İlham Əliyev həmkarına təşəkkür etdi .....                        Gürcüstan müdafiə naziri Zakir Həsənova zəng etdi .....                        İran vətəndaşları Azərbaycan üzərindən qayıda bilməyəcəklər .....                        Paşinyan təcili iclas keçirdi: regiondakı vəziyyət müzakirə olundu .....                        İsrail Azərbaycanla həmrəydir - Nazir Bakıya zəng etdi .....                        Almaniya da Azərbaycana hücumu qınadı .....                        Suriya İranın Azərbaycan və Türkiyəyə hücumunu pisləyib .....                        Azərbaycan–İran sərhədində yük daşımaları dayandırıldı - Nazirlər Kabineti .....                        Əraqçi Ceyhun Bayramova ZƏNG ETDİ .....                       
8-08-2025, 12:54
İranda qatar relsdən çıxdı - 30 nəfər yaralandı


İranda qatar relsdən çıxdı - 30 nəfər yaralandı

İranda Tehran-Kerman reysi üzrə hərəkət edən qatar relsdən çıxaraq aşıb.
hadisə nəticəsində 30 nəfər xəsarət alıb, ölən yoxdur.
Məlumata görə, qatarda 450 sərnişin olub.
Hadisənin səbəbləri araşdırılır.
8-08-2025, 12:32
Temperatur 5 dərəcə enəcək - Sabahın havası


Temperatur 5 dərəcə enəcək - Sabahın havası

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
8-08-2025, 12:23
Türkiyə İsrailin Qəzza ilə bağlı planını pislədi


Türkiyə İsrailin Qəzza ilə bağlı planını pislədi

Türkiyə İsrailin Qəzzanı ələ keçirmək planını qınayıb.
Bu barədə Türkiyə XİN bəyanat yayıb.
Rəsmi Ankara İsrailin bu qərarının beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurduğunu, regionda qeyri-sabitliyi artırdığını və humanitar böhranı dərinləşdirdiyini bəyan edib.
Türkiyə XİN Qəzzada atəşkəs elan olunmasına və iki dövlətli həll yolu istiqamətində müzakirələrə başlanılmasına çağırıb.
8-08-2025, 12:19
Metroda doğulan uşaq süni nəfəs aparatına qoşuldu - TƏBİB


Metroda doğulan uşaq süni nəfəs aparatına qoşuldu - TƏBİB

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Qeyd olunub ki, tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
"Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.
Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.
Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb".
Qurumdan o da qeyd oluub ki, dərhal hadisə yerinə briqada cəlb olunub:
"Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb.
Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub".
8-08-2025, 12:18
“Hər şey yaxşı olacaq” - Hökumənin DOĞUM GÜNÜDÜR


“Hər şey yaxşı olacaq” - Hökumənin DOĞUM GÜNÜDÜR

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.
1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonra isə stüardessa kimi işləməyə başlayıb.
Hökümə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığına görə həlak olub.
O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.
8-08-2025, 12:10
Həmin uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək


Həmin uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək

Bu gün Bakı Metropoliteni stansiyalarında bir ilk yaşanıb.
Bunu Bakı Metropoliteni Qapalı Səhndar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Anar Zamanov mediaya açıqlamasında deyib.
O qeyd edib ki, stansiya əməkdaşlarının operativ müdaxiləsi sayəsində təcili yardım çağırılıb, doğuş uğurla başa çatdırılıb: "Bakı Metropolitenin kollektivi təkcə texniki təhlükəsizliyə deyil, sərnişinlərin təhlükəsizliyinə də diqqətlə yanaşır. Metropolitendə doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edə biləcək".
Anar Zamanov bildirib ki, ailəyə kiçik hədiyyələr də təqdim olunacaq.
Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
8-08-2025, 12:02
92 bal toplamışam, vakant yer tapa bilmirəm - MİQ-dən narazılıq


92 bal toplamışam, vakant yer tapa bilmirəm - MİQ-dən narazılıq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsində iştirak edən bəzi namizədlər vakant yerlərin azlığından şikayətçidirlər.
Bir qrup müəllim Baku TV-yə müraciət edərək işsiz qalacaqlarından narahat olduqlarını bildiriblər.
“Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, savad var, biz nə etməliyik?”,- deyə Eyzangül Şahbazova adlı müəllim söyləyib.
92 bal topladığını deyən Şaiqə Məmmədova isə bildirib ki, yaşadığı rayonda vakant yer yoxdur: “Mən Ağcabədi rayonundan bura gəlmişəm. 92 bal toplamışam. 5-6 saat dərslərə razıyıq. Rayonumda bir dənə də olsun vakant yer tapa bilmirəm”.
Narazı olanlardan biri də vətəndaş Bahar Ağayevadır: “90 bal toplamışam. Bakı şəhəri üzrə texnologiya fənnindən 14 vakant yer var. Yer tutmaq şansım 1 faizə bərabərdir”.
Müəllimlər vurğulayıblar ki, bir gün ərzində 1000 nəfərdən artıq şəxs toplaşıb ərizə yazaraq şikayətlərini bildiriblər. Onların sözlərinə görə, Gəncə, Yevlax, Goranboy rayonları ümumiyyətlə vakant yer çıxarmayıb. Lakin daha öncədən həmin bölgələrdə olan təhsil ocaqları ilə maraqlandıqlarını və boş yerlərin olduğunu deyirlər. Hətta bu barədə Təhsil Nazirliyinə məlumat verildiyini də iddia edirlər.
Müəllimlərin narazılıqları ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb: “Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır”.
8-08-2025, 11:40
Qəzza tam ələ keçiriləcək! - Netanyahu TƏSDİQLƏDİ


Qəzza tam ələ keçiriləcək! - Netanyahu TƏSDİQLƏDİ

İsrail hökumətinin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlmiş planını təsdiqləyib.
Bu barədə məlumatı İsrail hökuməti yayıb.
Rəsmi məlumata görə, İsrail Müdafiə Qüvvələri yaxın vaxtlarda Qəzza zolağında təhlükəsizlik nəzarəti qurmağa hazırlaşır.
Baş nazirin ofisindən yayılan açıqlamada qeyd olunur ki, hərbi əməliyyatlar zamanı mülki şəxslərin müdafiəsi üçün döyüş bölgəsindən kənarda humanitar yardım göstəriləcək.
Netanyahunun təqdim etdiyi münaqişənin mərhələli həlli planı aşağıdakı bəndləri əhatə edir:

- HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması;

- Girovların və həlak olanların cəsədlərinin qaytarılması;

- Qəzzanın demilitarizasiyası;

- İsrailin bölgədə uzunmüddətli təhlükəsizlik nəzarətinin qurulması;

- HƏMAS və ya Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan alternativ mülki rəhbərliyin formalaşdırılması.

Bununla belə, "The Washington Post"un mənbələrinə əsasən, İsrail ordusunun rəhbərliyi, xüsusilə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzanın tam ələ keçirilməsinə qarşı çıxıb. O, sadəcə HƏMAS-a zərbələr endirilməsini və bölgənin mühasirəyə alınaraq təzyiq göstərilməsini daha uyğun addım kimi qiymətləndirib.
Lakin Netanyahu 7 avqustda verdiyi bəyanatda israr edib ki, ərazinin hərbi nəzarətə götürülməsi İsrailin təhlükəsizliyi üçün zəruridir. O, bu addımın HƏMAS-ı tamamilə sıxışdırmaq və bölgəni sonradan mülki idarəyə təhvil vermək üçün vacib olduğunu bildirib.
İsrailin bu addımı beynəlxalq arenada müxtəlif reaksiyalar doğurub. Planın tətbiqi, xüsusilə “alternativ mülki rəhbərlik” məsələsi, gələcəkdə Qəzzanın siyasi gələcəyinə dair mühüm suallar doğurur. Gözlənilir ki, bu istiqamətdə həm regional, həm də beynəlxalq güclər arasında ciddi diplomatik mübarizə baş verəcək.
7-08-2025, 21:25
Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK...


Tramp İlham Əliyev və Paşinyanla görüşdə nə ELAN EDƏCƏK...


ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını elan etməyə hazırlaşır.
Bu barədə "CBS News"a danışan mənbələr məlumat verib.
Tarixi sazişin imzalanmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək. Görüşlər Oval Kabinetdə və Dövlət Qonaqlıq Zalında keçiriləcək.
Bu saziş iki ölkə lideri arasında birbaşa imzalanacaq ilk razılaşma olacaq.
Nəşr qeyd edir ki, ABŞ rəsmiləri regionda enerji hasilatı və nəqli baxımından strateji önəmi olan iki ölkə ilə əlaqələri dərinləşdirmək niyyətindədir.
Mənbələrin bildirdiyinə görə, Ermənistan saziş çərçivəsində ABŞ-a 43 kilometrlik tranzit dəhlizində inkişaf və nəzarət hüququ verməyə hazırlaşır. Bu dəhlizə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adı veriləcək. Vaşinqton bu saziş üzərində aylarla çalışıb.
Məlumata görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff bu ilin martında Bakıya səfər edib. Həmçinin, “İbraham Sazişləri Sülh İnstitutu”nun keçmiş rəhbəri Aryeh Laytston da danışıqlarda aktiv iştirak edib. Tramp administrasiyası hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunmadan Azərbaycanın “İbraham Sazişləri”nə qoşulması mümkün deyil.
Mənbələrin sözlərinə görə, Tramp bu təşəbbüslərlə bağlı Nobel Sülh Mükafatı almaqda maraqlıdır. Onun mətbuat katibi Karoline Leavitt bildirib ki, “bu mükafat Trampa çoxdan verilməli idi”. Tramp son açıqlamalarında “Hindistan-Pakistan, Kamboca-Tailand, Konqo-Ruanda kimi münaqişələri dayandırdıqlarını” iddia edib.
7-08-2025, 20:04
Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi


Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi

Ukraynanın cənubunda Rusiya PUA-larının hücumuna məruz qalmış "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.
Bu barədə Ukrayna qaz nəqliyyat şirkəti məlumat verib.
"Təchizat əvvəlki kimi həyata keçirilir. Bu gün ərzində Rumıniya sərhədinə yaxın yerləşən Orlovka vasitəsilə 0.42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operator nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasına zərbə endirmişdi. Orlovka, Yunanıstan maye qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir.
Ötən ay Ukrayna ilk dəfə Trans-Balkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirib və Azərbaycandan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!