Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
27-12-2021, 17:46
Mehdiyevin "kamal"ı Göygöl məhkəməsində kövrəldi - "boz kardinal"ın hikkəsi RƏDD edildi

AMEA-nın prezidenti Ramiz Mehdiyevin təkidilə elm ocağının baş hüquqşünası Kamal Əliyevin jurnalist Osman Nərimanoğluna qarşı "xüsusi ittiham qaydasında" qaldırdığı şikayəti rədd edilib. Bugün saat 11:00-da Göygöl rayon Məhkəməsində baş tutan işi üzrə ilkin prosesdə hakim Əyyub Kərimov müvafiq qərarı elan edib, əsassız şikayət icraata qəbul edilməyib.

Demokratik.Az-a bu barədə danışan Nərimanoğlu bildirib: "Dəyərli dostlar! Həftənin ilk gününə uğurla başladım. Həm evində, həm şüurunda, eləcə də bütün karyerası boyunca müşahidə edilən antimilli əməllərində erməni sevgisi gəzdirən "boz kardinal" Ramiz Mehdiyevin mənə qarşı haqsız hücumuna qalib gəldim. Göygöl məhkəməsinin hakimi Əyyub Kərimovun qərarı ilə AMEA-nın səbatsız prezidenti Ramiz Mehdiyevin diqtəsilə hüquqşünas Kamal Əliyevin barəmdə tərtib etdiyi absurd "xüsusi ittiham" icraata alınmadan rədd edildi. Bu hal ölkədə məhkəmə sistemində ədalətin tamamilə olmadığını söyləyənlər üçün, elə özüm üçün növbəti xoş nümunədir. Allah ölkəmizi və prezidentimizi qorusun, "5-ci kolon"un təmsilçilərinin başına daş salsın. Biz cəmiyyət olaraq ölkənin əsas elm məbədini (AMEA-nı-red) Mehdiyevin inhisarından, təcavüzündən azad etmək üçün səylərimizi davam etdirməliyik. Bu haqq yolunda mənə informasiya dəstəyi göstərən hər kəsə, xüsusilə də "turan" informasiya agentliyinə və "kanal13" televiziyasına təşəkkürümü bildirirəm."

Jurnalist onu da qeyd edib ki, məhkəmədə hakim qarşısında duran Kamal Əliyev kövrəlib, özünü öz "xüsusi ittiham"ının qarşısında aciz aparıb. İddialarını heç cür əsasıandıra bilməyib.

Xatırladaq ki, demokratik.az saytının 16 noyabr 2021-ci il tarixli sayında Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum "Tərtər işi"nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da "hüquq şöbəsinin müdiri" təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.

Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə vermişdi. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə "Xüsusi ittiham"ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə etmişdi. Bu müddət ərzində Ramiz Mehdiyev AMEA-nın adında süni təyziq elementi kimi "xüsusi ittiham"ı jurnalistin evinə belə göndərərək özünü biabır etmişdi...

Bütöv.az
27-12-2021, 11:13
XİN illik hesabatını təqdim edir - CANLI YAYIM

Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilir.

Bütöv.az-ın məlumatına görə, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov hesabatla çıxış edir.

Həmin mətbuat konfransının görüntülərini təqdim edirik:

27-12-2021, 10:49
Əjdər Olun məhkəməsinin vaxtı açıqlandı

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhəkəmə iclasının vaxtı məlum olub.

Modern.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.
Cinayet işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanın təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsüylə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Bütöv.az
24-12-2021, 15:45
İlham Əliyev MDB liderlərinin qeyri-formal görüşündə iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Bütöv.az
24-12-2021, 15:31
"Buna görə Hacıbaba Hüseynovdan halallıq istədim" - Alim Qasımov - VİDEO

Xalq artisti Alim Qasımov "Fatehin divanı" proqramında qonaq olub.

Xanəndə mərhum Xalq artisti Hacıbaba Hüseynovla bağlı xatirəsini bölüşüb. O bildirib ki, bir vaxtlar xanəndənin gizli səsyazılarını yazıb:

"Əsəbdən olan bir iş idi. Tələbə idim, kiçiklik edirdim. Köhnə "Moskvich" avtomobil var idi. Dərsdən sonra Hacıbaba Hüseynovu otuzdurub maşına aparırdım evə. Onun dərsi bir tamaşa idi. Məndə öyrənmək qabiliyyəti çətindir. Bir mahnını öyrənəndə evdə nəvələrim, hamı öyrənir, mən qalıram. Dedim ki, səsinizi yazım, əvvəl razılaşdı. Sonra qayıtdı ki, səs yazmaq lazım deyil, öyrədirəm səni. Bütün günü yemək yeməmişdim, əsəbləşdim, bir parçadır da, imkan ver yazım öyrənim. Evdə qırmızı ip, gül və balaca mikrofon var idi. Mikrofonu sökdüm, gülün içinə saldım, iplə toxudum, qoydum baqaja. Maqnitafonda böyük. Bir-iki şunur çəkdim maşının içinə. Maşına oturanda başladım sual verməyə. O da cavablandırır, mən də sağa-sola baxıram. Hiss etdi ki, qulaq asmıram. Qayıtdı ki, birdən səsimi yazarsan. Pis hala düşdüm, dedim, nə yazmaq? 70 yaşında ondan buna görə halallıq istədim".



Bütöv.az
24-12-2021, 12:58
“Azərenerji”dən Prezidentə təbrik VİDEOÇARXI

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezidentin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib.

Prezident İlham Əliyevin iştirakıyla azad edilmiş ərazilərdə istismara verilən enerji obyektləriylə bağlı “Azərenerji” tərəfindən videoçarx hazırlanıb.

Qeyd edək ki, bu günədək Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezidentin iştirakı ilə istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının Prezidentin iştirakı ilə açılışı olub.

Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib. Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir.



Bütöv.az
24-12-2021, 12:18
Müxalifət partiyalarının liderləri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, Ağ Partiyasının sədri Tural Abbaslı, Birlik Partiyasının sədri Xudadat Xudiyev dövlət başçısına təbrik məktubu ünvanlayıblar.

Partiya liderləri Prezident İlham Əliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Bütöv.az
24-12-2021, 12:15
İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməlidir - TƏKLİF

Milli Məclisin iclasında deputat Elşad Mirbəşir Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Bütöv.az xəbər verir ki, deputat İlham Əliyevin regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətindəki addımlarını sadalayıb.

O təklif edib ki, İlham Əliyev Nobel sülh mükafatına namizəd kimi irəli sürülməlidir.

“Biz bu prosedurları həll edib cənab Prezidentin namizədliyini Nobel sülh mükafatına təqdim etməliyik”, - deyə o əlavə edib.
24-12-2021, 12:06
Vladimir Putin İlham Əliyevi yubileyi münasibəti təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.

“Hörmətli İlham Heydər oğlu, 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz hətta ən mürəkkəb vəziyyətlərdə belə balanslı, uzaqgörən qərarlar qəbul etməyə qadir olan müdrik və təcrübəli dövlət xadimi kimi həmvətənləriniz arasında və beynəlxalq arenada layiqli nüfuza sahibsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlara imza atmışdır.

Sizinlə yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv, hərtərəfli dialoqu və Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, eləcə də regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə sıx birgə işi davam etdirməkdən şad olaram.

Sizə səmimi qəlbdən cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Fürsətdən istifadə edib ailənizə ürəkdən salamlarımı çatdırmaq istərdim.

Hörmətlə, Vladimir Putin”, - məktubda qeyd edilir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!