Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-05-2022, 06:45
Vətən sevdalısı

Vətən sevdalısı


İctimai dəyərlər cəmiyyət prioritetləri ilə həmahəngdir. Dövlətçiliyin xidmətində duran hər kəs bu prosesin daşıyıcısı hesab olunur. Açığı, parlaq istedadlı alim, texnika üzrə fəlsəfə doktoru Quliyev Ramin Adıgözəl oğlunun peşəkar fəaliyyəti də cəmiyyət resurslarını özündə müfəssəl ehtiva edir. Onun yaradıcılığınının elmi və ictimai predmeti şəxsiyyət faktorudur və bu müstəvidə o, məsuliyyət hissinin fövqündə durmağı bacarır...
Əvvəlcə, Quliyev Ramin Adgözəl oğlunun oxucu ilə təmasını qurmaq üçün qısa tərcümeyi-halı ilə tanış olaq:
Quliyev Ramin Adgözəl oğlu 5 may 1984-cü ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1991-ci ildə Neftçala rayonu 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1999-2000-ci illərdə təhsilini C.Naxçıvansiki adına Hərbi Litseydə davam etdirib. Litseydə oxuduğu müddətdə yüksək nizam-intizamı və təhsildə göstərdiyi nailiyyətlərinə görə litseyin rəhbərliyi tərəfindən iki dəfə Fəxri Fərmanla təltif edilib. 2002-ci ildə orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Neft Akademiyasının «Faydalı qazıntı yataqlarının işlənməsi» istiqaməti üzrə Qaz-Neft-Mədən fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə əlaçı təqaüdü ilə yanaşı, «Karat Holdinq» Şirkətlər Qrupunun təsis etdiyi təqaüdə layiq görülüb. 2005-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının sədr müavini vəzifəsində çalışıb, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müxtəlif treninqlərdə iştirak edərək sertifikat və şəhadətnamələr alıb. Həmin illərdə Neft Mühəndisliyi Cəmiyyətinin üzvü olub, burada təşkil olunmuş simpoziumlarda iştirak edib, sertifikat alıb. Bununla yanaşı, 2005-ci ildə neftçalalı tələbə-gənclərin Respublikanın ictimai-siyasi həyatında fəallığını təmin etmək məqsədilə Qeyri-Hökumət Təşkilatı olan «Gələcəyin Gəncləri» İctimai Birliyini təsis edib və həmin təşkilatın sədri olub. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək «Neft və qaz yataqlarının işlənməsi və istismarı» ixtisasına yiyələnib. 2007-2009-cu illərdə «Neft və qaz yataqlarının işlənməsi və istismarı» ixtisası üzrə magistraturanı bitirib. 2013-1017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantura pilləsi üzrə təhsil alıb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Ramin Quliyev 2006-cı ildə müsabiqə yolu ilə «Anşad Petrol» Müştərək Müəssisəsinə işə qəbul edilib, orada əmək fəaliyyətinə neft-qazçıxarma ustası kimi başlayıb, sonra aparıcı mühəndis və NQÇİ-nin rəisi vəzifəsində işləyib. 2009-cu ilin oktyabr-noyabr aylarında «Neftçala Operatinq Kompani» LTD şirkətinin Azərbaycan filialında 1 saylı NQÇİ-də sex rəisi olub. Həmin ilin dekabr ayından 2012-ci ilin iyun ayına qədər «Azneft» İstehsalat Birliyi «Bibiheybətneft» NQÇİ-də 3 saylı NQÇİ-nin rəisi işləyib. 26 iyun 2012-ci ildən 15 yanvar 2020-ci ilədək «Azneft» İB-nin Ə.C. Əmirov adına NQÇİ-nin rəisi kimi çalışıb. 16 yanvar 2020-ci ildən «Azneft» İB-nin «Abşeronneft» NQÇİ-nin rəisi vəzifəsini icra edir.
Ailəlidir, 3 övladı var.

Əlbəttə, bu tanışlıqdan da bəlli olur ki, Ramin Quliyevin bir-birindən canlı və təravətli görünən peşə uğurlarında şəxsiyyət amili aparıcı xəttir. Bu prosesi onun ömür gündəliyi kimi də xarakterizə edə bilərik.
Tanıyanlar yaxşı bilir, biz də mübaliğəsiz deyirik ki, Ramin Quliyev işıqlı şəxsiyyət, nüfuzlu insandır; təəccübverici xüsusiyyətlərə malikdir, rəhbərlik etdiyi kollektivin, onu tanıyanların qəlbində özünə insanlıq məbədi qurmağı bacarır. Baxmayaraq ki, cavan kadrdır, aradan ötən illər, bəlkə də onun ömründən səssiz ötən xatirə köçü kimi gəlib-gedib; qayğılar qəlbinin qapısını nə vaxt tıqqıldadıb, gözlərini məchul bir nöqtəyə nə zaman zilləyib, ruhunu cəmiyyətlə necə qabaq-qənşər qoyub, xəbəri olmayıb... İndi baxır ki, saçlarına «qar» yağıb, çöhrəsinə şeh düşüb...
İnsan var ki, gözlərinə baxdığın an ruhun gen küçələrində xəyal qatarının səsini eşidirsən. Bu səs səni təmiz, saf ənginliklərə aparır. Yəqin oxucular səmimiyyətimizə inanar; elə bu mənada, Ramin Quliyevin təmiz, saf şəxsiyyəti bizi məmnun edir. Çünki onun insan surətindəki doğmalıq ruhunun işıqlı, qəlbinin geniş, vicdanının bütöv olmasını ifadə edir. Bir yandan iman əhli olması onu insanların gözündə ikiqat ucaldır.
Onunla qabaq-qənşər gələnlər onun içindəki ləngəri, çılğın harayı, dəlisov-düşüncəli məmnunluğu, bir də həqiqət hissini aydın hiss edə bilirlər. Bəzən bizə də elə gəlir ki, o, zülmətin işığından sıyrılmağa can atan sevdaların köçünə qoşulub. Çöhrəsindəki Allah eşqi saf qəlbinə işıq salır və bu, o, anlama gəlir ki, o, pak dualarının hənirində bir ömür cilalayır, varlığında təcəlla edən həyat duyğuları insanların yaddaş qapılarına parıltı səpir. Belə deyək, bu müdrik anın fəhmindəki dürüstlük tarixlərin yaddaşında çırpınan gerçəklərə çağırışdır.
Bu gün Ramin müəllim həm də Vətən eşqində təcəlla etdiyi üçün könül aləmini Vətən sevdaları ilə rəngləyib. Bu duyğusal hal onu uzaqdan görünən başı qarlı dağlar qədər uca və məğrur edir...
Ramin Quliyev zəhmət adamıdır və zəhmətkeş insanlara xüsusi diqqət yetirir. Bu səbəbdən o, bir rəhbər kimi deyir ki, neftçinin ən böyük sevinci quyularda neft hasilatını görməkdir: Bu, valideyn üçün övladının dərsdən beş alması kimi bir şeydir, yəni, əməyinin bəhrəsini görürsən.
Ramin Quliyev neft sektorunda təhlükəsizliyin ən prioritet məsələ olduğunu bildirir. Deyir ki, bir insanın, mütəxəssisin formalaşmasına xeyli vaxt sərf olunur, bir adamı itirmək tək bir ailənin faciəsi deyil, bu, həm də bütün neftçilər üçün itkidir. Bəli, belə bir qayğı, belə bir fikir yalnız halal nəsildən çıxmış, halallığı özünün ən ümdə vəzifəsi edən şəxsdə formalaşa bilər.
Ramin Quliyev özünü əsl dövlətsevər insan kimi cəmiyyətə təqdim edir. Onun musiqi və idmanla məşğul olduğunu, bədii ədəbiyyata marağını biləndə, tam əmin olduq ki, içindəki kövrəklik, insana məhəbbət haradan qaynaqlanır. Onun fortepianoda ifa etdiyi musiqi parçaları da hazırda rəis olduğu NQÇİ-dəki ab-hava qədər ləngərli və ürəkoxşayandır. Elə bu timsalda Ramin Quliyev gənc neftçilərə və neftçi olmaq istəyən şəxslərə peşələrinə böyük sevgi ilə yanaşmağı məsləhət görür.
Ramin Quliyev bir rəis kimi öz işinin atmosferini çox dəqiq təyin edir. Belə ki, o, hər gün neft hasilatının dinamikasında qalxmanı müşahidə edir, gündəlik neft hasilatı məsələlərinə ciddi nəzər salır, illik hasilatın ağır zəhmətdən qaynaqlandığını deyir, Abşeronneft" NQÇİ tərəfindən "Pirallahı adası", “Darvin bankası”, “Gürgan dəniz”, “Abşeron bankası” və “Qərbi Abşeron”da neft və qaz yataqlarının istismarını xüsusi diqqətdə saxlayır, “Abşeronneft” NQÇİ-nin gələcək üçün böyük perspektiv planlarına daha ciddi yanaşır, istismara yeni daxil olmuş yataqlarda təzə özüllərin tikilməsini, 115 ildir istismar edilən “Pirallahı” yatağının dayaz sulu hissəsində torpaq özüllərin salınmasını əsas prioritet məsələlərdən hesab edir. Bu da onun bir mütəxəssis kimi düzgün təyinatına işarədir.
Ramin Quliyevin dövlətə, dövlət başçısına, bayrağa, torpağa məhəbbəti könül verdiyi işində də bariz şəkil alıb. Sanki o, çalışdığı işlə nəfəs alır, özünü burada geniş əhatədə görür. Çoxlarına müəssər olmayan bu vacib nüans onun üçün həyat eşqidir.
Biz (əslində) işıqlı alim-insan Ramin Quliyevin Obrazı haqda çox şey deyə bilərik. Qısaca, demək istəyirik ki, o, aydın hücrədir, onun geniş təqdimata zərrə ehtiyacı yoxdur. Biz sadəcə, ruhsal yöndən onu xarakterizə edirik; vücudumuzda oyanan ləngərli çırpıntılar bizi gen vadilərdə üşüyən xatirələrinə sığal çəkən bu qətiyyət sahibinin vətəndaş əzmi ilə qarşılaşdırır...
Bəli, Ramin Quliyevi insanlıq zirvəsinə yüksəldən mə¬qam¬lar onu bizə bəzən də min illərin yorğun yolçusu kimi təqdim edir. Bu şərəfli ömür sahibinə Allahdan möhkəm can sağlığı, yeni uğurlar arzulayırıq.

Zahir Qalib
6-05-2022, 06:37
ZAUR USTAC YENİ ŞEİRLƏR

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.




ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!

Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!

Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!

Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!

04.05.2020 – Bakı.

MUSTAFA
(…Mustafanın doğum gününə…)
Talelər müxtəlifdir;
Kimi “Dayandur” olur,
Kim isə “Sevinc”, “Vüsal”…
Bəxti Yaradan verir,
Adı ata, analar…
Nə qədər “Bəsdi”, “Arzu”,
“Sevindik”, “Kifayət” var…
“Yetər”lər sevindiyi
Dünyadır bizim dünya;
Bilirlər ki, nə qədər
Hələ “Qızyetər” də var!
Övlad Allah payıdır,
“Ruzisin Allah verir,
Yükünü Yer götürür…”
Kimi oğlan olanda,
Kim isə qıza görə,
Bəzən köksün ötürür…
Dünya saysız, hesabsız
Misallara səhnədir.
Qız, oğul fərq eləməz,
Biganə, biganədir…
İstiqanlı, sevəcək…
Adın soyuq etməyin,
Övlada ad verənlər!
“Fidan”, “Humay” ya “Ucal”
Nə çoxdur ismi-şərif…
Bu gün elə ad verin,
Sabah gətirsin tərif!

02.03.2022 – Bakı.

AĞ ADAM
(Rəşad Məcidə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.

Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and içibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.

Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.

Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.

Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yaranandan ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

10.03.2022. – Bakı.
VAQİF DÜNYASI
(Vaqif Mustafazadənin barelyefi önündə )
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.

Vaqifin barmağından doğulan bir dünya var,
Ana laylası kimi, nənə bayatısıtək.
Onun barmaqlarında dilə gəlir arzular,
Ata duası kimi, baba hayqırtısıtək.

Vaqifin barmağından doğulan bir dünya var,
Ta qədimdən bu günə, ilmə-ilmə toxunur.
Anamın hanasında olan sirli naxışlar,
Vaqifin barmağında kəlmə-kəlmə oxunur.

Vaqifin barmağından doğulan bir dünya var;
Azərbaycandır adı, – mənim yurdum bu diyar!

16.03.2022. Bakı-İçərişəhər.
BAHAR TƏNHALIĞI
Demişdin, alçalar çiçəkdən çıxsın,
Gələcəm, ilk gələn qaranquşla mən.
Deyir, heyvalar da ta çiçək açıb…
Hardasan, vəfasız, bəlkə gələsən!?

İndicə bir foto aldım dostlardan,
Bu günə, sabaha açar yasəmən…
İtib bu sevdanın qibləsi, səmti…
Kim azdı bu yolda, mənmi, yoxsa sən?

Bahar çiçəkləri arı görmədi,
Arımı gecikir, gülmü tez açıb?
Sənin olmadığın hər ana heyif,
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
Sənsiz bu dünyanın ləzzəti qaçıb…
13.04.2022. – Bakı.
AĞLARAM
(…müharibə qurbanlarına ithaf…)
Yenə də dolmuşam yaz buludutək
İndi bıldır-bıldır töküb ağlaram…
Tabu qalasında dustaq ruhumun
Buxov, zəncirini söküb ağlaram….

Bu bahar yasəmən büründü qara,
Bənövşə boynundan çəkildi dara,
Qaranquş gəlmədi, düşübdü tora,
Onların dərdini çəkib ağlaram…

Ustacam, inandım haqqa, gərdişə,
Düşmən də olanda bəxtə ər düşə,
Dünyanın mərəzi dönüb vərdişə,
Bağrına lalələr əkib ağlaram…
Bağrına lalələr əkib ağlaram…

23.04.2022. – Bakı.
6-05-2022, 06:29
Sərhədsiz düşüncə, orijinal baxış

Akif Cabbarlı
Yazıçı-publisist, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının redaktoru

Sərhədsiz düşüncə, orijinal baxış

(Tanınmış yazıçı-publisist Nizami Rəhmanlının yaradıcılığını xarakterizə edən mühüm məqamlar əsasən bunlardır.)

Bu günlərdə iş yerimə gəlmişdi. Çoxdan görüşməsək də simasında o qədər də dəyişiklik hiss eləmədim. Sadəcə saçı azacıq ağarmış, bir az da arıqlamışdı. Təbii ki, bunlar da yaşla bağlı olmalıydı. Yarım əsr əvvəlki baməzəliyini, şuxluğunu necə var, eləcə də saxlamışdı. Əvvəlki qaydalarla qucaqlaşdıq, “keçmişin kitabını” sətirbəsətir vərəqlədik. Azərbaycan Radiosunda birgə işlədiiymiz dövrdə Lermontov küçəsində bir rus qadının evində kirayədə yaşadığımızı yada saldıq. Mən yatandan sonra işığı yandırıb hansısa qəzetə məqalə yazmağını, sonra çaydanı qaynadıb tünd çay içdiyini, hər dəfə də mənim guya ki, qətiyyən narahat olmadığımı boynuma qoyduğunu xatırladanda iri, mənalı gözləri qıyıldı və ürəkdən güldü.
- Sən yaxşı bilirdin ki, gündəlik işlər ədəbi yaradıcılığıma mane olurdu. Ona görə gecələr yazırdım, həm də beş-on manat qonorara ehtiyacım vardı axı…
Doğrudur, qonorara hamımızın ehtiyacı vardı, amma Nizami Rəhmanlını gecələr yazı-pozu ilə məşğul olmağa həvəsləndirən başqa səbəblər idi. Böyüdüyü mühit, ailədə qazandığı dəyərlər çeşidli mövzulara çevrilib, qəzet-jurnal səhifələrində boy göstərirdi. Atası Sədri müəllim biologiya-coğrafiya müəllimi idi, anası Məzəxanım müəllimə isə riyaziyyatdan dərs deyirdi. O, həm də Şabran rayonunun Orta Əmirxanlı kənd 8 illik məktəbinə 27 il direktorluq etmişdi. Evlərində kitabların sayı-hesabı yox idi. Nizami də hələ məktəbli ikən bu kitabların sayını artırmaq, böyük kitabxanaya çevirmək eşqi ilə yaşayırdı. Bu arzu ilə də BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra isə taleyini jurnalist sənəti ilə bağladı. Həmkarlar İttifaqı sistemində üç ilə yaxın işlədikdən sonra fəaliyyətini Azərbaycan Radiosunda davam etdirməyə başladı. Onun efirə hazırladığı verilişləri yaşlı nəslin nümayəndələri bu gün də yaxşı xatırlayırlar. Redaktoru və müəllifi olduğu proqramlar elmiliyi, dolğunluğu ilə seçilirdi. O, bədii sözün qüdrətindən bacarıqla istifadə edirdi.
Sonralar «Həyat», «Azərbaycan», «Respublika» və «Panorama» qəzetlərində çalışdı. «Panorama»nın Rusiya üzrə müxbiri işlədiyi dövrü yaradıcılığının ən qaynar və sevincli illəri kimi xatırlayır.
- Bu qəzetin yaradıcılıq potensialımın üzə çıxmasında müstəsna rolu olub. Rusiyada, Ukraynada və Belorusdakı diasporumuzun fəaliyyti ilə bağlı yüzdən çox məqaləm, müsahibə və oçerkim respublika mətbuatında işıq üzü görüb. Rusiya Federasiyası Hüquqşünaslar İttifaqının Birinci vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Rusiya Prezidenti yanında İdarəetmə Akademiyasının kafedra müdiri, professor Ələsgər Tağıyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti ilə bağlı yazdığım «Bu dünya bir pəncərədir» kitabım isə mənim üçün daha əziz, daha qiymətlidir. İndiyədək çap olunmuş on səkkiz kitabımın sırasında nüfuzlu həmyerlimiz barədə yazdığım bu əsəri qəlbimə daha yaxın hesab edirəm.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Rəhmanlı diaspor fəaliyyəti barədə yazan müəlliflər arasında xüsusilə seçilir. Adları çəkilən ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri, böyük şəxsiyyətlər, biznes adamları, müxtəlif peşə sahibləri barədə irili-xırdalı yazıları ədəbi tənqid və oxucular tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanıb. Bu, onun sadəcə peşə marağı və hobbisi deyil, vətənimizə, soydaşlarımıza olan məhəbbətindən və qədirbilənliyindən qaynaqlanır. Bu gün onun Azərbaycandan uzaqlarda çoxlu dostları və təəssübkeşləri var. Yaxın-uzaq ölkələrdə

Nizamini yaxşı tanıyır və yaradıcılığını diqqətlə izləyirlər.
- Mən buradakı dostlarımı çox istəyir, xətirlərini həmişə əziz tuturam. Biri elə sənin də yaxşı tanıdığın, dostluq etdiyin Ələsgər Bədəlov uzun illər polis orqanlarında rəhbər vəzifələrdə işləyib. İndi istefada olan polkovnikdir. Sadəliyini, şəxsiyyətini qoruyan, bütövlüyü ilə nümunə olan kişilərdəndir. Şakir Yaqubovla sənin də yerin qəlb evimdə daimidir.
Nizami Rəhmanlı ilə görüşümüz xeyli uzandı və biz yaxın-uzaq illərə maraqlı ekskurs da elədik. Şabranda və mənim doğma yurdum Qəbələdə keçirdiyimiz unudulmaz günləri yada saldıq. O, atam İsmayıl kişi və əmim Ələsgər müəllimlə də dostluq edirdi. Valideynləri, həmyerliləri məni də öz yaxınları kimi qəbul edir, doğmaları təki yola salırdılar.
Nizami istedadlı qələm sahibi, vəfalı dost olmaqla bərabər həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Hörmət xanımla ulduzları hələ Radioda ikən barışıb. Üç övladı var – oğlanları Orxan hüquqşünas, Tural nəqliyyatçıdır. Qızı Turan isə həkimdir. Beş nəvəsindən biri ilə – Hüseynlə ayrılmaz dostdurlar.
- Bunlar öz yerində. Həyatda ən yaxın dostum və sirdaşım isə Hörmət xanımdır. Cavanlıqda da, indi yaşlaşan vaxtlarımda da hər cür şıltaqlığıma dözüb, nazımı çəkib. Allah üzünü ağ eləsin, çətin günlərimin də, xoş günlərimin də həmdəmi olub. İndi yetmiş yaşım tamam olur, amma xanımımın hesabına özümü uzağı əlli yaşındakı kimi hiss edirəm.
Nizami bəlkə də özü bilmədən yetmiş yaşa çatdığını dilə gətirir.
- Mayın 5-də yeddinci onluğu qatlayıram. Səndən bircə yaş cavanam, artıq üzü səksənə gedirik. Amma sən də yaxşı qalmısan ha… görünür üzünə evdə yaxşı baxırlar-dedi.
Bu fikri ilə də razılaşmamaq mümkün deyildi. Xeyli söhbətdən sonra nəvəsinin dalınca məktəbə gedəcəyini deyib xudahafizləşdi. Elə mən də gündəlik baba borcunu vermək üçün tələsdiyimdən ayrılmalı olduq. Təbii ki, yenidən, xoş günlərdə görüşmək üçün…
…Qaldı ki, Nizami Rəhmanlının 70 yaşına, qoy bu qısa qeydlərim onun üçün yubiley hədiyyəsi olsun.
Yüz yaşa, amma sağlam yaşa!
Ən əsası və başlıcası ruhun təzə, həyat eşqin tükənməz olsun!

P.S. “Arayış – verilir Əliyev Nizami Sədri oğluna, ondan ötrü ki, o, yəni ki, Nizami Rəhmanlı həqiqətən də ölkə mediasının və publisistikamızın say-seçmə nümayəndələrindən biridir”.
Bu virtual və simvolik arayış-zəmanəti isə uzun illərdən bəri özünə yaxın bildiyi tanınmış jurnalist Şakir Yaqubovla bu sətirlərin müəllifinin imzalaması Nizami müəllimin etiraf elədiyi kimi kifayət qədər yetərincədir və keçərlirdir.

6-05-2022, 06:18
Qazi N.P.Saraclı MUTLUTÜRKÜN Brçalıdan gələn səsi

Qazi N.P.Saraclı MUTLUTÜRK

QİSMƏTİMDİ QIZIL ALMA...
Mən bir Türkəm Turan oğlu,
Yalağ itə yal olmaram;
Allahımdan başqasına
Qul olmaram, qul olmaram!..
Yox kimsəyə borcum mənim,
Başımdadır tacım mənim...
Çoxdur ağrım-acım mənim,
Haqsız yerə kül olmaram.
Mən Aylıyam,Yıldızlıyam,
Ağ atlı, qara sazlıyam...
Dədəm Qorqud avazlıyam,
Haqsız qili-qal olmaram...
Amerika, laf eyləmə,
Boşa zaman sərf eyləmə,
Körpüləri məhv eyləmə,
Mən yolsuza yol olmaram.
Get sən hələ Hayla oyna,
Əsilsiz bir soyla oyna...
Yasda sevin, toyda oyna,
Mən kor ata nal olmaram...
Mən almayam,-Qızıl alma,
Qızıl teştə düzül, alma.
Qısmətimə yazıl, alma,
Ölləm qara pul olmaram!.
.


YAXŞI OĞUL
Yaxşı oğul öz eviylə,
Ocağıyla fəxr eliyər,
Atasıyla, anasıyla,
Uşağıyla fəxr eliyər.
Çöp salmaz öz bulağına,
Su axıdar torpağına,
Girməmiş yar qucağına,
Çırağıyla fəxr eliyər.
Qohumlara köğrpü atar,
Qonşu adın əziz tutar,
Balaların atıb-tutar,
Qonağıyla fəxr eliyər.
Hər oğul, el oğlu olmaz,
Yurd-yuvaya bağlı olmaz...
Belə oğlun ağlı olmaz,
Alçaqlarla fəxr eliyər...
Oğul yerdən quş tək qalxar,
Gün doğmamış ova çıxar...
Ərənlərin əlin sıxar,
Ovlaqlarla fəxr eliyər.
Mənim oğlum özün öyməz,
Özgəsinin işin əyməz,
Tənbəllərə məhəl qoymaz,
Qoçağıyla fəxr eliyər.
Bu da bir sözdü, dedim,
Dərdlər məni üzdü, dedim...
Gərəksizsə, heç deməzdim,-
Haqqı-sayla fəxr edirəm.

DOĞUŞ TÜRKÜSÜ
Bizlər Türkün küllüyündəm,
Ocaq-ocaq doğulmuşuq.
Dağlar aşıb atlı-yayaq,
Bayraq -bayraq doğulmuşuq.
Hər millətə qucaq açdıq,
Oda qaçddıq,oddan qaçdıq...
Saz göynətdik,sözlər qoşduq,
Dərdə ortaq doğulmuşuq...
Rüzgarlarla varaqlandıq,
Düşmən üstə odaqlandıq,
Bir nəfər tək yaraqlandıq,-
Yurda dayaq doğulmuşuq.
Allahın şah əsəriyik,
Peyqəmbbərin zəfəriyik,
Giziroğlu hünəriyik,
Quşdan oyaq doğulmuşuq...
Üç qitənin barı bizik,
Göz yaşından duru bizik,
İnsanlığın yarı bizik,-
Biz qurdsayaq doğulmuşuq...
Türküm,qardaş,türküm,türküm,
Dillər gəzir mənim türküm,
Əkim-biçim,biçim-əkim;
Çanaq- çanaq doğulmuşuq.
Turanımın haq-sayı var,
Millətimin göz oyu var...
Hər quşun da öz payı var,
Bizsə ortaq doğulmuşuq!..
Saraçlıyam,türk oğluyam,
Diş-dırnağı bərk oğluyam,
Mən dövrümün həng oğluyam,
Xəncər-bıçaq doğulmuşq...
Qazi N.P.S.MUTLUTÜRK

DƏRBƏND QALASI
Sənsiz darıxmışam,Dərbənd qalası,
Yanmazmısan dərdi-məndin halına?!
Yol kəsilib görünmür dağ lalası,
Yanmazmısan dərdi-məndin halına?!
Mazqalından bir baxsaydım Xəzərə,
Dədə yurdum bir çarpsaydı nəzərə,
AçılıncaTuran boyu mənzərə,
Yanmazmısan dərdi-məndin halına?!
Oğuz qəbri taptaq altda itibdi,
Yan-yördə qara tikan bitibdi...
Axmaq İvan əcəlinmi yetibdi
Yanmazmısan dərdi-məndin halına?!
Ləzgilər can qardaşımdı,biləsən,
Bineydən qan qardaşımdı,biləsən,
Bir müsəlman qardaşımdı,biləsən,
Yanmazmısan dərdi-məndin halına?!.
Biz Qafqazın qafdan gələn sədası,
Abşeronda qavaldaşın nidası...
Şahbuzumda qərib üzən adası,
Yanmazmısan dərdi-məndin halına?!.
Aşıq dostum,sən də susma,səsə gəl,
Turanda toy başlamamış,bizə gəl,
Oxu,oyna,Yar eşqinə dizə gəl,
Yanmazmısan dərdi-məndin halına?!..
Bakımız Qırx nərdivanı istəyir,
Göycəmizi,İrəvanı istəyir,
Dərbənddən də bir "Divani" istəyir,
Yanmazmısan dərdi-məndin halına?!..
Bu dünyaya gələn bizik,gedən biz;
Niyə olaq ayaq altda itən biz?!
Canım-gözüm,şirin sözüm Xan Təbriz,
Yanmazmısan dərdi-məndin halına?!.
A Saraçlı,bulannıqlar durulur,
Bir həmləyə çox boyunlar vurulur...
Qum saatımız Ankarada qurulur,
Yanmazmısan dərdi-məndin halına?!.

OĞLUMA NƏSİHƏT
Cəhənnəm oduyla oynama, oğul,
Bilməzsən, qəfildən, şeytan olarsan.
Qaynar qazanda da qaynama, oğul,
Tüstüyə dönərsən, duman olarsan.
Dərinə endikcə, lal daşdan çəkin,
Yuxarı qalxdıqca, kal başdan çəkin,
Çəkin hər dürlü bir daş-başdan çəkin,
Çəkinməzsən?!-Sonda viran olarsan...
Ümman genişliyi görmüşəm səndə,
Ad-san sahibiyəm pis- yaxşı mən də,
Qürurlu zabitsən mənimtək, sən də,
Çalış, məndən ötə insan olarsan.
Kökünə arxalan, soyuna tapın,
Dosta açıq olsun öz könül qapın,
Hər cür əyri yoldan saqın və sapın,
Sapınmazsan?-Pullu nadan olarsan...
Dinsiz-imansıza yaddır Nəbilər,
Nəbilər bildiyin, nadan nə bilər?!
Paşamın, sirrini Nəbilər bilər,
Sən də Nəbilərə heyran olarsan...


ZƏRNİŞAN GÖZƏL

On beş il sonra yaza biləcəyim, yazmağa çalışdığım ikinci şeir...
Bu dünya çıxmışdı öz məhvərindən,
Şükürlər olsun ki, qayıtdı, gözəl.
Mənəm bəxtəvərlər bəxtəvərindən,
Sən ey qanadlı qız, yel atdı, gözəl!..
Sən bir yıldızımsan,-Turan aşiqi,
Könül yaraşığı, gözüm işığı...
Bilməzdim, beləymiş, hər haqq aşığı,-
Pərvazı gözəlmiş, qanadı gözəl.
Sən Türk dünyasının Ayparasısan,
Könül aynasısan, göz qarasısan,
Bəlkə də bir Oğuz mağarasısan,
Sən rövşan etmisən həyatı gözəl!..
Biz çox ağrılardan keçib gəlmişiz,
Kövsər çeşməsindən içib gəlmişiz.
Yusufun gözyaşın Zəm-zəm bilmişiz,
Vüqarla keçmişiz Sıratı gözəl.
Gözəlim, gözələ qoşma qoşarlar,
Sevgiylə, umudla aşıb-daşarlar.. ,
Di gəl ipə-sapa yatmaz Avşarlar,
Ellikcən, olmasa ovqatı gözəl!..
Bu söz də Allahın bir lütfü imiş,
Ərənlər at vermiş, qoparaq gəlmiş...
Saraçlı, qocalıq üzünə gülmüş,
- Dostun sözü gözəl,söhbəti gözəl....

TUT AĞACI
Mənim tut ağacım bir saz çanağı,
Başında bülbüllər cəh-cəh eyləyər.
Mənim tut ağacım baxça çırağı,
Qonşu ağaclarla hənək eyləyər.
O yaxın dostudur cəmi quşların,
Cənubda ölümdən qurtulmuşların,
O ata Buşların, baba Buşların
Gördüklərin bizə izah eyləyər...
Mənim tut ağacım,-dostu yarımın,
Noğulu-kişmişi balalarımın,
Ortaq sevincidir arzularımın,
Onu sevməyənlər günah eyləyər.
O bir vaxt mənim də yavanlığımdı,
Əkməklə yediyim balım-yağımdı...
Məktəbli vaxtımdı, gözəl çağımdı,-
Keçmişi bilənlər agah eyləyər.
Torpağa tapındım mən də hamıtək,
Torpaq ətirlidir hər halal çörək.
Torpağa tapınıb xoş günlər görək,
Torpaq axşamları sabah eyləyər.
Mənim tut ağacım, bir saz sorağı,
Yəqin ki, arağın olmaz marağı!..
Təzanə dinərsə gilas sayağı,
Cevizlər səslənib "Laillah" eylər....

NƏVƏM EMİNƏ
Düşdün ana rəhnindən,
Əsgər nəvəm, xoş gəldin!
Düşmən öldü qərhrindən,
Əsgər nəvəm, xoş gəldin!
Cəbhə yaran oğuldun,
Hekayətdin, nağıldın,
Dikəlib bir dağ oldun,
Əsgər nəvəm, xoş gəldin!
Qalamsan, səngərimsən,
Bir sinə dəftərimsən,
Əlaçı əsgərimsən,
Əsgər nəvəm, xoş gəldin!
Boyun-buxunun uca,
Gəl bir baxım doyunca!..
Qismətin güllü xonça,
Əsgər nəvəm, xoş gəldin!..
Atana ev-eşiyin,
Anana ilk beşiyin,
Eldə böyük-kiçiyin,
Əsgər nəvəm, xoş gəldin!..
İnşallah işin olar,
Bir dolanışın olar,
Yarın-yoldaşın olar,
Əsgər nəvəm, xoş gəldin!
Gözaltın bir göz elər,
Qohum qonşu söz elər...
Toy işi də düzələr,
Əsgər nəvəm, xoş gəldin!
Nənən boyuna qurban,
Babam soyuna qurban,
Anan toyuna qurban,
Əsgər nəvəm, xoş gəldin!..

ÇOBANALDADAN
MƏSƏLDİ: əl gedər, ayaq gətirər,
Meşəni gəzən yox, dərən bitirər...
Ağlar gözdə qaynar sular,
Soyuqluğu buz gətirər.
Pinəçini iş başına
İynə ilə biz gtirər...
Ömür həyatın ipidi,
Dünya boyaqça küpüdü...
Bəlkə də çuğul tipidi,-
Söz aparıb söz gətirər.
Lələ, yollar dolanbacdı,
Gedən xərac, gələn bacdı,
Dəyirman dənə möhtacdı,
Topraq da hey duz gətirər.
Canımız çıxdı cirədə,
Varımız getdi kirədə,
Qoyma papağı hərmədə,
İl quraqdı,-toz gətirər...
Yürü, gəlirəm qaranca,
Yaram var, Lələ, yaranca...
Türk oğlu gedər qazanca,
Var yerinə qız gətirər...
Zalım fələk haqqı dandı,
Cavan ömrüm oda yandı.
Tale çobanaldadandı,
Uyma, yaran göz gətirər...

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!