Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
3-05-2025, 13:00
Hərbçimiz vəfat edib - FOTO


Hərbçimiz vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
Müdafiə Nazirliyinin təsdiqlədiyi məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərid Elşən oğlu Nağıyev dünyasını dəyişib.
Onun ağır gedişli meningoensefalit xəstəliyi səsəbindən vəfat etdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!


3-05-2025, 12:54
İstanbulda yenə zəlzələ...


İstanbulda yenə zəlzələ...

Türkiyənin İstanbul şəhərində zəlzələ olub.
Türkiyə KİV-nin məlumatına görə, zəlzələ 4 bal gücündə olub və şəhərdə sakinlər tərəfindən hiss edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
3-05-2025, 12:43
Sabah leysan yağacaq


Sabah leysan yağacaq

Mayın 4-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Axşam yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.
3-05-2025, 12:36
83 il əvvəl başlayan tarix - Türkçülük Günü


83 il əvvəl başlayan tarix - Türkçülük Günü

3 may türk milliyyətçiliyi və ümumilikdə Türk dünyası üçün əlamətdar bir gündür – Türkçülük Günür.
Bu günün tarixçəsi 83 il əvvələ gedib çıxır.
Dünyadakı türklərin hər il qeyd etdiyi 3 May Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb.
Həmin dövrdə Türkiyənin baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az deyildi. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi.
Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi aydınları narahat etməyə başlamışdı. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər aydınlar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” dərgilərində kommunizmin iç üzünü açan yazılar dərc edirdilər.
Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk iqrinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sürətlə çoxalırdılar. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna Açıq Məktub yazır. Məqalə “Orhun” dərgisinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir.
Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşfiqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir.
1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-nədək təxirə salınır.
Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu olay Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.
Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.
llər sonra Atsız həmin günlər haqqında yazırdı:
“3 May türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi.
3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməyəcəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı anaq və ucaldaq”.
1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür.
Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.
Türkçülük Gününü ilk dəfə 3 May məhkumları cəza evində keçirib. 1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türklük Günü kimi qeyd olunmağa başlayıb.
Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 May daha geniş qeyd olunur.
Türklük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi lider Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında Əbülfəz Elçibəylə bərabər çıxış etmiş, bərabər olaraq türkçilərin özəl işarəti hesab olunan Bozqurd işarəti ilə toplananları salamlamışdılar.
3-05-2025, 12:22
Xankəndidə 1300 abonentə təbii qaz verilib


Xankəndidə 1300 abonentə təbii qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin təbii qaza olan təlabatını ödəmək üçün yenidənqurma və bərpa işləri aparılır.İnfrastrukturun yenidən qurulması istiqamətində lazımi işlər həyata keçirilir. Artıq Xankəndi şəhərində 1300 abonent təbii qazla təmin edilib. 15 sənaye obyektinə təbii qaz verilib. Böyük qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində qaz xətlərinin çəkilişləri davam edir.
Qeyd edək ki, Xankəndi şəhərində yaşayan əhali fasiləsiz olaraq içməli su, təbii qaz və elektrik enerjisi ilə təmin olunub.







3-05-2025, 12:18
Məzahir Pənahovun oğlundan daha bir şikayət: Universitet müəllimini də döyüb


Məzahir Pənahovun oğlundan daha bir şikayət: Universitet müəllimini də döyüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına zorakılıq etməkdə ittiham olunur.
Ölkə mətbuatı dünən Məhəmməd Pənahovla bağlı qalmaqalı geniş şəkildə işıqlandırandan sonra daha bir fakt üzə çıxıb.
Belə ki, yayılan məlumata görə, Məhəmməd Pənahovun adı əvvəllər də bir neçə qalmaqalda, o cümlədən adam döymə cinayətində hallanıb.
M.Pənahov 2010-cu ildə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən binada Azərbaycan Tibb Universitetinin “Məhkəmə təbabəti”nin baş müəllimi, Əməkdar müəllim Oleq Mirzəyevə qarşı zorakılıq edib. O.Mirzəyevlə eyni binada yaşayan Məhəmməd Pənahov həyətdə söyüş söydüyünə görə baş müəllimin qınağına tuş gəlib. Ancaq M.Pənahov üzr istəmək əvəzinə onun boğazından tutaraq xəsarət yetirib. O.Mirzəyev aidiyyatı üzrə 22-ci bölməyə müraciət edib.
Məhəmməd Pənahovun 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurduğu və nikahının arvadının tələbi ilə Binəqədi Rayon Məhkəməsində pozulduğu da məlumdur.
Qeyd edək ki, Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahova ilə birlikdə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərinə köçüb. Orada spirtli içki aludəçisinə çevrilən Pənahov həyat yoldaşını mütəmadi şəkildə fiziki zorakılığa məruz qoyub və bunun nəticəsində H.Pənahova bətnindəki övladını itirib. Ərinin zorakılığından təngə gələn xanım Bakıya qaçmağa məcbur olub.
3-05-2025, 11:39
Prezidentin səhhəti pisləşdi


Prezidentin səhhəti pisləşdi

Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri
zamanı səhhəti qəfil pisləşib.
Bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.
Prezident Aleksandar Vucic xəstəliyi səbəbindən ABŞ-a səfərini yarımçıq dayandırıb.
Həkimlərin müayinəsindən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib.
Cümə axşamı Serbiya prezidenti Floridada Nyu-Yorkun keçmiş meri Rudolf Culiani ilə görüşüb.
3-05-2025, 11:32
İlham Əliyev Andjey Dudaya məktub yazdı


İlham Əliyev Andjey Dudaya məktub yazdı

Prezident İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
3-05-2025, 11:00
İdman müəllimləri də sertifikasiyadan keçəcəklər


İdman müəllimləri də sertifikasiyadan keçəcəklər

Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. İddialara görə, yaxın zamanlarda idman klublarında fəaliyyət göstərən müəllimlərin də attestasiyası prosesinə başlanması gözlənilir.
Milli Məclisin deputatı Asif Əsgərovun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin İdman təhsili sektoru tez-tez rayonlarda və paytaxtda müvafiq yoxlamalar aparır:
“Bu yoxlamalar KİV-lərdə yayımlanmasa da, birbaşa nəzarət aparılır. Ona görə də, paytaxt və rayonlarda bir çox məktəblərin bağlanması, qrupların ləğv olunması tələb olunan meyarlara uyğun gəlməməsi ilə bağlıdır. Amma yəqin ki, Gənclər və İdman Nazirliyi də bununla bağlı öz işlərini görür, əgər bu yoxlamalar sertifikasiya və attestasiya şəklində olacaqsa, yəqin ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək”.
Deputat bildirib ki, bütün idman məktəblərinin yoxlanılması Gənclər və İdman Nazirliyinin funksiyasına aiddir:
“Hətta əvvəllər digər nazirliklərin nəzdində olan idman məktəblərində belə yoxlamalar aparılırdı. İdman sahəsinə cavabdeh olan Gənclər və İdman Nazirliyidir. İndi də belə araşdırmalar gedir, yuxarıda qeyd etdiyim sektorun əməkdaşları məktəblərdə yoxlamalar aparırlar. Məşq keçən idmançıların hamısı İdman Akademiyasını bitirirlər. Onların diplomları ilə yanaşı, işləmək üçün hüquqi səlahiyyəti olmalıdır”.
“Bu gün Cüdo Federasiyası öz məşqçilərinin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən yoxlamalar keçirir. Onlar federasiyanın razılığına əsasən faəliyyətlərini davam etdirirlər. Eyni zamanda federasiyanın nəzdində də Cüdo Akademiyası faəliyyət göstərir. Həmin məşqçilər tez-tez attestasiyalara dəvət olunur, yeni çıxan qaydaların tətbiq olunması üçün birbaşa işlər aparılır, onlara tövsiyələr verilir. Bu əlbəttə ki, lazımdır. Ola bilər ki, müəllim İdman Akademiyasını bitirsin, amma biliklər müəyyən müddət sonra onun yadından çıxsın, yenilikləri özündə ehtiva etməsin. Ona görə də belə sertifikasiya və attestasiyaların keçirilməsi lazımdır”, - deputat qeyd edib.
3-05-2025, 09:59
DAŞLARDAN BAXAN GÖZLƏR


Polad POLADOV


DAŞLARDAN BAXAN GÖZLƏR

1988-ci ilin Qərbi Azərbaycan üzərindən əsdirdiyi köç küləyi Kirs kəndi üzərindən də əsdi. Kənddə yaşayan azərbaycanlı əhali ermənilər tərəfindən zorla çıxarılmağa məruz qaldı. Kənddən maşın yola çıxmaq üzrədir. Balaca qızı axtarırlar tapa bilmirlər. Hər tərəf axtarılır, qız tapılmır ki tapılmır. Kənd camaatı narahatçılıqla balaca qızı axtarır. Mümkün olan hər yerə baxırlar. Hamı pərişandı. Axı bu qız hara gedə bilər.
Ata birdən elə bil ki yuxudan ayıldı. Tez çay aşağı gedən maşın yolu ilə qaçmağa başladı. Bu yol o yoldur ki düz məzarlığın yanından keçir. Qəbiritsanlığa çatanda ata hisslərində yanılmadığını gördü. Bəli qız burda idi.
Qız evdə yüklərin maşına yığıldığını görüb bildi ki bir daha bu kəndə, bu evə qayıtmayacaqlar. Ona görə də xəlvət yolla məzarlığa gəlmişdi. Hansı ki bu məzarlıqda anası onu qucağına almaq, bağrına basmaq istəyirdi. Körpəlikdən ana nəvazişi görməyən balanı ana əzizləmək istəyirdi.
Ata məzarlığa yaxınlaşanda balasının anasının sinə daşını qucaqlayıb yatmış gördü. Gözləri məzar daşından baxan rəsmə zilləndi. Sanki şəkil dil açıb deyirdi: - Səs eləmə uşaq yatıb...
Kənddə artıq qızın harada olduğunu başa düşmüşdülər. Maşın kənddən çıxıb körpünü keçıb məzarlığa çatanda qardaşının maşından “ANA” deyib səslənməsi balaca qızı yuxudan oyatdı. Anasının məzarı yanında oturub onun yuxudan oyanmasını gözləyən atasını görüncə hönkür – hönkür ağlamağa başladı...
Artıq bütün ailə üzvləri məzar başında son vida edirdilər. Uşaqlar maşına tərəf gedir, ata isə məzardan ayrıla bilmir. Bir anlığa elə bil ki, səs eşidir: -Get uşaqları sənə tapşırıram.
Maşın məzarlığın yanından ayrılır. Maşından gözlər məzar daşına dikilib uzaqlaşır. Daşdan baxan gözlər ta bağın altını maşın keçənə kimi arxasınca baxır, baxır...
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!