2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
17-04-2025, 16:01
43 nəfər 300 bal topladı: Keçid balları qalxacaq, enəcək?


43 nəfər 300 bal topladı: Keçid balları qalxacaq, enəcək?

11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 2 mart tarixli buraxılış imtahanlarının da nəticələrilə birlikdə bu il ümumilikdə 43 nəfər maksimum bal toplayıb. Bu isə keçən ilə nisbətən zəif nəticədir - 10 nəfər azdır.
Buraxılış imtahanında toplanılan balların ixtisas seçiminə təsiri haqqında təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəticələr gözləntiləri doğrultdu, sadəcə maksimal nəticə göstərənlər ötən illə müqayisədə bir qədər azdır:
“200 və daha çox bal toplayanlar isə keçən illə nisbətən daha yüksəkdir. Bu da onu deməyə əsas verir ki, ixtisaslar üzrə formalaşacaq keçid ballarına V qrup və 11 illik bazada kolleclər istiqamətində artım müşahidə olunacaq. Çünki hər iki istiqamət üzrə qəbul məhz buraxılış imtahanında aparılır”.
Ekspertin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün qəbul etdiyi qərar da keçid ballarına təsir edəcək:
“DİM bu gün elan edib ki, bu il I ixtisas qrupunda həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər I cəhddə bir, II cəhddə isə digər altqrupu seçə bilərlər. Yəni bir imtahanda iki altqrupu eyni anda seçə bilməzlər. Bu da onu deməyə əsas verir ki, I qrupda riyaziyyat-informatika altqrupu istiqamətində ixtisasların formalaşacaq keçid ballarında müəyyən qədər enmə müşahidə oluna bilər”.
“Bundan başqa biz 6 aprel tarixli imtahanın nəticələrin də gözləyirik. Burada da əvvəlki ilin məzunları, cari ildə buraxılış imtahanında üzrlü və üzrsüz səbəblərdən iştirak edə bilməyən abituriyentlərin nəticələri bilinəcək. Ondan sonra maksimal nəticə göstərən şagirdlərin daha dəqiq sayını biləcəyik",- deyə sonda E. Əfəndi qeyd edib.
Təhsil eksperti Elmin Nuri isə qeyd edib ki, ümumi nəticələr onu deməyə əsas verir ki, builki nəticələr keçən ilki nəticələrlə oxşarlıq təşkil edir. Bu da blok imtahanları və ixtisas seçimində daha sərt rəqabətin müşahidə olunacağı deməkdir.
17-04-2025, 15:40
Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsində - FOTO


Sloveniya XİN rəhbəri Mehdi Hüseynzadənin abidəsində - FOTO

Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.
Tanya Fayon əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.





17-04-2025, 15:21
Ceyhun Bayramov Sloveniya şirkətlərini Qarabağın bərpa işlərində iştiraka dəvət etdi


Ceyhun Bayramov Sloveniya şirkətlərini Qarabağın bərpa işlərində iştiraka dəvət etdi

Sloveniya şirkətlərini Qarabağa və Şərqi Zəngəzura dəvət edirik, şirkətlər regionda aparılan bərpa işlərində iştirak edə bilərlər.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Sloveniya biznes- forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu və güclü dövlət dəstəyi ilə beynəlxalq biznes üçün cəlbedici mühit yaradır.
“Azərbaycanla Sloveniya arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mövzusunda danışarkən, turizm sektorunun potensialını nəzərdən qaçırmaq olmaz. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır. Bundan əlavə, ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin əməkdaşlığın yalnız paytaxt şəhərlərlə məhdudlaşmaması, regionlararası biznes əlaqələrinin inkişafı əməkdaşlığımızın şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi baxımından faydalı olacaq. Son 20 ildə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi mühüm rol oynayıb”, - deyən nazir bildirib.
Ceyhun Bayramov bu cür biznes-forumların mütəmadi keçiriləcəyinə ümidini ifadə edib və gələcəkdə həm ümumi, həm də tematik forumların ikitərəfli ticarətin, qarşılıqlı investisiyaların artmasına yeni təkan verəcəyini diqqətə çatdırıb.
Nazir, həmçinin deyib ki, gələn il Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olsa da, ölkələr arasındakı dostluq və əməkdaşlıq son 30 illə məhdudlaşmır: “80 il əvvəl Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseyn partizan döyüşlərində “Mixaylo” adı ilə tanınaraq, Sloveniyanın faşist işğalından azad olunması uğrunda canından keçərək xalqlarımız arasında qardaşlıq əlaqələrinin təməlini qoyub. Azərbaycanla Sloveniya arasında son dövrlərdə baş tutan yüksəksəviyyəli təmaslar, dərinləşən siyasi dialoq, iqtisadi əməkdaşlığın davamlı artımı, birgə işçi qrupun iclası və biznes-forumu tərəflərin geniş sahələr üzrə əməkdaşlığını inkişaf etdirməklə qarşılıqlı marağını və güclü siyasi iradəsini aydın şəkildə nümayiş etdirir. İnanırıq ki, işçi qrupunun iclaslarından ticarət, investisiya, enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, turizm, təhsil və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək üçün əsas mexanizm kimi istifadə etməliyik. Biz bu müzakirələr çərçivəsində qəbul olunmuş qərarların tam icrası üçün bütün zəruri birgə səyləri səfərbər etməliyik. Biznes-forum iş adamları, şirkət nümayəndələri və işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyən edilməsi və uyğun layihələrin həyata keçirilməsi baxımından çox önəmli bir platformadır”.
17-04-2025, 15:15
Arkadi Qukasyandan etiraf - Azərbaycanlılar Xankəndidən məcburi çıxarılıb


Arkadi Qukasyandan etiraf - Azərbaycanlılar Xankəndidən məcburi çıxarılıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirəndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
O, dövlət ittihamçılarının suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib.
Arkadi Qukasyan azərbaycanlılara qarşı cinayət törətmiş dəstələrin rəhbərlərindən – Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında isə bu hadisəni xatırladığını deyib.
A.Qukasyan hadisələr baş verən vaxtlarda - ötən əsrin 90-cı illərdə Ermənistandan Azərbaycan ərazilərinə (Xankəndiyə və digər yerlərə) gələnlərin olduğunu təsdiqləyib, lakin silahların haradan gətirilməsi barədə məlumatsız olduğunu iddia edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
17-04-2025, 00:47
ABŞ bu ölkəyə 14 zərbə endirdi


ABŞ bu ölkəyə 14 zərbə endirdi

ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.
16-04-2025, 23:57
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
16-04-2025, 23:16
Pezeşkian Zərifin istefasını qəbul etdi


Pezeşkian Zərifin istefasını qəbul etdi

İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib.
Bildirilib ki, Zərif istefa ərizəsini hələ martın 3-də təqdim etmişdi, lakin İran prezidenti onun ərizəsini yalnız indi qəbul edib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.
16-04-2025, 22:25
Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı


Arvadını öldürüb özünü 14-cü mərtəbədən atdı

Yasamalda qətl hadisəsi olub.
Hadisə General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.
Məlumata görə, ər arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
16-04-2025, 21:53
Aramsız yağışa görə bu yol bağlandı


Aramsız yağışa görə bu yol bağlandı

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsi aramsız yağış səbəbindən bağlanıb.
Aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.
Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.
Problem səhər saatlarından davam edir.
16-04-2025, 21:31
Şəhid Əkrəm Şadmanovun oğlu dünya birincisi oldu - FOTO


Şəhid Əkrəm Şadmanovun oğlu dünya birincisi oldu - FOTO

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.
Sidneydə keçirilən beynəlxalq olimpiyadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdirib.
Araz Şadmanov 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.
Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!