Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
7-05-2025, 19:48
İlham Əliyev Moskvaya getməyəcək


İlham Əliyev Moskvaya getməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunub ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevlə bağlı ölkədaxili tədbirlər səbəbindən Qələbə Paradında iştirak etməyəcək.
7-05-2025, 19:09
Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü


Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşü olub.
7-05-2025, 18:30
Bakıda mühüm sənəd imzalandı


Bakıda mühüm sənəd imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayuın 7-də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ı qəbul ediblər.
7-05-2025, 18:20
İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər


İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata birgə bəyanatla çıxış edirlər.
7-05-2025, 18:13
Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü


Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü

Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.
Hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mayın 7-də saat 15 radələrində A.Əlilinin idarə etdiyi "VAZ" markalı avtomobillə Cəlilabad rayonunun Təklə kəndində hərəkətdə olarkən piyada 2015-ci il təvəllüdlü A.Ağazadəni vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
7-05-2025, 18:01
İran xarici işlər naziri Hindistana getdi


İran xarici işlər naziri Hindistana getdi

İran xarici işlər naziri Abbas Araqçi Hindistana səfər edib.
Bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, Araqçi Hindistanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək, ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.
7-05-2025, 18:01
Hacıqabulda bu əraziləri su basıb, 2 nəfər təxliyə edilib - VİDEO


Hacıqabulda bu əraziləri su basıb, 2 nəfər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.


7-05-2025, 17:57
Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi - VİDEO


Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi - VİDEO

“Pakistan – Hindistan gərginliyində Türkiyənin mövqeyi əsas götürülüdü. Türkiyə hətta öz gəmilərini həmin əraziyə yaxın aparmışdı. Dünyada da Türkiyənin mövqeyi qəbul edildi. Bundan sonra Hindistan geri çəkildi.”
Bu fikirləri ARB24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Hindistan beynəlxalq təzyiqlər qarşısında geri addım atmağa məcbur oldu.
“Burada əsas faktor Çin və Türkiyənin təzyiqləri idi. Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:


7-05-2025, 17:51
Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO


Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


7-05-2025, 17:44
Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO


Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!