm. Görürsən də, hamının üzündə ancaq təbəssüm var. Bizi burada heç nə əsəbiləşdirə, incidə bilməz. Hərçənd elə bir şərait də yaranmır. İştahım açılıb, amma bu qədər yemək bəsdir. Bir azdan məşhur tədbirlərin keçirildiyi Qarabağ otelinə, oradan da Cıdır düzünə getməliyik. Bayaq yol-üstü diqqətimi çəkən bir yer gördüm. Gəl, gedib ora baxaq...
Aşağı düşürəm...
Hər yerdə şəhidlərin, döyüşçülərin adı yazılıb. Adamın ovqatının tez-tez dəyişməsi buna görədir. Bəs bu tərəfdən hara getmək olur?! Ya da demə, maraq dolu hislərimi cilovlamalıyam, axı növbəti görüşlərə də nəsə saxlamaq lazımdır. Geri qayıdaq, bu qədər kəşfiyyat kifayətdir.
Oteldə tədbirin bir hissəsi baş tutandan sonra fasilə verilir. Getmədiyim bir yer qalıb. Gövhər ağa məscidi. Vaxt itirmədən oteldən çıxıram.
Bir az düşündüm, Gövhər ağa məscidini də görmək istəyirəm. Düzdür, gələn dəfələrə də nəsə saxlayaq dedim, amma oranı keçən dəfə də görməmişdim. Fasilə üçün 15 dəqiqə verilib, məncə, Aşağı Gövhər ağa daha yaxındır, ora gedək. Burada da təmir işləri gedir, çox yaxınlaşmaq təhlükəli olar. Məscidin önündə nə gözəl meyvə ağacları var. Onlardan dərmək istəyirəm, amma adamın əli də gəlmir. Nəzarətçi mənə sarı gəlir, elə bil əsəbidir, amma heç nə dərməmişəm ki:
- Xoş gəlmisiniz, niyə baxırsınız, dərə bilərsiniz, hətta orada albalı da var idi. Baxım, varsa ondan da dərim sizə.
- Xoş gördük, açığı almaların dadına baxmaq istəyirəm, amma çəkindim bir az.
- Çəkiniləsi heç nə yoxdur, bura hamımızın evidir.
Necə doğru bir cümlə idi. Yəqin tez-tez xatırlayacağam. “Bura hamımızın evidir”. Qırmızı yanaqlı, yaşıl ətəkli almalarımı da götürüb, otelə tələsirəm. Tədbirdən sonra Cıdır düzünə səyahətimiz başlayır, yolun yarısına qədər avtobusla getməliyik. Ondan sonra Cıdır düzünə ayaqla qalxmalı olacağıq.
Avtobusa minirik. Yuxarıda Vaqifin məqbərəsi görünür. Dik yamacı çıxmaqdan yorulmuşuq, amma hər şeyə rəğmən bizimki sözün həqiqi mənasında ziyarətdir. Cıdır düzünə gedən yolun üstündə elə Vaqifin məqbərəsi də yerləşir. Bu Vaqifdir, əsərlərini sevə-sevə oxuduğumuz, Şuşalı Vaqif. Məqbərə və onun ətrafı necə gözəldir. Hiss olunur ki, bu çəmənlərdə Vaqifin gözəli gəzib, ondan nəşələnib buralar.
Dağlar mənə gəl-gəl desə ürəkdən...
Hə, düz deyirsən, vaxt azalır, komendant saatı başlamadan otelə qayıtmalıyıq. Ona görə də, Cıdır düzünə getməliyik. Qarşıdan gələnlərin biri Xankəndinin deputatı Tural Gəncəliyevə oxşayır. Özüdür ki, var. Gəl, onu da salamlayaq. Bizim kimi, şuşalı deputatın da üzündə təbəssüm var. Deyəsən, xarici qonaqları gətirib bura.
Saata bir bax, gecikirik, irəli gedək. Artıq dağlar görünür. Bilirsən, Cıdır düzündə rəqs edən dağlar ağlımda iki misranı canlandırır: “Dağlar mənə gəl-gəl desə ürəkdən, gəlib, elə bu yerlərdə qalardım...” Əlbəttə, həqiqətən qalardım. Darıxmaq, sıxılmaq ifadəsi bura tamamilə yaddır. Gəl elə bu ab-havada qollarımı açıb səni qucaqlayarkən fotomuzu çəksinlər. Bax, belə, necə gözəl görünürük. Yaraşırıq ha... Zarafat deyil, tam ciddiyəm.
Saata baxıram, qaranlıq çökməkdədir. Otelə qayıdırıq. Otağımın pəncərəsindən boylananda görünən mənzərə məni valeh edir. Bu gözəlliyi ancaq otaqdan izləmək qəbahət olar. Hava da adama gəl-gəl deyir. Düşürəm aşağı, əlimdə olsa sübhü maksimum uzadardım. İlk dəfədir ki, günəşin doğmasını belə gecikdirmək istəyirəm. Burada keçirdiyim vaxtı uzatmaqdan başqa məqsədim yoxdur.
- O səslər nədir?
- ...
- Hə?!
- ...
- Hansı oteli tikirlər?
- ...
- Yəqin yaxında hamımız bilərik.
Suallarımla səni yorsam da, bir günlükdür. Sabah gedirəm... Yaxşı, düz deyirsən, günü qəmgin notlarla bitirmək istəmərəm. Qarşımızdakı deyəsən, alça ağacıdır, birini dərib dadına baxacam. Alçanın da dadı fərqlidir, ilk dəfədir, belə bir dad alıram. Sonra oradakılara deyəndə Şuşada hər şey, hər yer, hər kəs başqadır, inanmırlar. Sübut eləmək üçün gərək hamısını bura gətirim. Deyirlər, indi Bakıda hava da yaman istidir, mənsə burada pencəklə oturmuşam, buna da inanmırlar, elə bilirlər soyuqlamışam. Nəysə, saat 12-ni keçib, yuxarı qalxım.
Arzuya çatmaq istəyən Qarabağa gəlsin...
Otağa çıxandan sonra çarpayıya uzanıb, o tərəf bu tərəfə dönürəm. Dünən gecəni həyəcandan yatmayan adamın bir az da olsa yuxusu gələr axı. Niyə heç yuxum gəlmir?! Günün icmalı haqda düşünərkən hansısa saatda yuxuya getmişəm. Necə fikrə getmişəmsə, bildiriş qurmağı da unutmuşam. Yaxşı ki, qaranlıqlar günəşə təslim olanda öz xoşumla oyanıram. Adətim üzrə telefondan hava məlumatına baxıram. Məlumatlar bu dəfə Şuşada hava proqnozlarını göstərir. Ekranda Şuşa haqda yazılan bir neçə söz məni bu səhərin ən xoşbəxt adamı eləməyə yetir. Necə gözəl duyğulardır...
Sabahın xeyir, Şuşa... Mavi yuxularımın qonağı, ən ülvi xəyallardan şirin, Şuşa. Bu gün axırıncı günümüzdür, səninlə doyunca söhbət edəcəyəm. Bilirəm çox danışıram, amma günahımdan keç. Günahımı sənsiz keçən günlərə bağışla.
- ...
- İstəyərəm, amma hara gedirik?
- ...
- Soruşmasam olmur, nə edim. Yaxşı, gəlirəm...
... Gözlərim məni yanıltmırsa, daha bir arzuma çatdım. Vallah, o şikəstəyə, arzuya çatmaq istəyən Qarabağa gəlsin, deyə əlavə etmək lazımdır. Hə, bura İsa bulağıdır, nənəmin, babamın, valideynlərimin həsrətlə görmək istədikləri şəfalı bulaq.
Gözümdən gilə-gilə süzülən yaşları silirəm. Damcılardan biri bulaqdan gələn suya qarışaraq axıntıyla dağlara gedir. Uşaq vaxtı mən ah çəkəndə nənəm “ahın dağlara” deyərdi, bu dəfə göz yaşım dağlara getdi, amma bu göz yaşları kədər hisləri ilə dolu deyil. Əksinə, vüqarlı dağlara salamımı, sevgimi aparır.
Ağlamaq deyil bu, sevincimin gözlərimdən çıxan parıltılı nəğmələridir. Zəng gəlir, deyəsən, qayıtmalıyıq. Heyif ki, bu günün əsas hissəsini oteldə təlimdə keçirəcəyik. Amma sonda yenə yanına gələcəyəm...
Mən getsəm də könlüm burda qalası...
... Müzakirələr yaxşı idi, hamı buradakı söhbətlərin də fərqli, maraqlı olduğunu dedi. İndi Şuşa qalası önündə xatirə fotosu çəkdirməyə gedirik. Cəmi bir saata yola düşəcəyik, hələ ki, özümü xoşbəxt hiss edirəm. Deyirəm axı, sonradan hiss edəcəyəm. Hələ tezdir. Nə qədər ki, buradayam, qollarımı açanda doyunca sarıla bilirəm. Bu hisləri doyunca yaşamalıyam.
- Bir şeyi də soruşum, sənə dediyim şeirlər xoşuna gəlir?
- ...
- Bilirsən niyə soruşdum, indi bu dağlara baxanda ağlıma iki misra da gəldi. Amma gəl axırıncı fotomuzu da çəkək, onu da gedəndə deyərəm...
- ...
- Nəsə demək istəyirsən?
- ...
- Yaxşı, ancaq onlara deyəcəyəm.
- ... ...
- Mütləq, ən qısa zamanda.
Bizə verilən vaxt dolur, avtobusa minib, Zəfər yolu ilə üzüaşağı gedirik. O anda son sözlərimi deyirəm, “nə gözəldir bu dağların talası, mən getsəm də könlüm burda qalası...” Getdikcə gözdən itən Şuşanın mənə gülümsəyib, əl etdiyini görürəm. Məni unutma əziz Şuşa, hərdən yada sal, unutma ki, bir gün salama yox, qalmağa gələcəyəm. Təkcə mən yox, bütün gözlədiklərin gələcək...
29-07-2022, 14:57
"Nur Ocağı" Nizami Qəribin şeirlərini təqdim edr:


"Nur Ocağı" Nizami Qəribin şeirlərini təqdim edr:

SƏN GƏLƏN ZAMAN

Qəlbindən qəlbimə sevgi ələnir,
Hər dəfə üzümə sən gülən zaman.
Zülmət gecələrim nura bələnir,
Hər dəfə görüşə sən gələn zaman.

Ömrümün, günümün payız çağında,
Üz tutdum zirvəyə eşqin dağında.
Çiçəklər öpüşür könül bağımda,
Hər dəfə görüşə sən gələn zaman.

Sənsiz var olmağa çətin dözərəm,
Qaya parçalayıb, səhra gəzərəm.
Gülüm, yollarına çiçək düzərəm,
Hər dəfə görüşə sən gələn zaman.

Güllərin qoynunda şeh nəğmə çalar,
Bülbüllər gah ötər, gah nəğmə çalar,
Yarpağı tərpədib meh nəğmə çalar,
Hər dəfə görüşə sən gələn zaman.
DANAN OLMUŞAM.
Kövrək ürəyimə vurmusan yara,
Sənli ümidlərim çəkilib dara.
Mən həsrət məhkumu, mən bəxti qara,
İllərdir oduna yanan olmuşam.

Qış oldu ömrümdə hər fəsil, hər il,
Qalmadı baxçamda nə çiçək, nə gül.
Mən gülün eşqinə oxuyan bülbül,
İndi tikanlığa qonan olmuşam.

Səbrim də səbr edib dözməyir daha,
Qəlbim tab gətirmir naləyə, aha.
Xəyallar qurmuşdum nurlu sabaha,
Ah çəkib dünəni anan olmuşam.

Bu necə cəzadır, bu necə zülüm,
Səslədim səsimə səs vermir ölüm.
Verdiyin əzaba yaxşı bax, gülüm,
Özümdə özümü danan olmuşam.

İNSANLIQ MEYARI RAMİN MÜƏLLİM.
Bu xəbər ürəkdən yandırdı məni,
Qarlı qışa dönüb dondurdu məni,
Zamansız istefan sındırdı məni,
Insanlıq meyarı, Ramin müəllim.

Belə haqsızlığı tanrı götürməz,
Vallah, yaxşılığı zaman itirməz.
Yüz gələn bir sizi geri gətirməz,
İnsanlıq meyarı, Ramin müəllim.

Socar-aqş-ilə bir tarix yazdın,
Adınla, işinlə dür tarix yazdın.
Ocaq tarix yazdın, pir tarix yazdın,
İnsanlıq meyarı, Ramin müəllim.

Sarvan ola bilməz çomaxlı çoban.
Ovçu sayılmaz ki, hər dovşan qovan.
Səninlə fəxr edir bütün el-oban,
Insanlıq meyarı, Ramin müəllim.

Bu adı, bu sanı sən qazanmısan,
Gecəylə, gündüzlə tən qazanmısan,
Qara saçlarına dən qazanmısan,
İnsanlıq meyarı, Ramin müəllim.

Arzular, istəklər çin-çin olacaq,
Su dolan arxlara yenə dolacaq,
Rəbbim dərd verəni dərdə salacaq,
İnsanlıq meyarı, Ramin müəllim.

Xəyallar aparır məni bir anlıq,
Səndə çiçəklədi solan insanlıq.
Əlindən gəlmədi heç vaxt yamanlıq,
İnsanlıq meyarı, Ramin müəllim.

Nizami Qəribə zirvəli dağsan,
Hər kəsin yanında sən üzü ağsan.
Hələ yaddaşlarda çox qalacaqsan,
İnsanlıq meyarı, Ramin müəllim.
MƏNİ
Qələm göz yaşımla yazır əlimdə,
Dərdimlə yüklənib dözür əlimdə,
Bütün oyunları pozur əlimdə,
Taleyin oyunu yorubdu məni.

Özümü titrədən hayam, harayam,
Ömür naxışında ağda qarayam,
Kədər zirvəsində uca sarayam,
Görəsən kim tikib, qurubdu məni?

Ümüdüm tükənib, sınağım bitmir,
Dost bildim hər kəsi, qınağım bitmir,
Kürəyə iz salan zolağım bitmir,
Fələyin qamçısı vurubdu məni.

Mən də bir zamanlar uşaq olmuşam,
Fikirdən, qayğıdan uzaq olmuşam.
Sevinc ağacında budaq olmuşam,
Bəxtimin tufanı qırıbdı məni.
BAŞINA DÖNÜM.
İzin ver ömründə fəsillər olum,
Payızına dönüm, qışına dönüm.
Razıyam, yanıma gəldiyin yolun,
Torpağına dönüm, daşına dönüm.

Qələmlə bənzərsiz cəlal çəkdiyi,
Sevgimə əbədi xəyal çəkdiyi.
Yaradan qüsursuz hilal çəkdiyi,
Gözünün üstündə qaşına dönüm.

Sevgimi dağlara yazıb ölərsəm,
Susuz səhraları gəzib ölərsəm,
Sənsiz yaşamaqdan bezib ölərsəm,
Ağlasan gözünün yaşına dönüm.

Səndən tək məhəbbət istədi Qərib,
Qəlbində arzular bəslədi Qərib.
Eşqindən nə vaxtdır xəstədir Qərib,
Gəlib məlhəmim ol, başına dönüm.

ÜMİDLƏR DƏ YETİŞMİR
Bir gözəlin aşiyiqiyəm nə vaxtdı,
Onu sevmək nəsibimdir gizlicə.
Gündüzləri əli çatmır əlimə,
Yuxularda görüşürəm hər gecə.

Sevə-sevə deyəmmirəm sevgimi,
Qarşılaşsaq baxışında azıram.
Ürəyimdə əsir olan hissləri,
Göz yaşımla sətirlərə yazıram.

Hər ötən gün kölgəsində itirəm,
Hey böyüyür həsrətimin çətiri.
Sarılıram arzulara gecələr,
Laylay deyir xəyalların ətiri.

Nə çətinmiş sevib uzaq yaşamaq,
Zaman durur, fəsillər də ötüşmür.
Asılırsan ağrıların ipindən,
Fəryadına ümidlər də yetişmir.
ANAMIN LAYLASI DÜŞÜB YADIMA
Qayğısız günlərdən qoparan qatar,
Anamın laylası düşüb yadıma.
Gəl çıx, dünənimə aparan qatar,
Anamın laylası düşüb yadıma.

Dərələr keçmişəm, dağlar aşmışam,
Bu gün, bu günümdən uzaqlaşmışam.
Elə kövrəlmişəm, uşaqlaşmışam
Anamın laylası düşüb yadıma.

Yorğun xəyallarım olubdur çaş-baş,
Mən özüm açmışam özümə savaş.
Əlli il əvvələ qayıdardım kaş,
Anamın laylası düşüb yadıma.

Gör neçə arzular dəfn oldu gözdə,
Təpər yox ürəkdə, taqət yox dizdə.
Məni ovutmayır nəğmə də, söz də,
Anamın laylası düşüb yadıma.

ƏHLİ HALAM MƏN
Mənim dəyərimi bilməyən, gözəl,
Səninçün həyatda cah-cəlalam mən.
Günəş yorulanda, zülmət çökəndə,
Üzündə parlayan nur-camalam mən.

Özün öz bəxtini eyləmə talan,
Qəlbinlə qəlbimə möhürlən, bağlan.
Gecələr yuxunda "ağ atlı oğlan",
Gündüzlər əlçatmaz xoş xəyalam mən.

Üzündə qırışam, saçında dənin,
Baharda günəşin, payızda çənin.
Nizami Qəribəm dərdindən sənin,
Uzaqda olsan da, əhli-halam mən.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!