Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                        Türkitə Kiprə F-16-lar göndərir - KİV .....                        TDT Baş katibi ilə Azərbaycana dron hücumu müzakirə edilib .....                        Qətər İran diplomatlarını ölkədən çıxarır .....                        Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                       
22-07-2025, 18:25
“AzParking”lə bağlı yenilik


“AzParking”lə bağlı yenilik

Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.
Yenilik hazırda bütün mobil operatorlarının abunəçiləri üçün aktivdir. Mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsi ilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.
Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil.
22-07-2025, 17:53
Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək


Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək

Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyələşmə təmin olunub.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
O bildirib ki, strateji əhəmiyyətə malik bu layihə Türkiyənin şərqini Asiya ilə birləşdirəcək, həmçinin regionun nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
“Xəzinə və Maliyyə Nazirliyimizin apardığı uğurlu danışıqlar nəticəsində bu vacib layihə üçün 2,4 milyard avroluq xarici maliyyələşmə təmin olunub. Bu, eyni zamanda Türkiyənin həyata keçirdiyi iqtisadi proqramlara beynəlxalq səviyyədə olan etimadın göstəricisidir”, - deyə Uraloğlu vurğulayıb.
Nazir əlavə edib ki, layihə Türkiyənin logistika gücünü artıracaq, ölkəni beynəlxalq rəqabətdə daha da irəli çıxaracaq və qlobal nəqliyyat dəhlizlərində mühüm rol oynayacaq.
Xatırladaq ki, bu dəmir yolu layihəsi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsini təmin etməklə, həm də Zəngəzur dəhlizi və regionun digər nəqliyyat təşəbbüsləri ilə strateji şəkildə uzlaşır.
22-07-2025, 17:42
Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO


Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Ankara şəhərində səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edərək, onun məzarı önünə əklil qoyublar. Kamran Əliyev Anıtqəbirin Şərəf kitabına ürək sözlərini yazıb.
Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda keçirilmiş görüşdə Muhsin Şentürk ölkələrimizin hüquq-mühafizə orqanları arasında mövcud yüksəksəviyyəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamlarında öz əksini tapdığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ilə həyata keçirilən strateji layihələrin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edib.
Görüş zamanı hüquqi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorları Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və digər çoxtərəfli platformalar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Həmçinin hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi və yeni imkanların nəzərdən keçirilməsi müzakirə olunub.
Həmin gün nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz ilə də görüşüb. Görüşdə ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib. Tərəflər hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd edərək gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.
İyulun 22-də nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirib. Görüşdə hüquqi yardım, ekstradisiya, təlim səfərləri və Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində əməkdaşlıq, eyni zamanda Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Səfər çərçivəsində, həmçinin, Türkiyə Baş Ombudsmanı Mehmet Akarca ilə də görüş keçirilib. Görüş zamanı insan hüquq və azadlıqlarının təmin olunması, hüquqi maarifləndirmə sahəsində birgə təşəbbüslər və institusional əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, qurumlar arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı razılıq ifadə ediblər.
Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.
Səfər çərçivəsində, həmçinin baş prokuror Kamran Əliyev ölkəmizin Türkiyədəki səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşüb, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.
Nümayəndə heyətinin səfəri davam edir.


22-07-2025, 17:37
Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA


Peskovdan Azərbaycan-Rusiya əlaqələri barədə daha bir AÇIQLAMA

Ukraynadakı münaqişə ilə bağlı fikir ayrılıqları Rusiya ilə Azərbaycan arasında münasibətlərin pozulmasına səbəb olmamalıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
O, bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacağına ümid etdiyini bildirib: “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edirdi. Biz əvvəldən onunla razılaşmırdıq.
Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə soyuqluq yaratmayacaq. Mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.
22-07-2025, 17:22
Sumqayıtda oğul atasını döyərək öldürdü


Sumqayıtda oğul atasını döyərək öldürdü

Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.
Hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.
İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.
Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
22-07-2025, 17:17
“Neftçi” heç-heçə etdi


“Neftçi” heç-heçə etdi

Yeni mövsüm üçün hazırlıqlarını Polşada davam etdirən "Neftçi" növbəti yoxlama oyununa çıxıb.
Bakı təmsilçisi yerli "Termalika" komandası ilə üz- üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi" növbəti yoxlama matçlarını Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) kollektivlərinə qarşı keçirəcək.
22-07-2025, 16:05
Daxili işlər naziri adından saxta şərh yayıldı


Daxili işlər naziri adından saxta şərh yayıldı

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Bildirilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada deyilir.
21-07-2025, 18:30
Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib


Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.
20-07-2025, 22:45
Budapeştdə daha iki medal - FOTO


Budapeştdə daha iki medal - FOTO

Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin son günündə daha iki medal qazanıblar.
Bu barədə federasiyadan məlumat verilib.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə millimizin bir neçə üzvü mübarizə aparıb.

60 kq

Nihat Məmmədli koreyalı Seunqhak Kimə (9:0), özbəkistanlı Mehrac Bəhramova (4:0) və serbiyalı Georgi Tibilova (3:2) qalib gələrək finala yüksəlib. Nihat həlledici görüşdə hindistanlı Sumit Sumit üzərində inamlı qələbə (5:1) qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu çəkidəki digər təmsilçimiz İlkin Qurbanov 1/8 finalda qazaxıstanlı Qalim Kabdunassarova müqavimət göstərə bilməyib – 1:9.

63 kq

Ziya Babaşov təsnifat mərhələsində özbəkistanlı Asiya çempionu və dünya üçüncü İslamcan Bəhramova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

67 kq

Fərid Xəlilov koreyalı Byeonqqi Seonu (6:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı dünya və Avropa çempionu Leri Abuladzeyə ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

77 kq

Sənan Süleymanov serbiyalı Aleksa İliçə (4:0) və moldovalı Aleksandrin Qutuya (8:0), özünü ilk dəfə bu çəkidə sınayan Ülvü Qənizadə isə xorvatiyalı Antonio Kamenyaseviçlə (1:1) koreyalı Hyeonjin Kanqa (3:3) qalib gələrək 1/4 finala yüksəliblər. Milli üzvləri bu mərhələdə qarşılaşmalı olsalar da, Ülvü xalçaya çıxmayıb və Sənan yarımfinala vəsiqə qazanıb. Süleymanov finalın bir addımlığında rusiyalı Sergey Kutuzova (6:8), bürünc medal görüşündə isə macarıstanlı Levente Levaya (2:3) məğlub olub.

82 kq

Qurban Qurbanov zədələndiyi üçün təsnifat mərhələsində moldovalı Mixail Bradu ilə görüşə çıxmadı və yarışdan çəkildi.

97 kq

Murad Əhmədiyev türkiyəli Abdulkadir Çebiyə (3:1), serbiyalı Uros Krstinə (9:0) və gürcüstanlı Giorgi Katsanaşviliyə (8:0) qalib gələrək yarımfinala adlayıb. Murad yarımfinalda gürcüstanlı Giorgi Meliaya 1:5 hesabıyla uduzub. Ancaq bürünc medal uğrunda mübarizədə rusiyalı İliya Yermolenkodan güclü olub – 8:4.
Onun çəki yoldaşı Arif Niftullayev hindistanlı Niteş Niteşə (9:0) və qazaxıstanlı Yussuf Matsiyevə (2:2) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Giorgi Meliaya (tuş), təsəlliverici görüşdə isə rusiyalı İliya Yermolenkoya (3:3) məğlub olub.
Beləliklə, son yarış günündə “klassiklərimiz” 1 qızıl və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə milli ilin son reytinq yarışını 4 medalla başa vurub. Xatırladaq ki, ötən gün Ruslan Nurullayev (72 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.


20-07-2025, 22:30
Ərdoğandan Kiprlə bağlı çağırış


Ərdoğandan Kiprlə bağlı çağırış

Dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşadakı ŞKTC Prezident Kompleksində bildirib.
Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
“Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafı məsələsində Lefkoşanı dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, - deyə Türkiyə lideri əmin edib və qeyd edib ki, Ankaranın dəstəyi sayəsində ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib.
Türkiyə Prezidenti Kiprdə fikir ayrılıqlarının “iki dövlət” prinsipi əsasında həlli ilə bağlı ŞKTC lideri Ersin Tatarın mövqeyi ilə tam həmrəy olduğunu vurğulayıb.
“Kipr türklərinin on illər ərzində üzləşdiyi haqsızlığa son qoyulmalıdır. Türkiyə Lefkoşa yolunda maneələr yaratmağa çalışan qüvvələrin hiylələrinə cavab olaraq Kipr türkləri önündə yeni qapılar açmağa davam edir”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!