29-07-2022, 19:43
Dolların bu ay üçün son məzənnəsiAzərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən
Butov.az-a bildirilib ki, bankın avqustun 1-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
29-07-2022, 19:39
Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildiBakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qayını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Butov.az-ın məlumatına görə, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı B. Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B. Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
29-07-2022, 19:35
Gürcüstanda helikopter qəzaya uğradı Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.
29-07-2022, 19:31
Buster doza vurduranların yeni sayıAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1971 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.
29-07-2022, 19:23
Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildiABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Butov.az-ın məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək. Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib. Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.
29-07-2022, 19:19
Aktiv xəstə sayı 2200-ü keçdiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib
Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.
29-07-2022, 19:14
Polad Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcəkBakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Azərbaycan Ciu-Citsu Federasiyasından
Butov.az-a verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək. Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.
29-07-2022, 19:10
Marmarisdə güclü meşə yanğını başlayıbTürkiyənin Marmaris bölgəsində güclü meşə yanğını başlayıb.
Butov.az xəbər verir ki, yanğın ərazisi yaşayış yerlərinə yaxın olduğundan ciddi təhlükə yaradıb. Yanğının söndürülməsinə 5 təyyarə və 8 helikopter, həmçinin yanğınsöndürən avtomobillər cəlb edilib.
29-07-2022, 19:06
Yarış partlayışla bitdi - Yaralılar varƏfqanıstanda kriket oyunu zamanı partlayış baş verib. Bu barədə ölkənin Kriket Şurası məlumat yayıb. Yerli liqa matçı zamanı Kabilin əsas kriket stadionunda baş verən partlayışda 4 nəfər yaralanıb. Məlumata görə, oyunçulardan heç bir xəsarət almayıb.
29-07-2022, 19:03
İdmançımız dünya çempionu olduBolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, 14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.